28 Oktyabr 2017 22:26 Təkamülçülərə cavab

Uydurma əcdadımız Euphanerops

Son dövrlərdə təkamülçülər nəzəriyyələri üçün yeni iddia axtarışında ikən 1900-cü ildə tapılmış Euphanerops longaevus adlı bir fosili yenidən araşdırmağı qərara aldılar. Bu fosil Kanadadan tapılmışdır və Üst Devon dövrünə, yəni bundan təxminən 370 milyon il öncəsinə aiddir. Fosili incələdiyimiz zaman nəsli kəsilmiş bir ilanbalığı, yəni minoqa növü olduğunu asanlıqla müşahidə edirik. Lakin təkamülçülər ön mühakimələrinə əsaslanaraq bu fosil üzərində yeni bir ssenari qurdular…

Cüt Üzgəc Paradoksu.

Tapılmış bu fosilin ən maraqlı xüsusiyyətlərindən biri də anal üzgəcinin tək yox, cüt olması idi. Bu, bugünkü heç bir balıq növündə rast gəlinməyən bir xüsusiyyətdir. Digər bir maraqlı fakt isə, cüt anal üzgəclərə nəinki bugünkü canlılarda, tarix boyu yaşamış digər heç bir canlıda da rast gəlinməmiş olmasıdır. Bu da cüt anal üzgəclərin sadəcə Eufaneropsa xas spesifik bir xüsusiyyət olduğunu göstərir. Çikaqo Universitetindən onurğalılar üzrə paleontoloq Maykl Kouts bu barədə belə deyir:

“…Həmçinin bu da mümkündür ki, bunlar (cüt anal üzgəclər) sadəcə Eufaneropsun sahib olduğu xüsusiləşmiş üzvlər olsun və çənəli onurğalıların təkamül tarixini heç bir şəkildə əks etdirməsinlər (1)”.

Koutsun da dediyi kimi bu üzgəclər canlının xüsusiləşmiş üzvləridir və onurğalıların təkamülünə dair heç bir dəlil ortaya qoymur. Lakin təkamülçülər öz nəzəriyyələrini müdafiə edə bilmək üçün bu üzgəclərin “olduqca primitiv ayaqlar” olduğunu irəli sürdülər. Halbuki əsas ziddiyyət burada ortaya çıxırdı. Bu “ayağa çevrilməyə hazırlaşan” üzgəclər barəsindəki ziddiyyət isə müasir təkamül modeli ilə uzlaşmaması idi. Çünki təkamül nəzəriyyəsi arxa ayaqların anal üzgəclərdən yox, qarın üzgəclərindən təkmilləşdiyini müdafiə edir! (2,3) Belə ki, tetrapod (dördayaqlı) təkamülü bu əsas üzərində qurulmuşdur. Elə Eufanerops haqqında “yeriməyi bu canlıdan öyrəndik” iddiaları da bu nöqtədə çürüdülmüş olur.

Cüt Üzgəclər və Təbii Seleksiya Ziddiyyəti.

İngiltərənin Mançester və Leysester Universitetlərindən akademik Robert Sansom bu cüt üzgəclər haqqında belə deyir: “…cüt üzgəclər daha yaxşı bir hərəkət qabiliyyətinə və ovçu-ov əlaqəsinə işarə edir” (4). Buradan da başa düşüldüyü kimi, cüt üzgəclər suda daha çevik və sürətli hərəkət etməyə yarayan üzvlərdir və ovçulardan daha fərasətli şəkildə qaça bilməyə kömək edir. Elə burada bir sual doğur: əgər Eufanerops quruya çıxmağa hazırlaşan bir canlıdırsa niyə bunun əksinə suda yaşamağa daha əlverişli bir orqan qazanıb? Təkamül nəzəriyyəsinin təbii seleksiya “mexanizmi”nə əsasən bir canlı suda yaşamağa daha əlverişli xüsusiyyətlər qazanıbsa, təbii seçmə onun quruya çıxmasına “imkan verə bilməz”. Buradan da görünür ki, Eufanerops quruya çıxmaq bir tərəfə qalsın, suda yaşamağa daha da uyğun şəkildə yaradılmış bir canlıdır.

Cüt üzgəclər, Dişlər və Çənələrin “Birgə İnkişafı” İddiası.

Təkamülçü mənbələrdə Eufaneropsun cüt üzgəclərinin inkişaf etməsinin balıqlarda alt çənə və diş inkişafı dövrünə rast gəldiyi iddia edilir. Belə ki, balıqlar ovlanma və ovçulardan qaçma ehtiyaclarını bunları “inkişaf etdirərək ödəmişdilər”. Bəs görəsən fosil tapıntıları bu “birgə inkişaf” iddiasını dəstəkləyirmi? Paleontologiya elminin kəşflərinə əsasən, çənəsinə rast gəlinən ilk canlılardan biri Guiyu adlı sümüklü balıqdır. Lakin bu balıq birgə inkişaf iddiasını çürüdəcək şəkildə Eufaneropsdan nə az, nə çox, tam 40 milyon il öncə yaşamışdır. Dişlərə isə Devon dövrü bir tərəfə qalsın, hələ Kembri dövrü canlılarında rast gəlinirdi. 420 milyon illik Andreolepis adlı balıq da dişlərə sahib olması cəhətdən diqqətəlayiqdir. Bütün bunlar da “birgə inkişaf” iddiasının heç bir elmi əsasının olmadığını göstərir.

Mənbə 1:    http://www.livescience.com/28590-bizarre-fish-sported-anal-fins.html

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.