19 Aprel 2018 22:03 Təkamülçülərə cavab

Sosial darvinizm

GÜCLÜNÜN haqlı sayılması, bərabərsizlik, irq və ya etnik əsaslı ayrı-seçkilik, zülm, haqsız rəqabət və çəkişmə, kasıbların əzilməsi, güclünün zəif olanı istismar etməsi cəmiyyətlərin tarix boyu yaşadığı pislik və çətinliklərdəndir. Min illərlə əvvəl, məsələn, hz. Musanın dövründə yaşayan fironun rəhbərliyində də bütün bunları görmək mümkündür. Firon zənginliyi və güclü ordusu səbəbi ilə daima özünü üstün görmüşdür. Doğru söylədikləri açıq olan hz. Musa və hz. Harunu bütün gücü ilə yalanlamış, hətta onları öldürmək istəmişdir. Firon, bundan başqa, bölücü siyasət aparıb xalqını siniflərə ayırmış, bəzilərini aşağı sinif adlandırmış, İsrail oğullarına müxtəlif işgəncələr etmiş, onların kişilərini öldürüb, qadınlarını sağ buraxmışdır. Beləcə, İsrail oğullarının soyunun kəsilməsini hədəfləmişdir. Allah Quranda Fironun bu azğınlıqlarını belə bildirir:

Həqiqətən, firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. Onların arasında olan bir tayfanı gücsüz görüb onların oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, fitnə-fəsad törədənlərdən idi! (Qəsəs surəsi, 4)

Yaxud mən az qala aydın deyə bilməyən bir zavallı kimsədən daha yaxşı deyiləmmi?! (Zuxruf surəsi, 52)

Beləliklə, öz qövmünü yelbeyin yerinə qoydu, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər! (Zuxruf surəsi, 54)

Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə varis etdik… (Əraf surəsi, 137)

Yalnız güclünün haqlı sayıldığı, insanların siniflərə ayrıldığı, aşağı görülənlərin əzilib yox edildiyi, bəzi insanların digərlərinə qarşı insanlıqdan kənar davranışlara yol verdiyi tək azğın cəmiyyət firon hakimiyyətindəki qədim Misir deyildi. Min illərlə əvvəldən günümüzə qədər belə üsul və tətbiqlərin bir çox nümunəsi var.

Lakin 19-cu əsrdə bütün bu pisliklər daha fərqli bir ölçüyə sahib oldu. 19-cu əsrə qədər zalımlıq, təcavüzkarlıq, amansızlıq olaraq səciyyələndirilən bu cür tətbiq və siyasətlərin bir anda sözdə “təbiətin həqiqətlərinə əsaslanan elmi tətbiqlər” yalanı müdafiə olunmağa başlandı. Yaxşı, bəs bütün bu mərhəmətsizliklərə birdən-birə sözdə qanunilik qazandıran nə idi?

Çarlz Darvinin təkamül nəzəriyyəsi… Darvin 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” adlı kitabında ortaya atdığı təkamül nəzəriyyəsi ilə həyatın mənşəyinə dair bəzi fərziyyələr irəli sürürdü. Bu fərziyyələri son dərəcə aldadıcı bir dünyagörüşünün və həmçinin Allahın varlığını inkar edən və təsadüfləri “yaradıcı” sayan (Allahı tənzih edirik), insanı heyvan qəbul edən, həyatı mübarizə və rəqabət yeri olaraq görən azğın bir fəlsəfənin sözdə elmi həqiqət kimi qəbul edilməsinə səbəb oldu.

Darvin elmi sübutu olmayan, 19-cu əsrin köhnə elm anlayışının bir nəticəsi olaraq ortaya çıxan bu nəzəriyyəni təkbaşına inkişaf etdirməmişdi. Özündən təxminən 50 il əvvəl, 1798-ci ildə Tomas Maltus “Əhali qanununda təcrübə” adlı işində Darvinin nəzəriyyəsinə əsas təşkil edən, həqiqətlə əlaqəsi olmayan bəzi fikirlər ortaya atmışdı. Maltus indiki dövrdə elmi dəyəri olmadığı isbat edilən işində əhalinin qida qaynaqlarından daha sürətli artdığını, buna görə, əhalinin idarə edilməsinin lazım olduğunu iddia edirdi. Müharibələrin, epidemik xəstəliklərin əhali üzərində təbii idarə təmin etdiyini və bu səbəbdən faydalı olduğunu iddia edən Maltus ilk dəfə “həyatda qalma mübarizəsi”ndən danışan insan oldu. Maltusun insani dəyərlərdən uzaq bu tezisinə görə, kasıblar qorunmayıb mümkün olduğu qədər pis şərtlərdə yaşadılmalıdırlar ki, çoxalmalarının önü kəsilsin və yuxarı siniflərə kifayət qədər qida qaynağı qalsın. (Ətraflı məlumat üçün baxın: “Maltusdan Darvinə mərhəmətsizliyin tarixi” bölümü). Vicdan və ağıl sahibi hər insanın şiddətlə qarşı çıxacağı bu vəhşiliyin qəbul olunması, heç şübhəsiz, böyük zülmdür. Din əxlaqının kasıblara, möhtaclara əl tutmağı tələb etməsinə baxmayaraq, Maltus və onu təqibçisi Darvin bu məzlumların mərhəmətsiz şəkildə ölümə tərk edilməsini söyləyirdi.

Maltusun insanlıq xarici bu fikirlərini dərhal mənimsəyib inkişaf etdirənlərin başında ingilis sosioloq və fəlsəfəçi H.Spenser gəlirdi. Darvinizmin təməl iddiasını yekunlaşdıran “ən uyğun olan həyatda qalır” ifadəsi Spenserə aid idi. “Uyğun olmayanlar”ın isə ələnməsinin, yəni ölməsinin lazım olduğunu iddia edən Spenser: “İnsanlar əgər yaşamaq üçün kifayət qədər tamamdırlarsa, yaşayırlar və yaşamaları da yaxşıdır. Əgər yaşamaq üçün kifayət qədər tamam deyillərsə, ölürlər və ən yaxşısı ölmələridir”, -deyirdi.1 Yəni Spenserə görə, kasıb, xəstə, şikəst, müvəffəqiyyəti və təhsili olmayan hər insan ölməli idi. Bütün bunlar Spenserin nə qədər ürküdücü, zalım olduğunun, xəstə ruha və dünyagörüşünə sahib olduğunun göstəriciləri idi. Şəfqət və qorunmağa ehtiyacı olan insanlara qarşı böyük mərhəmətsizlik duyur, eyni Maltus kimi onları əziyyət yolu ilə yox etməyin yollarını axtarırdı. Dövlətin kasıbları qoruyan qanunlar çıxarmasını da önləməyə çalışan Spenser üçün amerikalı tarixçi R.Hofştadter “Amerikan düşüncəsində sosial darvinizm” adlı kitabında belə açıqlama vermişdir:
Spenser yalnız yoxsullar üçün hazırlanan qanunlara deyil, eyni zamanda, dövlətin dəstəklədiyi təhsil, sağlamlıq yoxlaması, saxlama şərtlərinin təşkil edilməsi və hətta saxta həkimlərə qarşı cahillər üçün dövlət qorumasının təmin edilməsi ilə əlaqədar qanunlara da qarşı çıxırdı.2
Maltus və Spenserin mərhəmətsiz dünya görüşlərindən çox təsirlənən Darvin isə “Növlərin mənşəyi” adlı kitabında növlərin təbii seleksiya ilə təkmilləşdikləri nağılını ortaya atdı. Darvin alim deyildi, biologiya ilə yalnız həvəskar kimi maraqlanmışdı. Bundan başqa, Darvinin dövründəki mikroskoplar da son dərəcə primitiv idi. O dövrdə hüceyrə hələ yalnız bir ləkə bilinirdi, irsiyyət qanunları da kəşf edilməmişdi. Darvin elmi baxımdan son dərəcə qeyri-kafi olan bu şərtlərdə məhdud bilgisi ilə inkişaf etdirdiyi nəzəriyyəsində təbiətin həmişə üstün və ən uyğun olanları seçdiyini, digərlərini isə ələdiyini, canlılığın bu şəkildə inkişaf etdiyini iddia etdi. Darvinin ən əvvəldən səhv bir təməl üzərinə qurduğu elmdən kənar nəzəriyyəsinə görə, canlılıq təsadüflərin əsəri idi; bu şəkildə, Darvin canlılığı Allahın yaratdığı həqiqətini də rədd edirdi. (Allahı tənzih edirik). Darvin “Növlərin mənşəyi” kitabından sonra “İnsanın törəməsi” adlı kitabında elmə zidd nəzəriyyəsini insanlara da tətbiq etməyə cəhd etdi. Kitabında sözdə geri qalmış irqlər olduğundan bu irqlərin yaxın gələcəkdə ələnəcəyindən və bu minvalla üstün olanların inkişaf edib irəliləyəcəyindən bəhs edirdi. Darvinin bu kitabında və bəzi yazışmalarında təkamül nəzəriyyəsini insanlara tətbiqi ilə sosial darvinizm formalaşdı.

Bundan sonrakını isə qatı Darvin tərəfdarları davam etdirdi. İngiltərədə Spenser və Darvinin əmioğlusu F.Qalton, Amerikada U.Q.Samner kimi bəzi alim və kapitalistlər, Almaniyada isə E.Hekkel kimi darvinistlər və ardından 20-ci əsrin qanlı diktatoru A.Hitler kimi faşist irqçilər sosial darvinizmin amansız və mərhəmətsiz qanunlarının öndə gələn müdafiəçi və tətbiqçiləri oldular.
Sosial darvinizm qısa müddətdə vəhşi kapitalizm adı altında haqsız rəqabəti ən amansız şəkli ilə tətbiq edənlərin- irqçilərin, imperialistlərin, kasıbları və köməyə möhtacları qorumaq vəzifəsini yerinə yetirməyən idarəçilərin özlərini sözdə müdafiə etmə vasitəsi halına gəldi. Sosial darvinistlər zəiflərin, kasıbların, sözdə “aşağı” irqdən olanların əzilməsini; şikəstlərin sağlam insanların, kiçik müəssisələrin isə böyük şirkətlərin qarşısında yox olmasını təbiətin bir qanunu və insanlığın irəliləməsinin tək yolu kimi göstərməyə çalışdılar. Vicdansızlıq kimi qəbul edilməsinə baxmayaraq, insanlıq tarixi boyu davam edən bu haqsızlıqları bir anda sözdə elm adı altında qanuni göstərmək istədilər. Sosial darvinizm amansızlığı təbiətin qanunu və insanlığın sözdə təkamülünün ən əhəmiyyətli yolu kimi izah edirdi.

Xüsusilə amerikalı bəzi kapitalistlər meydana gətirdikləri şiddətli rəqabət mühitini sosial darvinist ifadələrlə özlərinə görə qanuniləşdirdilər. Halbuki, bu, böyük yalandan başqa bir şey deyildi. Haqsız və mərhəmətsiz rəqabəti sözdə elmi dayağı varmış kimi göstərməyə çalışanlar yalnız yalan danışırdılar. Məsələn, Amerikanın ən böyük sərmayə sahiblərindən A.Karnegi də bu yanılanlardan biri idi və 1889-cu ildəki bir nitqində belə deyirdi:

Rəqabət qanunu üçün cəmiyyətin ödədiyi əvəz ucuz komfort və lükslər üçün ödədiyi əvəz kimi böyükdür; ancaq bu qanunun üstünlükləri əvəzindən daha çoxdur. Çünki bu qanun sayəsində maddi inkişaf mükəmməldir və bu, bizə daha inkişaflı şərtlər təmin edir… Bu qanun insan üçün bəzən çətin olsa da, irq üçün ən yaxşısıdır. Çünki hər sahədə ən uyğun olanın həyatda qalmasına zəmanət verir. Buna görə, böyük bərabərsizlikləri, iş imkanlarının, sənaye və ticarətin bir neçə adamın əlində toplanmasını və bunların arasında rəqabət qanunu kimi şərtləri qəbul edir və xoş qarşılayırıq. Bunlar yalnız faydalı deyil, eyni zamanda, irqin inkişafı üçün əsasdır.3

Göründüyü kimi, sosial darvinizmə görə, tək hədəf irqin fiziki, iqtisadi və siyasi baxımdan inkişafıdır. Fərdlərin xoşbəxtliyi, rifahı, hüzuru və təhlükəsizliyi əhəmiyyət kəsb etmir. Acı çəkən, kömək üçün fəryad edən, uşaqlarına, ailəsinə və yaşlı ata-anasına yemək, dərman, sığınacaq tapa bilməyən yazıq və gücsüz insanlara heç bir şəkildə mərhəmət duyulmur. Məsələn, bu azğın düşüncəyə görə, kasıb, lakin gözəl əxlaqlı bir insan qiymətli deyil. Bu adamın ölməsinin cəmiyyətə faydalı olduğunu iddia etmək olar. Bununla belə, pis əxlaqlı, amma zəngin bir insan irqlərinin inkişafı üçün son dərəcə əhəmiyyətli görünür, şərtlərdən asılı olmayaraq, o adama böyük dəyər verilir.
Sosial darvinizmin ortaya qoyduğu bu səhv məntiq yığını bu düşüncəni müdafiə edənləri əxlaqi və mənəvi çöküntüyə sürüyür. Bir başqa sosial darvinist U.Q.Samner isə 1879-cu ildə bu azğın cərəyanın yalanlarını belə ifadə etmişdir:

Bu alternativin xaricinə çıxa bilməyəcəyimiz artıq aydın olsun: bərabərsizlik, ən uyğun olanın həyatda qalması; bərabərlik, uyğun olmayanın həyatda qalması. İlk sayılan xüsusiyyətlər cəmiyyəti irəliyə apararkən cəmiyyətin bütün ən yaxşı üzvlərinin lehinədir; sonrakılar isə cəmiyyəti geriyə aparar və bütün ən pis üzvlərin lehinədir.4

Sosial darvinizmin ən vəhşi tətbiqçiləri irqçilər idi. Darvinist irqçilər arasında ən təhlükəlisi, əlbəttə, nasist ideoloqları və hərəkatın lideri A.Hitler idi. Nasistlər Darvinin nəzəriyyəsini özlərinə əsas götürüb həm yevgenika (Darvinin əmioğlusu F.Qaltonun pis genlərin ayırd edilməsi ilə cəmiyyətin daha keyfiyyətli fərdlərdən yaradıla biləcəyinə bağlı iddiası) qanunlarını tətbiq etdilər, həm də soyqırım cinayətlərini reallaşdırdılar. Sosial darvinizmin ən ağır nəticəsi nasizmlə oldu. Nasistlər darvinist ifadələri sanki özlərinə haqq qazandırırmış kimi pərdə olaraq istifadə etdilər. Darvinist alimlərin məsləhəti ilə aşağı irq saydıqları yəhudiləri, qaraçıları, şərqi avropalıları soyqırıma uğratdılar; əqli xəstələri, şikəst və yaşlıları qaz otaqlarında qətl etdilər. Bütün bu cinayətləri ən amansız üsullarla reallaşdırdılar. 20-ci əsrdə dünyanın gözü qarşısında sosial darvinizm adına milyonlarla cinayət işləndi.

Darvinin əmioğlusu F.Qaltonun öndərliyi ilə başlayan yevgenika hərəkatı sosial darvinizmin ayrı bir fəlakət məhsulu olaraq ortaya çıxdı. Təbii seleksiyanı sürətləndirmək üçün insan əli ilə seçimin lazım olduğunu qarşıya qoyan və beləliklə, insan növünü daha sürətli inkişaf etdirəcəklərini zənn edən yevgenika tərəfdarları Amerikadan İsveçə qədər bir çox ölkədə özlərinə görə lazımsız gördükləri insanları zorla axtaladılar. Ailələrinin xəbəri və icazəsi olmadan yüz minlərlə insan öz razılığı olmadan adam yerinə qoyulmayıb əməliyyat edildi. Yevgenikanın ən zalım tətbiqləri isə nasist Almaniyasında reallaşdı. Nasistlər əvvəl cəmiyyətdəki şikəstliyi, əqli çatışmazlığı və ya irsi xəstəliyi olan insanları axtaladılar; sonra bununla kifayətlənməyib bu məzlum insanları toplu şəkildə öldürməyə başladılar. Yüz minlərlə günahsız insan yalnız əli, barmağı, ayağı olmadığı və ya yaşlandığı üçün öldürüldü.

Heç şübhəsiz, bu, din əxlaqında qətiyyən yeri olmayan böyük zülm və vəhşilikdir. Allah insanlara ehtiyac içində olanları qorumağı əmr etmişdir. Kasıbların ehtiyaclarını qarşılamaq; şikəst insanlara qarşı şəfqətli və mərhəmətli olmaq, onların haqlarını qorumaq; cəmiyyət içində köməkləşmə və həmrəyliyi təmin etmək din əxlaqının gərəyi olan gözəl əxlaq xüsusiyyətləridir. Allahın əmr etdiyi əxlaqı görməzlikdən gələnlər isə həm özlərini, həm də içində yaşadıqları cəmiyyətləri böyük fəlakətlərə sürüyür. Sosial darvinizmin səbəb olduğu bəlalar bu həqiqətin ən təəccüblü nümunələrindəndir.
Sosial darvinizmin sözdə əsaslılıq qazandırdığı fəlakətlərdən bir başqası da müstəmləkəçilikdir. Müstəmləkəçi dövlətlərin o dövrkü bəzi rəhbərləri müstəmləkələrə qarşı mərhəmətsiz mövqeyini sosial darvinizmin elm, ağıl və məntiq baxımından heç bir əsaslılığı olmayan tezisləri ilə özlərinə görə haqlı göstərməyə çalışdılar. “Aşağı irq”lərin “üstün irq” tərəfindən idarə edilməsinin lazım olduğunu, bunun təbiətin qanunu olduğunu iddia edib zülmə əsaslanan imperialist siyasətlərini sözdə elmi təmələ yerləşdirdilər.

20-ci əsrdə meydana gələn iki böyük dünya müharibəsində tərəflər sosial darvinizmin səhv məntiqlərindən istifadə edib müharibəni qaçılmaz hadisə kimi göstərməyə çalışdılar. Günahsız və yazıq insanların qətl edilməsini; evlərinin, işlərinin, tarla və heyvanlarının yandırılmasını; milyonlarla insanın ev-eşiyindən olmasını; körpə və uşaqların əhəmiyyət verilmədən öldürülməsini son dərəcə məntiqsiz sosial darvinist iddialarla insanlıq inkişafının yolu kimi tanıtmağa çalışdılar.

Nəticədə, sosial darvinizm 19-cu və 20-ci əsrdə irqçiliyin, müstəmləkəçiliyin, haqsız və mərhəmətsiz rəqabətin, güclünün gücsüzü əzməsinin və on milyonlarla insanın öldüyü müharibələrin arxa planındakı təhrikedici gücü oldu. Sosial darvinizmlə birlikdə əsrlərlə davam edən bir çox pislik sözdə elm qılığına büründü. Necə ki, təkamülçü paleontoloq S.C.Quldun “İnsanın səhv ölçüsü” adlı kitabında Darvinin “Növlərin mənşəyi” kitabı üçün aşağıdakı şərhi də bu həqiqəti yenə diqqətə çatdırır:

1859-cu ildə “Növlərin mənşəyi”nin nəşr olunmasından sonra əsarət, koloniyalaşma, irq fərqlilikləri, sinfi strukturlar və cinsi rollar haqqındakı müzakirələr elm bayrağı altında aparılmağa başlandı.5

İqtibaslar:
Herbert Spencer, Social Status, 1850, s. 414-415
Richard Hofstadter, Social Darwinism in American Thought, Rev. Ed., Boston, Beacon Press, 1955, s.41
Mark Kingwell, “Competitive States of America, Microsoft proves it: we’re still wrestling with that treasured national ideal”, New York Times, 25 Haziran 2000; http://www.spaceship-earth.org/Letters/Editor/Competitive_States_of_America.htm
http://www.allston.org/josh/socialdarwinismf99.htm



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.