9 May 2018 13:38 Təkamülçülərə cavab

Quşlar necə ortaya çıxmışdır?

Təkamülçülərin başqa fantaziyası da quşların yaranması haqqındadır: canlıların sudan quruya keçmələrindən sonra bunlardan bir qisminin də qanadlanaraq quşlara çevrildiyini iddia edirlər. Halbuki, quru canlılarından tamamilə fərqli quruluşda olan quşların heç bir bədən mexanizmi pilləli təkamül modeli ilə açıqlanacaq vəziyyətdə deyil. Hər şeydən əvvəl, quşu quş edən ən əhəmiyyətli xüsusiyyət, yəni qanadlar təkamül üçün cavabı tapılmayan problemli suallardandır. Türk təkamülçülərdən Engin Korur qanadların təkamül keçirməsinin qeyri-mümkünlüyünü belə etiraf edir:

Gözlərin və qanadların ortaq xüsusiyyəti ancaq tamamilə təkmilləşmiş vəziyyətdə öz vəzifələrini yerinə yetirə bilmələridir. Başqa bir ifadə ilə, əksik gözlə görmək olmaz, yarım qanadla da uçmaq olmaz. Bu orqanların necə əmələ gəldiyi təbiətin hələ açıqlanmamış sirlərindən biri kimi qalmışdır...23

Göründüyü kimi, qanadların bu qüsursuz quruluşunun bir-birini izləyən təsadüfi mutasiyalar nəticəsində meydana gəldiyi iddiası tamamilə əsassızdır. Bir sürünənin ön ayaqlarının genlərində meydana gələn bir pozulma (mutasiya) nəticəsində necə qüsursuz bir qanada çevriləcəyi əsla açıqlana bilməz.

Bunların ardınca bir sual da yaranır: bütün bu ağıl və məntiqdən kənar hekayəni doğru saysaq belə, bu hekayəni təsdiqləməli tək qanadlı, yarım qanadlı fosillər nə üçün heç cür tapıla bilmir?

Həmçinin bir quru canlısının uça bilməsi üçün yalnız qanadlarının olması da kifayət deyil. Quru canlısı quşların uçmaq üçün istifadə etdiyi digər bir çox mexanizmdən məhrumdur. Məsələn, quşların sümükləri quru canlılarına nisbətən daha yüngüldür. Ağciyərləri daha fərqli bir quruluş və funksiyaya malikdir. Fərqli bir əzələ və skelet quruluşuna sahibdirlər və daha xüsusiləşmiş bir ürək- qan dövranı sistemləri vardır. Bu xüsusiyyətlər uça bilməyin ən az qanadlar qədər vacib olan mühüm şərtləridir. Canlının uça bilməsi üçün hamısı birlikdə və eyni anda lazım olan bu mexanizmlər yavaş-yavaş, yığılaraq meydana gələ bilməzlər. Quru canlılarının hava canlılarına çevrildiyi nəzəriyyəsi, bu səbəbdən, tamamilə cəfəngiyatdır.

Təkamül nəzəriyyəsinin qurudan havaya keçid iddiasının doğurduğu müzakirələrin bir çoxu arxeopteriks (archæopteryx) adlandırılan quş fosilinə aiddir. Təkamülçülərə görə, 150 milyon il yaşındakı bu fosil qurudan havaya keçidin ən böyük dəlilidir. Təkamülçü paleoantropoloqlar bu canlının skelet quruluşunu velosireptor (velociraptor) və dromozavr (dromeosaur) adlı kiçik quruluşlu dinozavrlara bənzədir. Bu səbəbdən, bu canlının dinozavr-quş əlaqəsini təmin edən ara keçid forması olduğunu iddia edirlər.

Arxeopteriksin dinozavrlarla quşlar arasında bir ara keçid forması olmadığının ən açıq dəlili uça bilməsidir. Çünki arxeopteriksi bir ara keçid forması olaraq müəyyən edənlər onun hələ sürünən xüsusiyyətlərinə sahib olan və bu səbəbdən, hələ uça bilməyən bir canlı olduğunu irəli sürürlər. Məşhur tədqiqatçılar, S.Olson (Storris Olson) və A.Feduçia (Alan Fediccua) arxeopteriks üzərində apardıqları anatomik tədqiqatlar nəticəsində bu quşun rahatlıqla uça biləcəyini açıqlayırlar.24

Qısası, arxeopteriks yarı sürünən, yarı quş bir canlı (bədəninin yarısı tüklərlə, yarısı pullarla örtülü, uça bilməyən, ancaq havada uça bilən xəyali bir ara keçid forması) deyil. Tam olaraq uça bilmədiyi iddiaları əsassızdır. Heyvan bildiyimiz quşlar kimi uça bilən istiqanlı bir quşdur.
 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.