31 May 2018 01:32 Təkamülçülərə cavab

Prjevalski və təkamül təbliğatı

Prjevalski və təkamül təbliğatı

Prjevalski atı (Asiya vəhşi atı və ya “tax” kimi də tanınır) vətəni Monqolustan olan güclü, ekzotik at cinsidir və mühafizə səyləri nəticəsində nəsli kəsilməkdən qorunmuşdur. Prjevalski atının tarixinin böyük hissəsi elmə məlum deyil, buna görə də bu tarixə aid fərziyyələrə zəmin yaratmış olur. Beynəlxalq At Muzeyinə (International Museum of the Horse) əsasən, bu atlar keçən əsr rus səyyahı, tədqiqatçı Nikolay Prjevalski tərəfindən kəşf edilmişlər.1 Amma yenə də, Prjevalski atlarından tez-tez “bugünkü at irqlərinin kökü” olan primitiv üçlüyün yeganə sağ qalan nümayəndəsi kimi bəhs edilir. BAM-in rəsmi saytı iddia edir ki, bu cins “hazırda yaşayan ən qədim atdır” və “bugünkü bütün cinslərin bilavasitə və ya ikinci dərəcəli əcdadıdır”.

Müxtəlif media mənbələrində Prjevalski atlarının yeganə həqiqi vəhşi at cinsi olduğu deyilir:

“Prjevalski atı (Monqolustanda tax) dünyadakı yeganə sağ qalmış həqiqi yabanı atdır, amma mustanq atı kimi əvvəlcə əhliləşib sonra yabanı həyata keçmiş cinslərlə qarışıq salınmamalıdır. Tax əhliləşmiş atın təbiət tarixi boyunca dözümlü qalmış yeganə yabanı qohumudur”.2

Təbiətin və Ətraf Mühitin Mühafizəsi üzrə Monqolustan Assosiasiyasının prezidenti C.Tserendeleqdən sitat gətirən Amerika Təbiət Tarixi Muzeyinin veb-saytında yazılır:

“Taxlar yer üzündə yaşayan yeganə sağ qalmış yabanı atdırlar”.3

Atlarla əlaqədar ensiklopediyalar, həmçinin Prjevalski atının “primitiv” fiziki xüsusiyyətlərə sahib olduğunu yazır. Bu cinsin “əmtəə nişanı” olan bozumtul rənglər – bel boyunca uzanan tünd zolaq və ayaqlardakı izlər “tipik primitiv”4 xüsusiyyətlər kimi, kobud, dik boyun tükləri isə “diqqətə dəyər primitiv”5 xüsusiyyət kimi şərh edilir.

“Tarixi və primitiv” iddialarının mənbəyi

Bu “primitiv” iddialarını dərindən araşdırdığımız zaman, Prjevalski atı haqqındakı “əcdad mirası” düşüncələrinin Avropanın qayalıq bölgələrindəki mağara rəsmləri, oymalar və əl işlərinə əsaslandığını görərik. Misal üçün, BAM Fransada yerləşən Lasko mağarasındakı rəsmlərin modern Prjevalski atını əks etdirdiyi fikrini müdafiə edir.

“Modern Prjevalski atı Fransanın Lasko mağarasındakı rəsmlərdə əks olunmuş canlıları xatırladır”.6

Bu kəşflər e.ə. 20.000–9.000 il öncəsinə aid edilir, lakin bəzi alimlər bu rəsmləri 30.000 illik hesab edirlər.7

Qədim Prjevalski atı rəsmlərinin yaşının təyin edilməsindəki problemlər

Təkamülçülər modern atlara tarix qoyarkən mağaralardakı rəsmlərə bel bağlayırlar. Lasko mağarasının internet saytında rəsmlərə necə tarix qoyulduğu haqda yazılır:

“Keçən onilliklərdə aparılan araşdırmalar Laskonun ikonoqrafiyasını Madlen mədəniyyətinə – bundan 17.000 il öncəsinə aid edir. Halbuki müəyyən simvollar – həm tematik, həm qrafik olmaqla – belə göstərir ki, bəzi fiqurlar daha müasirdir. Bu müasirlik karbon-14 sınağı ilə də təsdiqlənir (təxminən 15.000 illik)”.8

İqtibaslar:

  1. The International Museum of the Horse, The Legacy of the Horse: A Chronological History of Humans and Their Relationship with Horses, chap. 1A,  December 18, 2006 
  2. Foundation for the Preservation and Protection of the Przewalski Horse  December 18, 2006
  3. The AmericanMuseum ofNatural History-BioBulletin, http://biobulletin.amnh.org/D/2/1/ ,January 1, 2007
  4. Pikeral, Tamsin, The Encyclopedia of Horses & Ponies, Parrogon Publishing,Bath,UK, 1999, p. 165
  5. Edwards, Elwyn Hartley, The Encyclopedia of the Horse, Dorling Kindersley Publishing, Inc.,New York,NY, 1994, p. 19
  6. The International Museum of the Horse, The Legacy of the Horse: A Chronological History of Humans and Their Relationship with Horses, chapter 1A,  December 18, 2006
  7. San Diego Zoo’s Animal Bytes: Przewalski’s Horse December 18, 2006
  8. Lascaux: Discover
    ; December 18, 2006


Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.