Təkamülçü psixologiya cəfəngiyatı
DARVİNİN “Növlərin mənşəyi” və “İnsanın törəməsi” adlı kitablarının nəşr olunmasının ardından bir çox təkamülçü insanın sosial davranışlarının, hisslərinin, mühakimələrinin, fikirlərinin, qısa olaraq insan ruhuna aid xüsusiyyətlərin təkamül tərəfindən necə şəkilləndirilməsi haqqında fərziyyələr qurmağa başladı. Darvin də bu təkamülçülər arasında idi. Ən məşhur yanılmaya görə, əgər vücudumuzun görünüşü və çalışması təkamüllə şəkilləndirilmişdirsə, onda bu vücudla göstərdiyimiz davranışlar da təkamüllə şəkilləndirilmiş olmalı idi. Beləliklə, canlıların bioloji strukturlarının da təkamüllə necə meydana gəldiyini açıqlaya bilməyən təkamülçülər insan ruhuna aid xüsusiyyətlərin sözdə təkamülünə dair hekayələr uydurmağa başladılar.
Darvin hələ “Növlərin mənşəyi”ndə gələcəkdə psixologiyanın təməlinin təkamülə əsaslanacağını iddia edir və bu xəyali iddiasını belə ifadə edirdi:
Uzaq gələcəkdə daha əhəmiyyətli araşdırmalara açıq sahələr görürəm. Psixologiya yeni təməl üzərinə qurulacaq; zehni güc və istedadın addım-addım qazanılmasına əsaslanan bir təməl. İnsanın mənşəyi və tarixi işıqlanacaq.1
Heyvan və insan davranışlarının mənşəyini təkamüli şəkildə açıqlamaq üçün ilk əhatəli cəhd Harvard Universitetinin böcək tədqiqatçısı E.O.Uilsondan gəldi. Uilson bu cəhdi bütün müvəffəqiyyətsizliyinə baxmayaraq, “sosiobiologiya” olaraq adlandırdı.
Uilson 1975-ci ildə nəşr etdiyi “Sociobiology: The new synthesis“ (Sosiobiologiya: yeni sintez) adlı kitabında heyvani davranışların hamısının bioloji əsasının olduğunu iddia etdi. Bu yanılmasını bioloji təkamülə əsaslandıran Uilson heyvan və insanların davranışlarına nəzarət edən xüsusi genlərin olduğunu zənn edirdi. Uilsonun əsl ixtisası böcək mövzusu idi və kitabının ilk 26 hissəsində böcəklərdən danışırdı. Kitabın 27-ci hissəsində isə bu iddialarını insanlara uyğunlaşdırmağa cəhd etmişdi. 1978-ci ildə “Human nature” (İnsan təbiəti) adlı kitabında da kin, təcavüzkarlıq, özgə qorxusu, uyğunluq, homoseksuallıq, kişilərlə qadınlar arasında xarakterik fərqliliklər kimi insan davranışlarından məsul genlərin olduğuna dair fərziyyələrə geniş yer verdi. Uilsonun kitab və yazılarında ortaya qoyduğu bu iddialar heç bir zaman fərziyyə olmaqdan irəli gedə bilmədi. Uilson və təqibçilərinin iddiaları elmi tapıntılar tərəfindən heç vaxt dəstəklənmədi. Tam əksinə, elmi məlumat və tapıntıların hər biri Uilson və onunla eyni fikirdə olanların yanıldıqlarını ortaya qoydu.
Uilsonun bir başqa elmdən kənar iddiası da canlıların yalnız gen daşımaqla məsul vasitələr olduqları və ən əhəmiyyətli vəzifələrinin bu genləri daşıyıb gələcək nəsillərə köçürmək olduğu idi. Uilsonun elmdən kənar fikirlərinə görə, təkamül genlərin təkamülü idi, təbii seleksiya genləri seçirdi, dolayısilə, ən əhəmiyyətli şey genlər idi. Uilson “Sociobiology: The new synthesis (Sosiobiologiya: yeni sintez) adlı kitabında heç bir elmi dəyər daşımayan bu iddiasını belə ifadə edirdi:
Darvinist mənada canlı özü üçün yaşamaz. Təməl funksiyası başqa canlılar çoxaltmaq da deyil; genləri çoxaldar və genlərin keçici daşıyıcısı olaraq xidmət edər. Cinsi artımla meydana gələn hər canlı o növü meydana gətirən genlərin xüsusi və təsadüfi alt qrupudur. Təbii seleksiya bəzi genlərin eyni xromosomdakı digər genlərə üstün gəlib gələcək nəsillərdə nümayəndəlik qazandığı bir müddətdir. Bu vasitə mümkün olan ən az biokimyəvi qarışıqlıqla genləri qoruyan və yayan mühərrikin bir parçasıdır. S.Bulerin məşhur “bir toyuq yalnız bir yumurtanın başqa bir yumurta çıxarma yoludur” sözü yeniləşdirilmişdir: orqanizm yalnız DNT-nin daha çox DNT çıxarmasının bir yoludur. 2
Uilsonun iddialarının heç bir elmi əsası yox idi. İddiaları təkamülçü ön mühakimələrinin yalnız bir nəticəsi idi. Təkamülçülər arasında da Uilsonun fərziyyələrinə etiraz edənlər oldu. Bunlardan biri S.C.Quld idi:
Ancaq Uilsonun daha güclü iddiaları var. 27-ci hissə… insan davranışlarındakı (kindarlıq, təcavüzkarlıq, özgəyə düşmənlik, uyğunluq, homoseksuallıq və qərb cəmiyyətində qadın və kişi arasındakı xarakterik xüsusiyyətlər kimi) tipik və dəyişkən xüsusiyyətlər üçün genlərin olduğu haqqında əhatəli fərziyyədir. 3
Uilsonla başlayan insan davranışları haqqındakı təkamülçü fərziyyələr R.Dokinzlə ən ağıla sığmaz və məntiq xarici nöqtələrə qədər çatdı.
İqtibaslar:
1. Charles Darwin, On the Origin of Species, 1859, s.449
2. E. O. Wilson, Sociobiology: The New Synthesis, Cambridge, 1975, s.3
3. Stephen Jay Gould, Ever Since Darwin, New York, W.W. Norton & Co., 1977