30 İyul 2018 16:31 Təkamülçülərə cavab

Canlılar yer üzündə birdən-birə ortaya çıxıblar

Canlıların təsadüfən əmələ gəlməsinin bioloji cəhətdən qeyri-mümkün olması ilə yanaşı, arxeoloji tapıntılar da bizə canlıların yer üzündə ani şəkildə üzə çıxdığını göstərir.

Yerin təbəqələri və fosil qeydləri tədqiq olunduqda yer üzündəki canlı həyatın birdən-birə üzə çıxdığı məlum olur. Kompleks canlı varlıqların fosillərinə rast gəlinən ən dərin təbəqə 520-530 milyon il yaşı olan Kembri təbəqəsidir.

Kembri süxurlarında tapılan fosillər ilbizlər, trilobitlər, süngərlər, soxulcanlar, meduzalar, dəniz ulduzları, dəniz qabıqlıları, dəniz lalələri kimi kompleks onurğasız canlı növlərinə aiddir. Maraqlıdır ki, bir-birindən çox fərqlənən bu növlərin hamısı bir anda üzə çıxır. Ona görə, geoloji ədəbiyyatda bu möcüzəvi hadisə Kembri partlayışı adlanır.

Bu təbəqədəki canlıların əksəriyyətinin müasir nümunələrindən heç bir fərqi olmayan, göz, qəlsəmə, qan-damar sistemi kimi kompleks sistemləri, ali fizioloji formaları var. Məsələn, trilobitlərin fasetli gözləri (bir çox həşəratın ayrı-ayrı sadə gözlərdən ibarət mürəkkəb gözlər) yaradılış möcüzəsidir. Harvard, Roçester və Çikaqo Universitetlərindən Geologiya professoru Devid Raup: “Trilobitlərin gözü ancaq dövrümüzün yaxşı təhsil almış, son dərəcə bacarıqlı optika mühəndisi tərəfindən düzəldiləcək dizayna malikdir”, -deyir. (David Raup, “Conflicts Between Darwin and Paleontology”, Bulletin, Field Museum of Natural History, cild 50, yanvar 1979, səh. 24).

Təkamül ədəbiyyatının jurnallarından biri olan “Earth Sciences” jurnalının redaktoru Riçard Monestarski təkamülçüləri təəccübləndirən Kembri partlayışı haqqında belə məlumat verir:

“Bu gün gördüyümüz kompleks heyvan formaları ani surətdə üzə çıxıblar. Bu an Kembri dövrünün əvvəlinə uyğun gəlir ki, dənizlərin və yer üzünün ilk kompleks varlıqlarla dolması bu təkamül partlayışı ilə başlamışdır. Dövrümüzdə dünyanın hər tərəfinə yayılmış onurğasız canlı dəstələri erkən Kembri dövründə artıq mövcud idilər və bu gün olduğu kimi bir-birindən çox fərqli idilər”. (Richard Monestarsky, “Mysteries of the Orient”, Discover, aprel 1993, səh. 40.)

Yer kürəsinin bir-birindən bu qədər fərqli onurğasız canlı növləri ilə necə dolub-daşdığı, heç bir ortaq əcdadı olmayan ayrı-ayrı növlərdən olan canlıların necə üzə çıxdığı təkamülçülərin cavab verə bilmədiyi suallardır. Təkamülçü düşüncə tərzinin dünya səviyyəsində ən qabaqcıl tərəfdarlarından biri ingilis bioloq Riçard Dokinz müdafiə etdiyi tezisləri kökündən təkzib edən bu həqiqət haqqında belə deyir:

“…Kembri qatları bizim, əsasən, onurğasızlar sinfinin nümayəndələrini aşkar etdiyimiz ən qədim qatlardır. İlk dəfə məhz burada aşkar edilsə də, onlar göz önündə artıq tam təkmilləşmiş formalarda dururlar, sanki arxalarında heç bir təkamül tarixi olmadan birdən-birə, indi olduqları şəkildə əmələ gəliblər. Təbii ki, ani yaranma yaradılış hipotezinin tərəfdarlarını yetərincə qane edir”. (Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton 1986, səh. 229.)

Dokinzin də qəbul etdiyi kimi, Kembri partlayışı yaradılışın açıq-aydın dəlilidir. Çünki canlıların heç bir təkamül əcdadı olmadan ani şəkildə üzə çıxmasının yeganə açıqlaması yaradılışdır. Təkamülçü bioloq Duqlas Futuyma da: “Canlılar yer üzündə ya tamamilə mükəmməl və tam şəkildə üzə çıxıblar, ya da özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül keçirərək meydana gəliblər”, – deyə bildirir (Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. Səh. 197.). Bu gün elmi faktlar canlıların ani şəkildə üzə çıxdığını göstərdiyinə görə, təkamül iddiası da tamamilə əsassız qalır. Təkamülçülər də artıq bu həqiqəti gizli və ya açıq qəbul etməyə məcbur olurlar.

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.