21 Yanvar 2018 20:21 Təkamülçülərə cavab

Simmetriya və uyğunluq təkamül nəzəriyyəsinin açıqlaya bilmədiyi mövzudur

Yer kürəsində və kainatda böyük uyğunluq hakimdir. Pəncərədən baxdığımızda belə, bu uyğunluğun bir çox dəlili ilə qarşılaşırıq. Göy üzündəki buludlar, ağaclar, çiçəklər, heyvanlar və bunlara bənzər bütün nümunələrdə qüsursuz nizam və simmetriya var.

Təbiətə baxdıqda hər bitkinin və heyvanın özünə məxsus rəng və naxışlarının olduğunu görürük. Üstəlik, bu rəng və naxışların hər birinin canlılar üçün müxtəlif mənaları var. Heyvanlar arasında cütləşməyə çağırma, qəzəb, təhlükədən xəbərdarlıq və bunlar kimi bir çox anlayışlar rənglər və naxışlar ilə məna qazanır.

Hər şeyin kortəbii təsadüflər nəticəsində əmələ gəldiyini iddia edən təkamül nəzəriyyəsi təbiətdəki sənət, rəng müxtəlifliyi və uyğunluğu açıqlaya bilmir. Canlılardakı dizaynın qarşısında təkamülçülərin düşdükləri vəziyyəti nəzəriyyənin banisi olan Çarlz Darvin də etiraf etmişdir. Darvin canlılardakı rənglərin nə üçün xüsusi mənalarının olduğunu anlamamışdı. Bunu bu sözləri ilə belə ifadə edir:
“Çətinlik çəkdiyim cəhət budur: nə üçün bəzi tırtılların olduqca gözəl və estetik rəngləri var? Bəziləri təhlükələrdən qorunmaq üçün rənglənib. Sadəcə fiziki şərtlər üçün bu cür parlaq rənglərinin olmasını çətinliklə anlaya bilirəm... Əgər biri: “Erkək kəpənəklər cinsiyyət seçimi ilə gözəl görünüş almalarına baxmayaraq, nə üçün sürfələri qədər gözəl deyil?” -deyə soruşsa, necə cavab verərsən? Mən buna cavab verə bilmərəm...”1
Sürfələrin üstündəki naxış və rənglər təkamülün olmadığına dəlildir.

Çarlz Darvin başqa bir yazısında nəzəriyyəsinin ziddiyyətini belə ifadə edir:

“Parlaq rənglər, erkək balıqların kürt yatması, əlvan dişi kəpənəklər... Bu gözəlliyin təbii seçmə yolu ilə əmələ gəldiyini düşünə bilmirəm”.2
Əlbəttə, təbiətdəki rənglərin, nizam və simmetriyanın təbii seçmə yolu ilə əmələ gəlməsi qeyri-mümkündür. Burada təkamülün irəli sürdüyü “təbii seçmə” anlayışını təhlil etməkdə fayda var. Məlumdur ki, təbii seçmə təkamül nəzəriyyəsinin xəyali mexanizmlərindən biridir. Buna əsasən, təbiətdəki canlılardan yaşadığı mühitə ən yaxşı uyğunlaşanlar həyatda qalır, zəiflər və ətraf mühit şərtlərinə uyğunlaşmayanlar məhv olur. Təkamülçü iddiaya görə, bir canlı üçün faydalı olan dəyişiklik digər dəyişikliklərin arasından seçilərək canlıda həmişəlik qalır və bu yolla sonrakı nəslə ötürülür.

Təbiətdəki canlılarda rənglərin, naxışların, naxışlarındakı simmetriyanın belə bir mexanizmlə əmələ gəlməsi, əlbəttə, qeyri-mümkündür. Bu, açıq-aydın həqiqətdir. Nəzəriyyənin banisi olmasına baxmayaraq, Darvin də xəyali təbii seçmə mexanizminin belə bir nizamı əmələ gətirə bilmədiyini etiraf etməli olmuşdur. Bundan başqa, C. Houks (J.Hawkes) “New York Times Magazine”də dərc olunan “Nine Tantalizing Mysteries of Nature” adlı məqaləsində təbii seçmənin mənasızlığını belə açıqlayır:

“Quşların, balıqların, çiçəklərin və s. göz qamaşdıran gözəlliklərin sadəcə təbii seçmə ilə əmələ gəldiyinə inana bilmirəm. Habelə, insan şüuru belə bir mexanizmin məhsulu ola bilərmi? Necə olur ki, sivilizasiya nemətlərinin yaradanı olan insan beyni, Sokrat, Leonardo da Vinçi, Şekspir, Nyuton və Eynşteyn kimiləri ölümsüzləşdirən yaradıcı təxəyyül “yaşamaq uğrunda mübarizə” adlanan meşə qanununun bizə hədiyyəsi olsun?” 3
Təkamülçülərin bu etiraflarından da başa düşülür ki, öz nəzəriyyələrinin nə qədər əsassız olduğunu özləri də bilirlər. Yer üzündə şimşəklərin çaxması, yağışların yağması nəticəsində təsadüfən əmələ gəlmiş bir hüceyrənin tədricən rəngarəng canlılara çevrilməsi iddiası heç bir ağıllı insanın müdafiə edəcəyi iddia deyil. Düşünün ki, bir elm adamı bir hüceyrəni, məsələn, bir bakteriyanı götürsə, ən uyğun laboratoriya şəraitlərini təmin etsə, hər cür lazımi maddədən istifadə etsə, milyon illər (bu mümkün deyil, ancaq fərz edək ki, mümkündür) gözləsə, bu hüceyrənin təkamül keçirməsi üçün çalışsa, nəticədə nə əldə edər? Bir bakteriyanı al-əlvan rəngli tovuz quşuna, yaxud qüsursuz naxışları olan bəbirə, yaxud məxməri ləçəkləri olan gözəl qırmızı qızılgülə çevirə bilərmi? Əlbəttə, ağıllı insanlar belə bir şeyi nə düşünər, nə də iddia edərlər. Ancaq təkamül nəzəriyyəsi məhz bunu iddia edir.

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.