Saxta keçid forma – Tiktaalik roseae
2004-cü ildə Şimali Kanada, Elsmir adasındakı Devon çöküntü yataqlarını araşdıran arxeoloqlar yeni bir fosil tapıntısı əldə etdilər. Fosilə yerli xalqın dilində “dayaz su balığı” mənasına gələn “Tiktaalik” adı verildi və 375 milyon illik olduğu deyilən bu fosil təkamülçü çevrələrdə böyük bir həyəcan doğurdu. Bunun səbəblərindən biri də tapılan qalığın lap yerinə düşməsi idi: o, təkamül nəzəriyyəsinə əsasən, “balıqlardan amfibiyalara keçid dövrü”nə rast gəlmişdi…
Tiktaalik təbliğatının rəhbərliyini edən Nil Şubin də başda olmaqla, təkamülçülər bu fosili yepyeni bir ara-keçid forma olaraq bir təbliğat alətinə çevirdilər. Tiktaalik üçün şəxsi internet saytı açıldı1, hətta özlərini itirmiş təkamülçülər tiktaalikin şərəfinə “tik-tik-tik-tik, tiktaalik” misraları təkrarlanan bir mahnı belə bəstələdilər2 (!). Yerli təkamülçü mənbələrdə də israrla müdafiə edilən bu keçid forma iddiasının böyük bir təkamülçü saxtakarlığın məhsulu olduğu isə gələcəkdə məlum olacaqdı…
Tiktaalik saxtakarlığı
Qazıntı əsnasında tapılan tiktaalik fosili, şəkildən də göründüyü kimi, yalnız kəllə qutusu sümüyündən ibarət idi. Canlının gövdə sümükləri barədə isə heç bir dəlilə rast gəlinməmişdi. Tapılan kəllə sümüyündən də görünür ki, fosilin aid olduğu canlı eynilə labirintodont qrupundan olan suda-quruda yaşayanlar kimi kəllə qutusu quruluşuna malikdir.3,4
İşin maraqlı cəhəti isə ondadır ki, media vasitəsilə geniş kütlələrə çatdırılan “tiktaalik” tapılmış orijinal fosildən olduqca fərqli idi. Belə ki, təbliğatı aparılan canlının kəlləsinə bitişmiş gövdəsi, pulcuqları və hətta üzgəcləri belə var idi (!). Təkamülçülər eynilə Piltdaun adamı və arxeoraptorda etdikləri fosil saxtakarlığını tiktaalikin də üzərində sınamışdılar! Belə ki, tiktaaliklə eyni zəngin fosil təbəqəsindən tapılmış müxtəlif növ balıq gövdəsi və üzgəclərini amfibi kəlləsinə montaj edərək bunu insanlara “ara-keçid forma kəşfi” kimi təqdim etmişdilər.
Gövdənin və üzgəclərin tiktaalikə aid olmadığı çox açıq idi. Belə ki, gövdənin çəpəki şəkildə yerləşdirilmiş balıq gövdəsi olduğunu həvəskar paleontoloqlar belə ilk baxışda sezə bilərdilər. Üzgəclər haqqında isə, elə tiktaalikin kaşiflərindən və ən öndə gedən müdafiəçilərindən olan təkamülçü paleontoloq Nil Şubin etiraf edirdi ki, tiktaalikin (xəyali) qarın üzgəcləri onun çəkisini quru üzərində daşıya bilməzdi.5
Tiktaalikin yalnız tək bir kəllə sümüyü fosilindən ibarət olduğu Çikaqo Universiteti əməkdaşları tərəfindən də açıq şəkildə nümayiş etdirilir. Belə ki, tiktaalikin kəllə sümüyü 3D formatında tədqiq edilməsinin asanlaşması üzrə virtuallaşdırılmışdır.6
Mənbələr:
- tiktaalik.uchicago.edu
- Tiktaalik (Your Inner Fish), music by the Indoorfins, youtube.com, 2008
- https://en.wikipedia.org/wiki/Labyrinthodontia
- https://en.wikipedia.org/wiki/Skull_roof
- Sample, I., Tiktaalik fossils reveal how fish evolved into four-legged land animals, theguardian.com, 13 January 2014
- http://tiktaalik.uchicago.edu/3DTik.html