Qədim Prjevalski atı rəsmlərinin yaşının təyin edilməsindəki problemlər
Təkamülçülər modern atlara tarix qoyarkən mağaralardakı rəsmlərə bel bağlayırlar. Lasko mağarasının internet saytında rəsmlərə necə tarix qoyulduğu haqda yazılır:
“Keçən onilliklərdə aparılan araşdırmalar Laskonun ikonoqrafiyasını Madlen mədəniyyətinə – bundan 17.000 il öncəsinə aid edir. Halbuki müəyyən simvollar – həm tematik, həm qrafik olmaqla – belə göstərir ki, bəzi fiqurlar daha müasirdir. Bu müasirlik karbon-14 sınağı ilə də təsdiqlənir (təxminən 15.000 illik)”.8
Prjevalski atı sadəcə bir nəfərin çəkdiyi at rəsmi deyil
Burası doğrudur ki, mağaradakı rəsmlər Prjevalski atı kimi dolu, bozumtul rəngli poniləri xatırladır. Amma yenə də burada bir spektr müxtəlifliyində – boz, qara, sarı, qırmızı, qəhvəyi, ləkəli, xallı və s. çox miqdarda digər at rəsmləri də mövcuddur, hətta bəziləri eyni mağarada çəkilib! Bir çox gözəl qaya rəsmləri atları incə zövqlə, müasir cins minik atı və ərəb atına oxşar təsvir edib. Buz Dövrü incəsənətindən bəhs edən bir saytda qayalara yonulmuş at rəsmlərindən biri haqda belə deyilir:
“Doğrusu budur ki, bu, həqiqi Buz Dövrü atlarını təsvir edən rəsm deyil, hansı ki, onlar dolu, poniyə bənzəyən canlılar idilər. Bunun əksinə, rəsm təbiilik və reallıqdan olduqca uzaq formatda çəkilmişdir. Bu rəsmdə atın hərəkətini, sürətini mükəmməl şəkildə ifadə edən zolaqlar da təsvir edilmişdir”.9
Atlar müxtəlif ölçülərdə və fərqli hərəkət formalarında təsvir ediliblər, həmçinin mağara rəssamları üçün həmişə diqqət mərkəzində olan bir mövzu olublar. Mağara divarlarında təsvir olunmuş at rəsmlərinin fərqliliyi bu şəkillərin təsvir edildiyi dövrdəki atların müxtəlifliyini və məharətli, 100% insan sənətkarlığını əks etdirir.