2 Aprel 2018 23:54 Təkamülçülərə cavab

Niyə təkamül nəzəriyyəsini rədd etmək inkişaf və irəliləməyi də rədd etmək kimi göstərilir?

Təkmilləşmə kəlməsi xüsusilə son dövrlərdə bir çox fərqli mənada istifadə edilir. Məsələn, təkamül məfhumuna ictimai həyatla bağlı bir məna verilmiş, bəşəriyyətin inkişafı, texnologiyanın irəliləyişi kimi məfhumlarla eyniləşdirilmişdir. Bu mənada istifadə ediləndə təkamül məfhumunda heç bir yanlışlıq yoxdur. Şübhəsiz ki, ağıl sahibi olan insan zaman ərzində ağlından, məlumatından və gücündən istifadə edərək hər mövzuda inkişaf edər və dəyişər. Bəşəriyyətin məlumat təcrübəsi nəsildən nəsilə ötürülərək böyüyər. Bu mövzu canlılar aləmini təsadüflərlə açıqlamaq iddiası ilə ortaya çıxan təkamül nəzəriyyəsinə dəlil olmadığı kimi, yaradılış ilə də əlaqəli deyil.

Burada təkamülçülər çox bəsit söz oyunu oynayaraq doğru anlayışı yanlış anlayışla qarışdırırlar. Məsələn, “insan illərlə ictimai həyat baxımından, mədəni, elmi və texnoloji olaraq davamlı inkişaf və dəyişiklik içindədir” ifadəsi doğrudur. (Ancaq bunu da xatırlatmaq lazımdır ki, tarixin müəyyən mərhələlərində irəliləmə olduğu kimi, geriləmə də ola bilər. Sosial hadisələrdə daimi irəliləyiş, sabitlik və ya geriləmə dövrləri olmuşdur.) Belə ki, “bəşəriyyətdəki dəyişiklik və inkişaf kimi, canlı növləri də uzun illər ərzində inkişaf edərək dəyişikliyə məruz qalmışdır” iddiası tamamilə yanlışdır. İnsanın düşünən varlıq olaraq məlumatını, elmini artırması, bunları digər nəsillərə ötürməsi və bu şəkildə davamlı irəliləməsi məntiqli və elmi olduğu halda, canlıların təsadüflərlə, nəzarətsiz və şüursuz təbiət şərtləri ilə inkişaf edib təkmilləşməsi iddiası cəfəngiyatdır.

Elmdə irəliləyişin qabaqcılları yaradılışı müdafiə edən elm adamlarıdır

Təkamülçülər özlərini yenilik, dəyişiklik, irəliləyiş kimi anlayışlarla tanıtmağa çalışsalar da, tarix həmişə elm, irəliləyiş və inkişafın əsl qabaqcıllarının yaradılışı müdafiə edən elm adamları olduğunu göstərmişdir.

Elmi inkişafın hər anında imanlı elm adamlarının imzası var. Astronomiyada iz qoyan Leonardo da Vinçi, Kopernik, Kepler, Qaliley (Leonardo da Vinci, Kopernik, Keppler, Galilei) paleontologiyanın banisi Kuvier (Cuvier), botanika və zoologiyanın əsasını qoyan Linney (Linnaeus), yerin cazibə qüvvəsini müəyyən edən Nyuton (Newton), qalaktikaları və kainatın genişlənməsini kəşf edən Edvin Habl (Edwin Hubble) və daha bir çox elm adamı Allah’ın varlığına, kainatı və canlıları Onun yaratdığına inanan alimlər idi.

XX əsrin ən böyük alimlərindən biri kimi qəbul edilən Albert Eynşteyn (Albert Einstein) belə demişdir:

“Dərin imana malik olmayan heç bir elm adamı təsəvvür edə bilmirəm. Bu, belə də ifadə edilə bilər: dinsiz bir elmə inanmaq mümkün deyil”. (Science, Philosophy, And Religion: A Symposium, 1941, CH.13.)

Müasir fizikanın əsasını qoyan alman fiziki Maks Plank (Max Planck) isə belə deyir:

“Hansı sahədə olursa olsun, elmlə ciddi şəkildə məşğul olan hər kəs elm məbədinin qapısındakı bu yazını oxuyacaqdır: iman elm adamının əl çəkməyəcəyi xüsusiyyətdir”.( J.De Vries, Essential of Physical Science, Wm.B.Eerdmans Pub.Co., Grand Rapids, SD 1958, səh. 15.)

Elm tarixinin tədqiq edilməsi dəyişiklik və irəliləyişin yaradılışı müdafiə edən elm adamlarının əsəri olduğunu göstərir. Digər tərəfdən, elmi irəliləyişlər, xüsusilə də XX və XXI əsrdəki elmi nailiyyətlər yaradılışın saysız-hesabsız dəlilini əldə etməyimizə kömək etmişdir. Müasir elm və texnologiya kainatın yoxdan yaradıldığı həqiqətini aşkar etmişdir. Kainatın təxminən 15 milyard il əvvəl tək bir nöqtədən partlayaraq genişlənməsi nəticəsində meydana gəlməsi bu gün bütün elm dünyası tərəfindən qəbul edilmiş həqiqətdir. Beləliklə, XIX əsrin bəsit elmi şərtləri daxilində materialistlər tərəfindən müdafiə edilən əvvəli və sonu olmayan sonsuz kainat modeli təkzib edilmişdir. Kainatın eynilə Quranda bildirildiyi kimi yaradıldığı, bir başlanğıcının və sərhədlərinin olduğu və genişləndiyi məlum olmuşdur.

Canlılardakı yaradılışın bir çox yeni dəlilini əldə etməyimizə XX  əsrin inkişaf edən elmi kömək oldu. Elektron mikroskop vasitəsilə canlıların ən kiçik hissəsi olan hüceyrənin və onu əmələ gətirən hissələrin möhtəşəm quruluşunu müşahidə etmək mümkün oldu. DNT-nin kəşf edilməsi mikroskopla görə bildiyimiz hüceyrədə özünü göstərən sonsuz ağılı sübut etdi. Biokimya və fiziologiya sahəsindəki irəliləyişlər orqanizmin molekulyar səviyyədə mükəmməl funksiyalarını və yaradılış xaricində açıqlanması mümkün olmayan mürəkkəb quruluşunu göstərdi.

Bunun əksinə, təkamül nəzəriyyəsinin 150 il əvvəl irəli sürülməsindəki şərtləri hazırlayan amil isə həmin dövrün elmi cəhətdən geridə olması idi.

Nəticədə, yaradılışı müdafiə edənlər  imanlarının davamlı artmasına vəsilə olan elmə və inkişafa qarşı olmamışlar. Əksinə, tam dəstəkləmişlər. Yeniliyə qarşı çıxanlar isə elmin ortaya qoyduğu bütün dəlillərdən üz çevirib əsassız fantaziyaların məhsulu olan təkamül nəzəriyyəsini müdafiə edənlərdir.

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.