3 Oktyabr 2017 20:37 Təkamülçülərə cavab

Təkamülçülərə görə uçuşun mənşəyi

Quruda yaşayan canlı olan sürünənlərin necə uçmağa başladıqları təkamülçülər arasında müxtəlif fərziyyələrə səbəb olmuş mövzudur. Bu mövzuya dair əsas iki nəzəriyyə var: birinci nəzəriyyə quşların əcdadlarının ağaclardan yerə endiklərini müdafiə edir. Bu nəzəriyyəyə əsasən, quşların əcdadları ağaclarda yaşayan sürünənlərdir və onlar zaman ərzində “budaqdan-budağa tullanaraq qanadlanmışlar”. Buna arboreal nəzəriyyə deyilir. Digər fikir də quşların yerdən yuxarıya doğru qanadlandığı şəklindədir və kursorial nəzəriyyə kimi məlumdur.

Hər iki nəzəriyyə də tamamilə fərziyyələrə əsaslanır. Nə arboreal nəzəriyyəni, nə də kursorial nəzəriyyəni dəstəkləyən heç bir dəlil yoxdur. Təkamülçülərin bu problemə qarşı tapdıqları həll yolu da olduqca bəsitdir, onlar belə bir dəlilin olduğunu “fərz edirlər”. Kursorial nəzəriyyəni irəli sürən Yeyl Universitetinin geologiya professoru Con Ostrom bu fikrini belə açıqlayır:

Hər hansı bir pro-avisə (uçuşdan öncəki canlıya) aid heç bir fosil dəlili yoxdur. O tamamilə fərziyyəvidir… Belə bir canlı yaşamış olmalıdır.106

Ancaq arboreal nəzəriyyəyə əsasən, “yaşamış olmalı” bu keçid forma heç vaxt tapılmamışdır. Kursorial nəzəriyyə daha problemlidir. Bu nəzəriyyənin əsas arqumenti budur ki, bəzi sürünənlər həşərat ovlamaq üçün ön ətraflarını uzun müddət və tez-tez çırpmışlar və zaman ərzində bu ön ətraflar qanadlara çevrilmişdir. Qanad kimi olduqca kompleks bir orqanın milçək tutmaq üçün bir-birinə çırpılan ön ətraflardan necə meydana gəlməsi haqqında isə heç bir açıqlama verilmir.

Təkamül nəzəriyyəsini quşların mənşəyi məsələsində çarəsiz qoyan cəhətlərdən biri də qanadların kompleks quruluşudur. Başqa sözlə, qanadlar ancaq mükəmməl quruluşları ilə funksionaldırlar, “natamam” qanad isə heç bir funksiyanı yerinə yetirə bilmir. Bu təqdirdə təkamülün irəli sürdüyü yeganə mexanizm olan “mərhələli inkişaf” modeli heç bir şey ifadə etmir. Türk bioloq Engin Korur qanadların təkamül keçirməsinin qeyri-mümkünlüyünü belə qəbul edir:

Gözlərin və qanadların ortaq xüsusiyyəti budur ki, onlar ancaq tamamilə təkmilləşmiş olduqları təqdirdə funksional olurlar. Başqa sözlə, natamam gözlə görmək olmaz, yarımçıq qanadla uçmaq olmaz. Bu orqanların necə əmələ gəldiyi təbiətin hələ yaxşı başa düşülməyən sirlərindən biri kimi qalmışdır.107

Robert Kerroll isə: “Uçuş orqanlarının bir ünsürü kimi, lələklərin təkamülünün necə başladığını izah etmək çətindir, çünki arxeopteriksdəki kimi böyük ölçüyə çatanadək necə funksional olduqlarını anlamaq çox çətindir”, -deyərək etiraf etməyə məcbur olmuşdur.108 Daha sonra isə lələklərin izolyasiya üçün təkamül keçirdiyini iddia etmişdir, ancaq bu açıqlama lələklərin uçmaq üçün xüsusi şəkildə formalaşmış kompleks dizaynını izah edə bilmir.

Qanadların quşun döş çıxıntısına sağlam şəkildə birləşməsi quşu havaya qaldırmaq, havada müvazinətini saxlamaq və hər istiqamətə hərəkət etmək üçün əlverişli olması vacibdir. Quşun qanad və quyruq lələklərinin yüngül, elastik və bir-birinə uyğun nisbətdə olması, qısaca desək, uçmaq üçün əlverişli şəkildə mükəmməl aerodinamik quruluşda olması şərtdir. Təkamül məhz bu yerdə çıxılmaz vəziyyətə düşür. Qanadların bu qüsursuz quruluşunun ardıcıl təsadüfi mutasiyalar nəticəsində necə meydana gəlməsi sualı tamamilə cavabsızdır. Bir sürünənin qabaq ayaqlarının genlərində meydana gələn pozulma (mutasiya) nəticəsində necə qüsursuz qanada çevrilməsi əsla açıqlana bilmir.

Yuxarıda bildirildiyi kimi, “yarım qanadla uçmaq olmaz”. Ona görə əgər hər hansı bir mutasiyanın bir sürünənin qabaq ayaqlarında qeyri-müəyyən dəyişiklik etdiyini fərz etsək belə, bunun ardınca yeni mutasiyaların baş verib “təsadüfən” bir qanad əmələ gətirəcəyini irəli sürmək tamamilə ağıldan kənardır. Çünki qabaq ayaqlarda meydana gələn bir mutasiya canlıya funksional qanad qazandırmadığı kimi, onu qabaq ayaqlarından da məhrum edər. Bu isə canlının digər həmnövlərinə görə geridə qalmasına, şikəst olmasına səbəb olar. Təkamül nəzəriyyəsinin qanunlarına görə də təbii seçmə bu şikəst canlını aradan çıxarar.

Biofiziki araşdırmalara gəlincə, mutasiyalar çox nadir baş verən dəyişikliklərdir. Ona görə də bu şikəst canlıların milyon illərlə yarımçıq və natamam qanadlarının kiçik mutasiyalarla tamamlanmasını gözləmələri hər cəhətdən qeyri-mümkündür. Həm də bu mutasiyalar, əslində, hər zaman zərərlidir…

İqtibaslar:

  • 106- John Ostrom, “Bird Flight: How Did It Begin?”, American Scientist, yanvar-fevral 1979, 67-ci say, səh. 47.
  • 107- Engin Korur, “Gözlerin ve Kanatların Sırrı”, Bilim ve Teknik, 203-cü say, oktyabr 1984, səh.25.
  • 108- Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, səh. 314.

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.