New York Times-ın süni insan genomu yaratmaq iddiası nə üçün mənasızdır?
14 May 2016-cı ildə “New York Times” qəzetində ”sintetik insan genomu istehsal olunacaq” iddialarına yer verilən bir məqalə dərc edildi. Müəllifi Endryu Pollak olan məqalədə insan xromosomlarındakı bütün DNT-lərin istehsal edilə biləcəyinə dair iddia var idi. Bu cavabımızda bəhs olunan iddianın məntiqsizliyini, elmi dəlillərlə uyğunsuzluğunu və yoxdan DNT istehsal edilə bilinməyəcəyini açıqlayacağıq.
Əslində, məqaləni hazırlayanlar da bu həqiqətlərin fərqində idilər ki, “New York Times”dakı yazıda diqqət çəkən bəzi məqamlar var. Məsələn, layihəni hazırlayanlardan Harvard Tibb fakültəsinin genetika professoru Corc Çörç insan yaratmağa çalışmadıqlarını, lakin hüceyrənin DNT sintezləmək qabiliyyətini inkişaf etdirməyi qarşılarına məqsəd qoyduqlarını bildirirdi. Bununla yanaşı, 3 milyard əsas cütdən ibarət olan insan DNT-sini sıfırdan sintez etməyin qeyri-mümkünlüyü hər kəsə məlum olduğuna görə əvvəlcə “HGP2-insan genomu sintezi layihəsi” (Human Genome Synthesis Project, HGP2) deyə elan edilən layihənin adı daha sonra “HGP-Yazısı: Hüceyrələrdə böyük sintetik genomların yoxlanması” (HGP-Write: Testing Large Synthetic Genomes in Cells) olaraq dəyişdirildi. Bütün bu dəyişliklilərə və açıqlamalara baxmayaraq, məqalədə cümlələrin arasına sərpişdirilmiş ifadələrlə, guya, artıq insan yaradıla biləcəyinə dair təəssürat yaradılmağa çalışılırdı. İndi isə DNT-nin hələ də başa düşməyə çalışdığımız üstün yaradılış məhsulu olduğunu və yoxdan canlı yaratmağın qeyri-mümkün olduğunu birlikdə araşdıraq.
DNT-nin şifrə sistemini nə qədər tanıyırıq?
Əvvəlcə bunu qeyd etmək lazımdır ki, DNT-dəki məlumat çox böyükdür və DNT insan bədəninin bankı kimidir. Bu mövzudakı araşdırmalar əsasən təxminlərdən ibarət olur və mövcud məlumatı qiymətləndirib araşdırmağa əsaslanır. “NewYork Times”da toxunulan və hələ başlanmamış bu araşdırma da hal-hazırda planlaşdırılma mərhələsində, yəni müzakirələrlə təkmilləşmə ərəfəsindədir. Araşdırma ilə bağlı “DNT 2.0” adlı genetika şirkətindən Ceremi Minşal da plandakı bu layihə haqqında belə deyir:
“Nəyi inşa edəcəyimizə dair gümanlarımız nə inşa edə biləcəyimizdən çox geridədir”
(www.nytimes.com/2016/05/14/science/synthetic-human-genome.html)
Bəşəriyyət DNT-ni meydana gətirən 3 milyard şifrədən ibarət bənzərsiz məlumatı hələ tanımaq mərhələsindədir. DNT üzərində aparılan tədqiqatlarda müsbət nəticələr əldə olunur, lakin bunlar kifayət etmir.
Məsələn, bu gün Epigenom tədqiqatları nəticəsində DNT-dəki bəlli qisimlərin müəyyən genlərin aktiv vəziyyətə gətirilməsində rol oynadığı məlum olmuşdur. DNT-nin bütün kodları ilə bütöv olaraq ancaq genlərdən ibarət olmadığı, lakin genləri idarə edən ayrı kod sisteminə sahib olduğu başa düşülmüşdür. “Epigenom” adlandırılan bu idarə sistemi sayəsində vaxtı təyin olunmuş funksiyalar üçün müəyyən genlər aktivləşdirilir, ya da söndürülür. Epigenomun olması əvvəlcədən planlanmış və müəyyən olunmuş vəzifələrin hazırlığını açıq-aydın ortaya qoyur. DNT beləcə canlının müxtəlif zamanlarda və şəraitlərdə yaşamağı üçün imkan yaradır. İnsanlarda yetkinlik çağında əmələ gələn cinsiyyət hormonları buna misal ola bilər. “Epigenetika” adı ilə davam edən bu tədqiqatlar xüsusilə mikroorqanizmlər üzərində bu gün hələ də davam edir.
Zülalları kodlaşdıran gen sahələri isə bizim məlumatlarımızın fövqündə kompleks bir yaradılışa işarə edir. Genlərə müdaxilə etməkdən, ya da dəyişdirməkdən istənilən halda söhbət gedə bilməz. Zülalların hər biri işləyən mükəmməl nano-fabriklər kimi qarşımıza çıxır. Molekulyar quruluşdakı bu fabriklərin genlərdə yazılmış planına toxunmaq isə hüceyrə üçün faciə ilə nəticələnər.
Aşağıda ətraflı izah etdiyimiz elmi araşdırmalarda da görünəcək ki, genlərin kodları dəyişdirilmədən ancaq bütöv olaraq əlavə edilib-çıxarılaraq, ya da yerləri dəyişdirilərək əldə olunan nəticələr təcrübədən keçirilir.Yəni xeyir və zərərlər sınaqlarla başa düşülür.
Sözügedən xəbərdəki iddia isə DNT kodunun başdan daha yaxşısının yazıla biləcəyi ilə əlaqədardır. Belə ki, bu mövzunun məntiqsizliyi vurğulanmalıdır.
Kompüterdə yazılan kodla DNT kodlarını niyə bir tutmaq olmaz?
Kompüter proqramlaşdırılmasındakı kodlaşdırma kimi sıfırdan DNT kodları yazıla bilərmi? Bu sualın dəqiq bir cavabı var: YOX!
Hal-hazırda laboratoriyalarda bir canlının DNT-sinə başqa canlıdan götürülən genləri sadəcə nəql etmək, ya da mövcud DNT-dəki nukleotid cütlərin yerlərini dəyişdirmək gen mühəndisliyi kimi tanınır. Ancaq bu anlayışda hər hansı bir məlumatın yoxdan yazılışı nəzərdə tutulmur.
Bildiyiniz kimi, kompüterin əməliyyat sistemi texniki qurğuların necə işlədiyini yoxlayan riyazi kodlardan təşkil olunur. Bu, 1 və 0 –lardan ibarət texniki dildir və elektrik cərəyanı ilə əlaqəli əmrlərə görə dövrələr arasında hərəkət edir. Hüceyrənin içərisində isə DNT var və DNT-də hüceyrənin işini kimyəvi kod sistemi idarə edir. Hansı zülalların hansı şəraitdə nə qədər istehsalına dair məlumat DNT-nin gen adlanan zülal kodlaşdıran hissələrində yazılmışdır. İndiki dövrdə müxtəlif canlılarda genlərin yerini təyin etsək də, bu kəşf hələ də davam edir. Xüsusilə mutasiyalarla zədələnən genlər əskik olanda funksiyaları da dəqiqləşir. Xülasə, bəşəriyyət DNT-də tərif edilən məlumatı hələ öyrənməyə çalışır.
Cari sintetik hüceyrə istehsal etmək cəhdləri genlərin üzünü köçürməkdən ibarətdir.
Laboratoriyalarda mikroorqanizmlər üzərində davam edən cari işlərin prinsipi bir canlıdan DNT hissələrinin əldə olunmasına və PCR cihazında kopyalarının çıxarılıb yenidən eyni və ya başqa mikroorqanizm daxilinə köçürülməsinə əsaslanır. Bu metoda görə, genlər sabit qalır, yəni təbiətdəki mövcud və işlək kodların olduğu kimi üzü köçürülür. Lakin sıfırdan yeni DNT kodu yazılmır.
Hal-hazırda bakteriyaların DNT-sinə bəzi genlər əlavə olunaraq onlardan müxtəlif kimyəvi maddələr almaq mümkündür. Bu üsul hələ də bəzi peyvəndlərin istehsalında istifadə olunur.
ABŞ-ın “Exxon” neft şirkəti 600 milyon dollar məbləğində yardım etdiyi “Craig Venter” İnstitutunda bakteriyalarla bioyanacaq istehsalı üzrə tədqiqatları dəstəkləyir. Bu tədqiqatlarda istəyə uyğun kimyəvi maddələrin istehsal olunduğu, DNT-sinin təkrarən təşkil edildiyi minimal hüceyrənin hazırlanması hədəflənmişdir. Bu çərçivədə 2010-cu ildə Kreyq Venter əvvəlcə bir mikrobun DNT-sindəki xəstə gen üzərində işlədiyini açıqladı. Bu üsula görə, Venter bir bakteriyanın DNT-sini çıxarıb üzünü köçürdükdən sonra ayrı bakteriyaya yerləşdirdi. Bakteriya bütün zülallarını və orqanoidlərini nəql olunan DNT-dəki təfərrüatlı məlumata görə sintez etdi. Bunun üçün Venter keçilərdə infeksiyaya səbəb olan bakteriyanı (mycoplasma mycoides) seçmişdir. DNT-ni digər bakteriyaya nəql etməzdən əvvəl xəstəliyə səbəb olan patogen 14 geni kəsib atdı, beləcə hədəfdəki yeni bakteriya zərərsizləşdi. (Creation of a Bacterial Cell Controlled by a Chemically Synthesized Genome, Daniel G. Gibson et al.
, Science 329, 52, 2 July 2010; DOI: 10.1126/science.1190719)