XƏYALİ ARA KEÇİD FORMA ARCHAEOPTERYX
Təkamülçülər "tək qanadlı", "yarım qanadlı" fosil nümunələrinin niyə tapıla bilimədiyi sualı qarşısında təkamülçü mənbələrdə həmişə dərhal bir canlıdan bəhs edirlər. Bu, hələ də israrla müdafiə edilən az saydakı ara keçid forma iddialarından ən çox məlum olan archæopteryx adlı fosil quşdur. Təkamülçülərə görə, dövrümüzün quşlarının əcdadı olan archæopteryx bundan təqribən 150 milyon il əvvəl yaşamışdır. Nəzəriyyəyə əsasən, velociraptor və ya dromoesaur adlandırılan kiçik dinozavrların bir qismi təkamül keçirərək qanadlanmışlar və uçmağa başlamışlar. Archæopteryx dinozavr əcdadlarından ayrılan və yeni uçmağa başlayan ilk növdür. Bu hekayə demək olar ki, hər təkamülçü tərəfindən izah edilir. Lakin archæopteryxin fosilləri üzərində aparılan son təhlillər bu canlılara keçid forması deyil, sadəcə dövrümüzün quşlarından bir az daha fərqli xüsusiyyətlərə malik olan nəsli kəsilmiş quş növüdür.
Archæopteryxin yaxşı uça bilməyən “yarı quş” olması tezisi yaxın dövrə qədər təkamülçü mənbələrdə çox tez-tez dilə gətirilirdi. Bu canlının “sternum”unun, yəni döş sümüyünün olmaması canlının uça bilməməsinin ən mühüm dəlili kimi göstərilirdi. (Döş sümüyü uçmaq üçün lazımlı olan əzələlərin birləşdiyi döş qəfəsinin altında yerləşən sümükdür. Dövrümüzdə uçan və ya uçmayan bütün quşlarda, hətta quşlardan tamamilə fərqli ailəyə məxsus olan uçan məməli yarasalarda belə bu döş sümüyü var.)
Ancaq 1992-ci ildə tapılan yeddinci archæopteryx fosili bu arqumentin səhv olduğunu göstərdi. Çünki tapılan bu son archæopteryx fosilində təkamülçülərin uzun zaman boyu olmadığını hesab etdikləri döş sümüyü var idi. “Təbiət” (Nature) jurnalında yeni tapılan bu fosildən belə bəhs edilirdi:
Son tapılan yeddinci archæopteryx fosili uzun zamandan bəri varlığına şübhə edilən, amma heç vaxt sübut edilməyən düzbucaqlı döş sümüyünün varlığına işarə edir. Bu canlının uzun məsafələrə uçuş qabiliyyəti hələ də şübhəlidir, ancaq döş sümüyünün varlığı güclü uçuş əzələlərinin olduğunu göstərir.
Bu tapıntı archæopteryxin tam uça bilməyən yarı-quş olması iddialarını əsassız etdi.
Digər tərəfdən archæopteryxin əsl mənada uça bilən quş olduğunun ən mühüm sübutlarından biri də heyvanın tüklərinin quruluşu oldu. Archæopteryxin dövrümüzün quşlarınkından fərqi olmayan asimmetrik tük quruluşu canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Məşhur paleontoloq Karl O.Dunbarın bildirdiyi kimi, “tüklərinə görə bu məxluq tam quş xüsusiyyəti daşıyırdı”. Archæopteryxin tüklərinin ortaya çıxardığı başqa bir həqiqət isə bu canlının istiqanlı olması idi. Məlum olduğu kimi, sürünənlər və dinozavrlar soyuqqanlı, yəni bədən temperaturlarını özləri verə bilməyən, ətraf mühitin bədən temperaturlarını tənzimləyən canlılardır. Quşlardakı tüklərin ən mühüm funksiyalarından biri də bədən temperaturunu qorumalarıdır. Archæopteryxin tüklü olması onun dinozavrların əksinə, istiqanlı olduğunu, yəni bədən temperaturunu qorumağa ehtiyacı olan əsl quş olduğunu göstərirdi.