16 Aprel 2018 23:28 Təkamülçülərə cavab

Pitekantrop (Yava adamı) meymundan insana keçid forma deyil

Özünü təkamül nəzəriyyəsinin dırnaqarası itkin halqasını tapmağa həsr etmiş bir anatom olan Ejen Dübua (Eugène Dubois) 1891-ci ildə İndoneziyanın Yava adasındakı Solo çayının sahilində bir kəllə qutusu qapağı tapdı. Dübua bu fosildə meymunla insan xüsusiyyətlərinin eyni anda mövcud olduğunu düşünürdü. Bir il sonra kəllə qutusu qapağını tapdığı yerdən təxminən 15 metr aralıda bud sümüyü də tapdı və insanınkına çox bənzəyən bu bud sümüyünün kəllə qutusuyla eyni bədəndən olduğu fikrinə vardı. Əlindəki iki ədəd sümüyə əsaslanaraq bu fosilin keçid forma olduğu fikrini mənimsədi və tapıntısına elmi təəssürat yaradan bir ad da verdi: Pithecanthropus erectus, yəni “dik yeriyən meymun–adam”… Xalq arasında Yava adamı kimi tanınan bu fosilin kəllə qutusu həcmi təqribən 900 sm3 olaraq hesablandı. Yaşının da 500.000 il olduğu irəli sürüldü.1

Dübua fosilin tapıldığı təbəqə olan Trinil təbəqəsinin Pleystosen və Pliosen (Üçüncü dövr) şöbələri arasındakı sərhədin altında olduğunu düşünürdü. Əsl insanların da Orta Pleystosendə təkamül etdiklərindən əmin idi. Bu səbəbdən də Dübuaya görə, Yava adamının yaşı itkin halqa olmağa olduqca münasib idi. Halbuki Dübua fosili tapmamışdan əvvəl Yava fosil faunası ilə əlaqədar tədqiqat hazırlamışdı. Hazırladığı araşdırma Dübuanın Yava adamı fosili ilə bağlı verdiyi məlumatların tam əksi göstəricilərə malik idi. Fosili tapdıqdan sonra isə, fauna tədqiqatı ilə bağlı şərhləri qəflətən tərsinə döndü.

İyirmi ildən uzun müddət ərzində Yava adamını araşdıran Marvin L.Lubenov “Mübahisəli sümüklər” (“Bones of Contention”) adlı kitabında Dübuanın fosili tapdığı zaman kifayət qədər geoloji məlumatı olmadığını belə bir sitatla bildirir:

“Dübua Yava fosil faunasını ilk dəfə xarakterizə etdiyi vaxt onu Pleystosen (dövrünə aid) olaraq təqdim etmişdi. Lakin pitekantropu (Yava adamını) tapdıqdan dərhal sonra fauna birdən-birə Üçüncü Dövr oldu. Faunanın Pleystosen xüsusiyyətlərini azaltmaq üçün əlindən gələni etdi”.2

Dübua bud sümüyü və kəllə qutusu qapağının eyni bədənə aid olduğunu deyirdi. Bunun əksinə, dövrün məşhur alimləri zidd istiqamətdə şərhlər verirdilər. Kembric Universitetindən məşhur anatom Ser Artur Kit (Arthur Keith) bu həcmə malik kəllə qutusunun meymuna aid ola bilməyəcəyini qəti olaraq bildirir, meymunlara xas güclü çeynəməni təmin edən xüsusiyyətlərin bu kəllə qutusu qapağında mövcud olmadığını ortaya qoyurdu. Kit bu kəllə qutusunun qəti şəkildə bir insana məxsus olduğunu deyirdi.

Açığı budur ki, Dübua iki sümüyə əsaslanaraq fantaziya səviyyəsinə çatan iddialar irəli sürmüşdü. Bu iddiaların əsasında da “yönləndirilmiş baxış bucağı” dayanırdı. Dübua təkamülçü olduğu üçün, onsuz da, müəyyən bir qərəzlə hərəkət etmiş və alternativ hər hansı bir ehtimalı düşünmək istəməmişdi. Üstəlik, müxalif görüşləri dilə gətirənlərə qarşı da açıq şəkildə düşmənlik bəsləyirdi.

Dübuanın meymun-adam məntiqsizliyini yıxan başqa bir kəşf isə özü antropoloq olan dr. Volkhoffdan gəldi. Volkhoff Solo çayının qurumuş bir bölgəsində və Dübuanın Yava adamını tapdığı yerə iki mil qədər yaxınlıqda bir insan azı dişinin üst hissəsini tapdı. Fosilləşmiş bu azı dişi insana aid idi və Yava adamının yaşadığı iddia edilən dövrdən də qədim dövrə aid idi. Bunu tapan mütəxəssislərin hər biri təkamülçü və təkamülü sübut edən fosil axtarmaq üçün bu layihəni həyata keçirən briqada idi. Buna baxmayaraq, briqada rəhbəri prof. Marqareta Zelenka bugünkü insanla Yava adamının eyni dövrdə yaşadığı, yəni Yava adamı ilə insanın təkamülü arasında heç bir əlaqənin olmaması nəticəsinə gəlirdi. Hesabatın son qismində isə, layihəyə katiblik edən dr. Maks Blenkenhorn oxucularından “öz kəşfləri ilə Dübuanın tezisini təsdiqləmək əvəzinə, təkzib etdikləri üçün” üzr istəyirdi!

Bütün bunlardan da məlum olduğu kimi, meymun-adam kimi tərif edilmiş Yava adamının hal-hazırda yaşamaqda olan insanlardan heç bir fərqi yoxdur. Yava adamı ilə əlaqədar irəli sürüləcək tək şey kəllə qutusu həcmi ola bilər ki, müasir dövrdə də kiçik kəllə qutusu həcminə malik insan irqləri mövcuddur. Üstəlik, bu irqlər arasında sayılan aborigen yerlilərinin Yava adasına heç də uzaq olmayan Avstraliyada yaşadıqları düşünüldüyü zaman, Yava adamının da özünəməxsus bir insan irqi olması qətiyyət qazanır.

İqtibaslar:

  1. Creation, 13(3):22–23, June 1991
  2. Marvin L. Lubenov, Bones of Contention, 5-ci nəşr, Baker Books, Michigan, 1995, səh. 88

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.