Təkamülün sözdə sübutları və heç cür tapılmayan fosillər
Bura qədər araşdırdığımız bütün səbəblərə görə, mason mənbələrinin də açıq-aşkar söylədiyi kimi, təkamül dinsiz qüvvələrin mütləq və mütləq cəmiyyətə qəbul etdirmək məcburiyyətində qaldıqları bir düşüncədir. Mason jurnalının vurğuladığı kimi, ən böyük masonik vəzifə təkamülü insanlar arasında yaymaqdır.
Lakin şübhəsiz, bu böyük masonik vəzifə yalnız təkamül inancını insanlar arasında yaymaqla kifayətlənə bilməz. Bu nəzəriyyə sübut edilməlidir. Çünki insanlara yalnız: “Siz təkamül nəticəsində ortaya çıxmısınız, sizi Allah yaratmadı”, -demək kifayət etməz, bir də bu mövzuda bəzi sübutlar təqdim etmək lazımdır.
Məhz təkamül nəzəriyyəsinin qarşılaşdığı ən böyük çətinliklərdən biri budur: təkamül nəzəriyyəsini dəstəkləyəcək konkret dəlillər heç cür tapıla bilməmişdir və hələ də tapılmır. Günəşi palçıqla suvamaq mümkün olmadığı kimi, tarixin ən böyük yalanlarından biri olan təkamül nəzəriyyəsi də heç bir şəkildə sübut edilə bilmir. Edilən bütün tədqiqatlara və xərclənən böyük məbləğdəki pullara baxmayaraq, təkamül nəzəriyyəsini dəstəkləyəcək tapıntılar heç cür ortaya çıxmır. Halbuki, əgər təkamül deyə bir şey reallaşmış olsaydı, minlərlə, hətta bəlkə milyonlarla dəlil tapılmalı idi.
Məlum olduğu kimi, təkamül nəzəriyyəsi bir növün başqa bir növə çevrilməsinin milyonlarla il ərzində yavaş və mərhələ ilə baş tutduğunu iddia edir. Buna görə də ibtidai canlıdan mürəkkəb canlıya keçid çox vaxt alır və addım-addım irəliləyir. Bu iddianın təbii məntiqi nəticəsi isə bu keçid dövrü əsnasında ara keçid forması adlanan əcaib canlıların yaşamış olmasını tələb edir. Təkamülçülər bütün canlıların pilləli olaraq bir-birlərindən törədiklərini iddia etdikləri üçün də bu ara keçid formalarının növləri və sayları milyonlarla olmalıdır.
Əgər, həqiqətən, bu cür canlılar yaşayıblarsa, fosil qeydlərində bunların qalıqlarına da rast gəlinməlidir. Çünki bu fərziyyəyə görə, ara keçid formalarının sayı bu gün bildiyimiz heyvan növlərindən də çox olmalı və dünyanın dörd tərəfi fosilləşmiş ara keçid forması qalıqları ilə dolu olmalıdır. Bundan başqa, təkamülçülər 19-cu əsrin ortalarından indiyə qədər dünyanın dörd tərəfində fanatikliklə fosil araşdırmaları apararaq bu ara keçid formalarını axtarırlar. Halbuki, az qala yarım əsrdir böyük həvəslə axtarılan bu ara keçid formalarından əsər-əlamət yoxdur.
Əslində, Darvin də bu ara keçid formalarının mövcud olmadığını bilirdi. Lakin yenə də ümid edirdi ki, çox gözlədiyi ara keçid formaları gələcəkdə tapılacaq. Lakin ümidlə gözləməsinə baxmayaraq, nəzəriyyəsini çıxılmaz vəziyyətə qoyan mövzunun da elə fosillər olduğunu görürdü. Buna görə belə yazmışdı:
Əgər, həqiqətən, növlər o biri növlərdən ləng dəyişikliklərlə törəyiblərsə, niyə saysız-hesabsız ara keçid formasına rast gəlmirik? Niyə bütün təbiət qarışıqlıq halında deyil, niyə hər şey nizamlanmış və yerli-yerindədir? Saysız ara keçid forması olmalıdır, lakin nə üçün onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə nümunələrlə dolu deyil? Geologiya konkret dəlil ortaya çıxarmır və bəlkə də bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq.8
Darvindən müasir dövrümüzə qədər intensiv şəkildə həmişə bu fosillər axtarıldı, lakin təkamülçülər üçün nəticə ümidsizlik dolu utanma hissi idi. Bu dünyada heç bir yerdə -nə bir qitədə, nə də bir okeanın dərinliklərində- tək bir ara keçid formasına belə rast gəlinmədi.
QEYDLƏR
8. Charles Darwin, The Origin of Species: By Means of Natural Selection or the Preservation of Favoured Races in the Struggle for Life, London: Senate Press 1995, səh. 134.