26 Aprel 2017 17:24 Təkamülçülərə cavab

Təkamülçülərin Etibarsız İddiaları: Archaeopteryxin Dişləri və Pəncələri

Təkamülçü bioloqların archaeopteryxi ara keçid forma kimi göstərərkən əsaslandıqları ən mühüm iki cəhət isə bu canlının qanadlarının üzərindəki pəncələri və ağzındakı dişləridir. Archæopteryxin qanadlarında pəncələrinin və ağzında dişlərinin olduğu doğrudur, ancaq bu xüsusiyyətləri canlının sürünənlərlə hər hansı əlaqəsi olduğunu göstərmir. Çünki dövrümüzdə yaşayan iki cür quşda – touraco corythaix və opisthocomus hoazində də budaqlara yapışmağa kömək edən pəncələr var. Bu canlılar heç bir sürünən xüsusiyyəti daşımayan tam formalı quşdurlar. Ona görə də archæopteryxin qanadlarında pəncələrinin olması və bu səbəbdən də ara forma olması iddiası əsassızdır.

Achæopteryxin ağzındakı dişləri də canlını ara forma hesab etməyə əsas vermir. Təkamülçülər bu dişlərin sürünən xüsusiyyəti olduğunu irəli sürərək yanılırlar. Çünki dişlər sürünənlərin tipik xüsusiyyəti deyil. Dövrümüzdə bəzi sürünənlərin dişləri var, bəzilərinin isə yoxdur. Daha da önəmli olan cəhət budur ki, dişli quşlar təkcə archæopteryxlə məhdudlaşmır.

Dövrümüzdə dişli quşların artıq yaşamadıqları doğrudur, ancaq fosillərə baxdıqda istər archæopteryx ilə eyni dövrdə, istərsə də daha sonra, hətta dövrümüzə olduqca yaxın tarixlərə qədər “dişli quşlar” adlandırılan fərqli quş qrupunun yaşadığını görərik.

Ən mühüm məsələ isə ondadır ki, archæopteryx və digər dişli quşların diş formaları bu quşların “təkamül əcdadları” hesab edilən dinozavrların diş formalarından çox fərqlidir. L.D.Martin, J.D.Stuart və K.N.Uetstoun kimi məşhur ornitoloqların apardıqları ölçmələrə əsasən, archæopteryxin və digər dişli quşların dişlərinin üstü düzdür və kökləri genişdir. Lakin bu quşların əcdadı olduğu iddia edilən teropod dinozavrların dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır. <http://www.evrimaldatmacasi.com/kusmemelihayalevrim_1.php>

Eyni tədqiqatçılar eyni zamanda archæopteryx ilə onun “əcdadları” hesab edilən teropod dinozavrların bilək sümüklərini müqayisə etmişlər və aralarında heç bir bənzərlik olmadığını üzə çıxarmışlar. <http://www.evrimaldatmacasi.com/kusmemelihayalevrim_1.php>

Archæopteryxin dinozavrlardan təkamül yolu ilə törədiyini iddia edən qabaqcıl təkamülçülərdən biri olan Con Ostromun bu canlı ilə dinozavrlar arasında irəli sürdüyü bəzi “bənzərliklər”in isə, əslində, səhv şərh olduğu S.Tarsitano, M.K.Hext və A.D.Uolker kimi anatomistlərin tədqiqatları ilə aşkar olmuşdur. Bütün bunlar archæopteryxin ara keçid forma olmadığını, sadəcə “dişli quşlar” adlandırılan başqa bir sinifə aid olduğunu göstərir. 

Archæopteryx və digər qədim quş fosilləri

Son dövrlərdə tapılan bəzi fosillər archæopteryxlə bağlı təkamülçü ssenarinin əsassızlığını digər cəhətlərlə də üzə çıxarmışdır. 1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar aparan Lianhay Hou və Zhonqhe Zhou adlı iki paleontoloq confuciusornis adlandırdıqları yeni quş fosili tapdılar. Archæopteryx ilə eyni yaşda (təqribən 140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və tükləri isə dövrümüzün quşları ilə eyni xüsusiyyətləri daşıyırdı. Skelet quruluşu da dövrümüzün quşları ilə eyni olan bu quşun qanadlarında archæopteryxdə olduğu kimi pəncələr vardı. Quyruq tüklərinə dəstək olan pygostyle  (büzdüm sümüyü)  adlı forma bu quşda da vardı. Qısaca desək, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarı-sürünən qəbul edilən archæopteryxlə eyni yaşda olan bu canlı dövrümüzün quşlarına çox bənzəyirdi. Bu həqiqət archæopteryxin bütün quşların ibtidai əcdadı olması ilə bağlı təkamülçü tezislərlə ziddiyyət təşkil edirdi. 

Confuciusornis adlı quş archaeopteryxlə eyni yaşdadır.

Çində 1996-cı ilin noyabrında tapılan başqa bir fosil aranı bir az da qarışdırdı. 130 milyon yaşındakı liaoningornis adlı bu quş L.Hou, L.D.Martin və Alan Feduççia tərəfindən “Elm” (Science) jurnalında dərc edilən bir məqalədə xəbər verildi. Liaoningornis dövrümüzün quşlarında olan uçuş əzələlərinin birləşdiyi döş sümüyünə malik idi. Digər xüsusiyyətləri ilə də bu canlı dövrümüzün quşlarından fərqlənmirdi.Yeganə fərqi ağzında dişlərinin olması idi. Bu vəziyyət dişli quşların heç də təkamülçülərin iddia etdiyi kimi, ibtidai quruluşa malik olmadıqlarını göstərirdi. Belə ki Alan Feduççia “Discover” jurnalında dərc edilən şərhində liaoningornisin quşların mənşəyinin dinozavrlardan gəldiyi iddiasının əsassız olduğunu bildirmişdi.

http://www.evrimaldatmacasi.com/kusmemelihayalevrim_1.php

Archæopteryxlə bağlı təkamülçülərin iddialarının yanıldığını sübut edən başqa qalıq isə eoalulavis oldu.

Archæopteryxlə bağlı təkamülçü iddiaları təkzib edən başqa bir fosil isə eoalulavis oldu. Archæopteryxdən 25-30 milyon il daha gənc, yəni 120 milyon yaşında olduğu söylənilən eoalulavisin qanad quruluşu eynilə dövrümüzdəki bəzi uçan quşlarında olduğu kimidir. Bu da 120 milyon il əvvəl dövrümüzdəki quşlardan bir çox cəhətdən fərqi olmayan canlıların uçduqlarını sübut edirdi. Beləliklə, archæopteryx və digər arxaik quşların heç birinin ara keçid forması olmadığı qəti şəkildə sübut edilmiş oldu. Fosillər fərqli quş növlərinin bir-birlərindən təkamül yolu ilə törədiklərini göstərmirdi. Əksinə, dövrümüzün quşlarının və archæopteryxə bənzər bəzi xüsusi quş növlərinin birlikdə yaşadıqlarını sübut edirdi. Bu quşların bəzilərinin, məsələn, confuciusornis və ya archæopteryxin nəsli kəsilmiş, dövrümüzə ancaq az saydakı quş gəlib çatmışdır. Qısaca, archæopteryxin bəzi xüsusi xüsusiyyətləri bu canlının bir "ara keçid forma" olduğunu göstərmir. Belə ki bu gün təkamül nəzəriyyəsinin məşhur müdafiəçilərindən biri olan Harvard paleontoloqları Stefen Cey Quld və Nayls Eldrik də archæopteryxin fərqli xüsusiyyətlərini özündə əks etdirən "mozaik" canlı olduğunu, amma əsla ara keçid forma hesab edilə bilməyəcəyini qəbul edirlər. S. J. Gould & N. Eldredge, Paleobiology, Vol 3, 1977, s. 147.

Hinçlifin bildirdiyi “zaman baxımından uyğunsuzluq” archæopteryx haqqındakı təkamülçü iddialara ən öldürücü zərbəni endirən həqiqətlərdən biridir. Amerikalı bioloq Conatan Uels də 2000-ci ildə nəşr edilən “Təkamülün ikonları” (İcons of evolution) adlı kitabında archæopteryxin təkamül adına sanki “ikona” (müqəddəs simvol) çevrildiyini, əslində isə dəlillərin bu canlının “quşların ibtidai əcdadı” olmadığını açıq şəkildə göstərdiyini vurğulayır. Uelsin fikrincə, bunun göstəricilərindən biri archæopteryxin əcdadı kimi göstərilən teropod dinozavrların, əslində, archæopteryxdən daha gənc olmalarıdır:

“Yerdə qaçan ikiayaqlı dinozavrlar archæopteryxin nəzəri əcdadlarından gözlənilən bəzi xüsusiyyətlərə malikdirlər, amma (fosil qeydlərində) archæopteryxdən daha sonra üzə çıxırlar”. Jonathan Wells, Icons of Evolution, Regnery Publishing, 2000, s, 117

Xəyali quş-dinozavr əlaqəsi

Archæopteryxi ara keçid forma kimi göstərməyə çalışan təkamülçülərin iddiası yuxarıda da qeyd  etdiyimiz kimi, quşların dinozavrlardan təkamüllə meydana gəlməsidir. Şimali Karolina Universitetinin professoru Alan Feduçia təkamülçü olmasına baxmayaraq, elmi kəşflərə əsaslanaraq quşların dinozavrlarla qohum olması nəzəriyyəsinə qətiyyətlə qarşı çıxır. Feduçia sürünən-quş ssenarisi haqqında fikirlərini belə ümumiləşdirir:

25 il boyu quşların kəllə sümüklərini təhlil etmişəm və dinozavrlarla aralarında heç bir bənzərlik görmürəm. Quşların dördayaqlılardan təkamül yolu ilə törəməsi nəzəriyyəsi paleontologiya sahəsində XX əsrin ən böyük rüsvayçılığı olacaqdır. ( Pat Shipman, "Birds Do It... Did Dinosaurs?", s. 28)

Kanzas Universitetində qədim quşlar sahəsində mütəxəssis olan Lari Martin də quşların dinozavrlarla eyni kökdən gəlməsi nəzəriyyəsinə qarşı çıxır. Martin təkamülün bu məsələdə içinə düşdüyü çıxılmaz vəziyyətdən bəhs edərkən “doğrusunu desəm, əgər dinozavrlarla quşların eyni kökdən gəldiyini müdafiə etsəydim, bunun haqqında hər dəfə utanaraq danışmaq məcburiyyətində qalardım”,- deyir.( Pat Shipman, "Birds Do It... Did Dinosaurs?", s. 28. )

Qısac, təməlini yalnız archæopteryxə söykəməyə çalışan "quşların təkamülü" ssenarisi yalnız və yalnız təkamülçülərin xəyal gücünün məhsuludur.



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.