Təkamülçülərin çoxluğundan təsirlənmələri
Təkamülçülərin insanları öz tərəflərinə çəkmək üçün istifadə etdikləri təbliğ üsullarından biri də “nəzəriyyə bütün elm dünyası tərəfindən qəbul edilir” yalanıdır. Başqa sözlə desək, təkamülçülər ətrafdakı insanlara özlərinin hər zaman çoxluq təşkil etdiklərini və çoxluğun hər zaman doğru olduğunu təlqin edirlər. “Bu qədər insanın təkamülü müdafiə etdiyinə, universitetlərdə əksəriyyətin təkamülə inandığına görə nəzəriyyə doğrudur” məntiqi ilə cəmiyyət, həmçinin inanclı insanlar üzərində psixoloji təzyiq yaratmağa çalışırlar.
Təkamülçülərin bu yalnış təbliğat üsulu təkamülçü olan Boğaziçi Universitetinin keçmiş fəlsəfə professoru mərhum Arda Denkel tərəfindən belə izah edilmişdir:
“Təkamül nəzəriyyəsini bir çox tanınmış insanların və təşkilatların təkamülü mənimsəməsimi sübut edəcək? Yoxsa məhkəmə qərarları ilə doğruluğu sübuta yetiriləcək? Doğruluğu təmin edən şey hörmətli və vəzifəli şəxslər tərəfindən doğru hesab edilməkdirmi? Bir tarixi faktı xatırlatmaq istəyirəm. Qalileo Qaliley dövrünün bütün hörmətli insanlarına, hüquqşünaslarına və xüsusilə də alimlərinə təkbaşına qarşı çıxıb, doğru olanı söyləyib müdafiə etmirdimi? İnkvizisiya məhkəmələrinin digər fəaliyyətləri də ortaya buna bənzər mənzərələr qoymadımı? Cəmiyyətdə hörmətli və vəzifəli insanları tərəfinə çəkmək nə doğruluq, nə də birbaşa elmiliklə əlaqəli bir şeydir”.1
Arda Denkelin də diqqət çəkdiyi kimi, bir nəzəriyyənin əksəriyyət tərəfindən qəbul edilməsi onun doğruluğuna dəlil deyil. Elm tarixi öncə azlıq, daha sonra isə hər kəs tərəfindən qəbul edilən həqiqətlərlə doludur.
Məsələnin digər tərəfi isə odur ki, bu gün təkamül nəzəriyyəsi hesab edildiyi qədər “bütün elm dünyası tərəfindən qəbul edilən nəzəriyyə” deyil. Son 20-30 il ərzində təkamül nəzəriyyəsini qəbul etməyən elm xadimlərinin sayı sürətlə artır. Əksəriyyəti kainatdakı və canlılardakı qüsursuzluğu görərək darvinizm doqmasından özlərini xilas edirlər. Bu elm xadimlərinin təkamülün əsassızlığını ortaya qoyan saysız-hesabsız araşdırmaları var. Hər biri əsasən Avropa və Amerika olmaqla dünyanın müxtəlif ölkələrindəki tanınmış universitetlərə mənsub olan bu insanlar biologiya, biokimya, mikrobiologiya, anatomiya, paleontologiya kimi elm sahələrində ixtisaslaşmış akademiklərdir. (Ətraflı məlumat üçün baxın: “Batı Dünyası Allah´a Yöneliyor”, Harun Yahya, “Quran elmə yol göstərir”, Harun Yəhya) Qısası, elm dünyasının əksəriyyətinin təkamülə inandığına dair fikir irəli sürmək çox yanlışdır.
Lakin yenə də yuxarıda qeyd etdiyimiz kimi, təkamülçülər çoxluq təşkil etsələr belə bunun bir mənası yoxdur. Çoxluğun mənimsədiyi anlayışı “mütləq doğrudur” deyə qəbul etmək doğru deyil. Bu həqiqət təkamül nəzəriyyəsini qəbul edən müsəlmanlar tərəfindən də bilinməlidir. Quranda bildirildiyi kimi, tarixdəki bir çox inkarçı qövmlər Allahı və dinini inkar etmək üçün özlərinin çoxluq təşkil etdiklərini söyləyərək insanları doğru yoldan döndərməyə çalışmışlar.
Allah bu batil düşüncəyə qarşı iman gətirənləri xəbərdar etmiş və çoxluğa tabe olmanın insanları yoldan azdıracağını belə bildirmişdir:
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)