Təkamülçülərin söz oyunlarına cavab
Təkamül fərziyyəsi elmi dəlillər tərəfindən dəstəklənmədiyi üçün təkamülçü həvəskarlar heç nəzəriyyənin baniləri və inkişaf etdirənləri tərəfindən belə iddia edilməyən mövzuları ortaya ataraq insanları çaşdırmağa cəhd edirlər. Lakin bu onlar üçün sadəcə vaxt itkisi olaraq qalacaq. Bu məqaləmizdə bəzi söz oyunları ilə bağlı məqamlara aydınlıq gətirmişik.
Qeyd: Məqalədə istifadə olunan Ağıllı Dizayn sözünü Allahın yaratması, Tanrı sözünü isə hər şeyin Yaradıcısı olan Uca Allah olaraq qəbul edirik.
TƏKAMÜLÇÜLƏRİN CAZİBƏ QANUNU VƏ DİZAYNI ƏLAQƏLƏNDİRƏN MƏNTİQİNƏ CAVAB
Təkamülçülərin əsas söz oyunlarından biri qəsdən qüsurlu nümunələr göstərməkdir. Onların bunu necə etdiyini aşağıdakı cümlələrində görə bilərik:
“Yaradılışçıların ortaya atdığı hipotezin sübut edilməsi mümkün deyil. Tanrının hər quş üçün başqa, hər yarasa üçün başqa, hər cücü üçün başqa qanad yaratdığının əksini sübut edə bilmərəm, Tanrının sərbəstdüşmə təcilini 9,8 m/san2 müəyyən etdiyinin əksini sübut edə bilmədiyim kimi”.
Diqqətlə baxsaq görərik ki, təkamülçülər 2 müxtəlif anlayışdan, yəni sərbəstdüşmə təcili və canlıların bədən quruluşlarından bəhs edirlər.
İlk baxışdan aradakı fərq nəzərə çarpmır, lakin çox vacib fərq var: sərbəstdüşmə təcili təkcə bir ədədi qiymətdir, canlıların bədən quruluşları isə sistemdir. Ədədi qiymətin necə müəyyənləşdirildiyi barədə aparılan elmi araşdırma ilə, sistemin necə ortaya çıxdığı ilə bağlı aparılan elmi tədqiqatın metodları bir-birindən fərqlidir. Bir qrup kosmonavtın hansısa planetə ilk dəfə endiklərini fərz edək. Əgər kosmonavtlar planetin səthində kiçik bir göl tapsa və 0,1 faiz nisbətində xlor ehtiva etdiyini müəyyən etsələr, buradan nə nəticə çıxarmaq olar? Sudakı xlorun səviyyəsi, planetin təbii tarazlığı ilə yaranıb, yoxsa şüurlu varlıq bu suya xüsusilə xlor qatışdırıb? Əgər kosmonavtlardan biri “bu, xüsusi dizayndır desə”, bu iddianın təkzibi də sübut oluna bilməz, özü də.
Bəs kosmonavtlar planetdə, həm də nəhəng bir yeraltı şəhərlə qarşılaşsa necə? İçində heç bir canlının yaşamadığı, amma çox yaxşı tikilmiş evlər, yollar, tunellər, istilik və ventilyasiya sistemləri, texniki vasitələr ilə dolu bir şəhər. Yəni qarşılarına olduqca kompleks “sistem” çıxsa? Bu təqdirdə, əlbəttə, insanlar heç tərəddüd etmədən, şüurlu varlıqların əsərləri ilə qarşı-qarşıya olduqlarını anlayacaqlar. O şüurlu varlıqları heç görməsələr belə, sırf əsərlərinə baxaraq mövcud olduqlarına əmin olacaqlar.
Canlılar da bəhs etdiyimiz şəhər kimi, hətta ondan da kompleks sistemlərdir. Buna görə də (molekulyar bioloq Denton ən bəsit canlı hüceyrəsinin nəhəng bir şəhər qədər mürəkkəb quruluşa sahib olduğunu vurğulayır) canlıların molekulyar quruluşları da, təkamülçülərin iddia etdiyi qanad kimi kompleks anatomik quruluşları da “ağıllı dizayn”ın sübutudur. Yəni canlıları Allahın yaratdığının elmi dəlilləridir.
Bu üslubla danışan təkamülçülərin açıqlamalarına həmişə diqqətlə fikir verin. Filip Conson demişkən, təkamülçüləri dinləyərkən, “axmaqlıq detektorlarını həmişə açıq saxlamaq” lazımdır. Əgər canlılar aləmində bir qanad tipi olsaydı, təkamülçülər bu dəfə belə etiraz edəcəkdilər: “Niyə bircə qanad dizaynı var? Əgər şüurlu dizayn olsaydı, fərqli-fərqli qanad tipləri olardı. Qanad çox çətin təkamül keçirdiyi üçün, təkamül prosesi buna bircə dəfə nail olub”.