16 Oktyabr 2017 01:13 Təkamülçülərə cavab

Özlərinə dost bildikləri elm darvinistləri yıxıb-darmadağın etmişdir.

Darvinistlər elmilik saxtakarlığını qorxub-çəkinmədən həyata keçirərkən, elmin onlara bu qədər böyük iztirablar verəcəyini heç güman etməmişdilər. Elmin ancaq dinə xidmət etdiyini görəndə şoka düşdülər. Tarixin ən böyük alimlərinin Allaha iman etdikləri bütün dünyaya elan ediləndə dəhşətə düşdülər. Elmilik cəfəngiyatına təkrar sarılmağa çalışdılar, lakin tutub-qala bilmədilər. Biçarə, səslərini xeyli azaltdılar. Elmin ateizmi, darvinizmi, marksizmi, kommunizmi, materializmi və bütün digər batil ideologiyaları boğub yerlə bir etdiyini öz gözləriylə gördülər. Darvinistlər elm qarşısında ən böyük məğlubiyyətlərini daddılar. Özlərinə dost bildikləri elm onları yıxıb-darmadağın etdi.

Elmin tərəqqisi ilə 21-ci əsrdə ortaya çıxan ən böyük həqiqətlərdən biri budur: elm Allaha iman edənlər üçündür. Elm səmimi dindarlara fayda gətirir. Allah Quranda ağcaqanada (Bəqərə surəsi, 26), bal arısına (Nəhl surəsi, 68) diqqət çəkir. Bir trayektoriya üzrə hərəkət edən ulduzlara (Zəriyət surəsi, 7), suyun üzündə üzən gəmilərə (Həcc surəsi, 65) diqqət çəkir. Allah Quranda göyərən yarpaqlara (Ənam surəsi, 59), yeddi qat göy üzünə (İsra surəsi, 44) diqqət çəkir. Allah Quranda iman edənlərin bu iman dəlillərinə qarşı diqqətli olmaqlarını istəyir. İnsan elm ilə araşdırdıqca bu diqqətəlayiq sistemlərin dərinliklərini kəşf edər.

Bir ağcaqanadın xortumunu nə cür bir keyitmə üsulu ilə yerləşdirdiyini, o yerli keyitmənin baş tutduğu yerdəki maddənin molekulyar quruluşunu bizə elm verir. Yaşıl yarpağın həyata keçirdiyi fotosintez möcüzəsi, gəmiləri üzdürən sularda mövcud olan fizika qanunları, göydə duran və Allahın diləməsi xaricində, əsla tarazlığını pozmayan nəhəng kosmik obyektlər elmin bizə göstərdiyi həqiqətlərdir. Quranda xəbər verilən hər şeyi elm bizə sübut edir. Buna görə də vicdanıyla və ağlıyla düşünə bilən bir insan Qurandakı tək bir misaldan Allahın Uca Varlığını dərhal qavrayar. Elə bu səbəbdən də, Quranda misal gətirilən bircə ağcaqanad Uca Rəbbimizə iman etmək üçün kifayətdir. Allah ayələrində belə bildirir:

“Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?”- deyirlər. Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir”. (Bəqərə surəsi, 26)

“Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın. Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər- lap hamısı bunun üçün bir yerə yığışsa belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də”. (Həcc surəsi, 73)

İman həqiqətləri elmin bizə göstərdiyi hədiyyələrdir. Allahın möhtəşəm bir nemətidir. Allah üstünlüyünü, böyüklüyünü, ucalığını göstərmək üçün elmi vəsilə edir. Elmi də, elmin kəşf etdiklərini də yaradan aləmlərin Rəbbi olan Allahdır.

Darvinistlər hal-hazırda dəhşət içindədirlər. Elmin antipaqan, antidarvinist olduğunu heyrətlə hiss etdilər. Bu iztirab darvinistlərin 150 ildir yaşadığı ən böyük iztirablardan ən qabaqda gəlir. Elmi başa düşənlərin, elmin içində olanların darvinizmi kütlələr halında tərk etməsi bu iztirabı artırmışdır. Elmin İslama xidmət etməsi bu iztirabı qatbaqat artırmışdır. İş o yerə çatıb ki, darvinistlər rüsvayçılıqla yadplanetliləri xilaskar elan ediblər. 150 ildir kütlə hipnozu aparan dəccal sisteminin axırda düşdüyü vəziyyət bax budur.

Elm hər sahəsiylə Allahın Uca Varlığını göstərməkdədir. 21-ci əsr bu kəşfin və dəhşətli darvinist məğlubiyyətin əsri olacaqdır.

Elm darvinizmin ən böyük düşmənidir. Elm; marksist, ateist, materialist, darvinist düşüncəni parça-parça edir.

Elm bütün ehtişamı ilə Allahın Uca Varlığını və Yaratmasını hər kəsə göstərmişdir. Elmin göstərdiyi bütün bu gerçəklər və elmin İslama xidmət etməsi 21-ci yüzillikdə darvinistlərin ən böyük iztirabı olmuşdur.



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.