“New Scientist”, “Nature” kimi təkamülçü nəşrlərin “Alesi” yalanına cavab
“New Scientist”, “Nature” kimi təkamülçü nəşrlərin “Alesi” yalanına cavab
2017-ci ilin avqust ayında müxtəlif beynəlxalq elm və xəbər saytlarında insanla meymunun "ortaq əcdadı"nın tapıldığına dair bəzi xəbərlər çıxdı. Bir çox təkamülçü yayım orqanı da mövzu ilə bağlı lazımi araşdırma aparmadan xəbəri yayımladı.
Məşhur təkamülçü jurnal "Nature"da yayımlanan bir məqaləyə əsaslanaraq hazırlanan xəbərlərdə Keniyada kəşf edilən və 13 milyon illik olduğu deyilən Alesi fosilinin bütün insan və meymunların "ibtidai əcdadı ola biləcəyi" iddia edilirdi.
Keniyanın şimal hissəsində Turkana gölünün qərbində Napudet bölgəsindəki süxur qatlarından çıxarılan bu fosil 13 milyon il əvvəl yaşadığı düşünülən və nəsli kəsilmiş bir meymuna aiddir. Təqribən 16 aylıq bala meymunun kəllə qutusu fosili vulkanik partlayış nəticəsində torpağın altında qaldığından çox yaxşı formada qorunmuşdur. Belə ki, ələ sığacaq qədər kiçik olan kəllə qutusunun içi? çox yaxşı formada qorunmuş kiçik qulaq kanalları belə ətraflı şəkildə tədqiq edilə bilir.1
Əslində "New Scientist" kimi jurnallarda bu kiçik kəllə qutusunun bir meymuna aid olduğu, "nəsli kəsilmiş meymunlar içərisində tapılan ən qüsursuz kəllə qutusu"2olduğuna dair ifadələrə yer verilir. Fosilə aid bütün məlumat aşağıdakılardan ibarətdir:
Makaka meymunlarındakı kimi kiçik burun
Makaka meymunlarındakı dişlər
Şimpanzelərlə eyni qulaq borucuqları
Limon böyüklüyündəki kəllə qutusu
Bu fosillə bağlı xəbərlərin məzmununa diqqətlə baxdıqda fosilin "insan və meymunların ən qədim ortaq əcdadlarından biri" kimi şərh ediləcək heç bir dəlilin olmadığını dərhal görə bilərik.
Darvinistlərin təkamül mübtəlası
Göründüyü kimi, bu fosil açıq şəkildə bir meymuna aid olmasına baxmayaraq, israrla insanla meymun arasındakı təkamül əlaqəsini ortaya qoyan yeni bir kəşf kimi təqdim edilmişdir. İdeoloji səbəblərdən dəyişdirilmiş və təbliğat materialı kimi istifadə edilməsi üçün "insanın ən qədim əcdadı kimi" tanıdılmışdır.
Darvinist düşüncənin elm "istehsal etmə" üsulu aşağıdakıformadadır: darvinist elm adamı da ilk anda fosil və ya indiki canlılar üzərində elmi həqiqətləri müşahidə edir. Ancaq bütün qəlbi ilə təkamülə inandığı üçün bu həqiqəti darvinist inanca uyğunlaşdırmaq üçün tamamilə başqa bir hekayə yazır. Halbuki elmi üsul əldə edilən məlumatların heç bir ideoloji fikir əlavə edilmədən birbaşa təqdim edilməsidir. Elmi kəşf, nəticə və şərhlər sınaqdan keçirilməlidir. Bu metod dəqiq elmlərə aiddir. Lakin darvinist elm adamlarına gəldikdə vəziyyət dəyişir.
Elmilik iddiası ilə ortaya çıxan heç bir jurnal darvinistlərdənbu məntiqsiz şərhləri edərkənəsaslandıqları elmi faktları soruşmur. Çünki yayım orqanları və redaktorları da darvinistdir. Təkamülün təbliğat materialı kimi elmdən istifadə edirlər. Darvinistlər əvvəl təkamülə inanırlar, sonra elmlə məşğul olurlar. Batil təkamül inancı bu insanların elmi obyektivliyini kütləşdirdiyindən həqiqətləri birtərəfli şərh edirlər. Belə ki, təkamülə əks tapıntı olsa belə, bunu təkamül düşüncəsi çərçivəsində izah etməyə çalışırlar. Yer qatlarından çıxan hər yeni fosil Allahın yaratdığını sübut edib təkamül fikrini əsassız etməsinə baxmayaraq, bunu heç bir darvinist qəbul etmir, qəbul etmək istəmir.
Alesi yalanı
Alesi kəllə qutusu fosilidir və nəsli kəsilmiş meymun növünə aiddir. Darvinistlərin "ortaq əcdad" kimi səciyyələndirə biləcəkləri heç bir əlaməti yoxdur. Buna baxmayaraq, təkamülçü alimlərə ortaq əcdad ssenarisini yazdıran nədir?
Fosil qeydlərində heç bir dəlil tapa bilməyən təkamülçülər nəzəriyyələrini virtual mühitə ötürüblər. Bunun üçün genetik olaraq hər bir canlının bir-birinə bənzərlik nisbətləri çıxarılıb. Şimpanze ilə insan geninin 95-98% oxşarlıq təşkil etdiyi bu hesablamalara əsaslanır. Həmçinin kompüterdə yazılan bəzi formullarla tarix boyu mövcud olduğu xəyal edilən mutasiya sürəti var. Guya ortaq əcdaddan başlayaraq şimpanze ilə insan arasında hesablanan fərqin meydana gələ bilməsi üçün neçə il keçməli olduğu müəyyən edilir. Bu xəyali əcdadın 6 milyon il əvvəl yaşadığı yenə kompüterin köməyi ilə müəyyən edilmiş və elmi etibarlılığı olmadığı halda, bu təxmin darvinist jurnallarda nəşr olunmuşdur. Əslində bu, darvinistlərin təkamül inancının statistika proqramlarında təcəssüm edilməsidir. Amma bu hesablamaların həqiqəti əks etdirdiyini göstərən heç bir fosil yoxdur.
Alesinin yaşının 13 milyon il olduğu məlum olduğu üçün 6 milyon il olaraq kompüterdə hesablanan "ortaq əcdaddan" daha qədimdir. O halda bu məntiqlə "ortaq əcdaddan" qədim olduğuna görə Alesi də "ortaq əcdad" olmaq məcburiyyətindədir. Bəs Alesi fosilində ortaq əcdad olmasına dair dəlil varmı? Əlbəttə ki, yox. Hətta müəllifləraraşdırma nəticəsində fosilin kəllə daxili orqanlarının dövrümüzdə yaşayan meymun növlərinə çox oxşadığınıdeyirlər. Oxşar orqanların varlığı təkamülə yox, fosil qeydlərinin stabilliyinə dəlil təşkil edir. Bu da yaradılış deməkdir.
Məqalənin müəlliflərindən Isaiah Nengo "Yaşayan canlılarla müqayisə etdikdə Alesi ən çox makaka meymunlarına (gibon) bənzəyir" - deyə qeyd edir.3
Makaka meymununa (gibon) oxşadığını qəbul etmələrinə baxmayaraq, Alesini "ortaq əcdad" kimi tanıtmağın ideoloji yanaşma olduğu açıqdır. Bir fosil əgər makaka meymununa bənzəyirsə, ancaq makaka əcdadı ola bilər. Buradan çıxan nəticə odur ki, darvinistlər üçün Alesi fosilinin nəyə bənzədiyi və ya hansı canlıya aid olduğunun əslində heç bir əhəmiyyəti yoxdur. Tapılan fosil qorillaya da, oranqutana da bənzəsə, ideoloji yanaşan təkamülçü məntiq həqiqəti görməyəcək və hər zaman ortaq əcdad iddiası ilə ortaya çıxacaq.
Nəticə
Göründüyü kimi, Alesi fosili müəyyən anatomik xüsusiyyətlər fonunda meymun fosilidir və insanla heç bir oxşarlığı yoxdur. Bu günə qədər saysız-hesabsız meymun fosili tapılıb. Bunların böyük əksəriyyəti nəsli kəsilmiş meymun növlərinə aiddir. Aşkar edilən fosillərin heç birində "insanla meymun növləri arasında keçid forma və ya ortaq əcdad" xüsusiyyəti göstərən hər hansı bir tapıntıya rast gəlinməyib. Bu günə qədər kəşf edilən bütün meymun fosillərinin göstərdiyi tək həqiqət odur ki, meymunlar mükəmməl xüsusiyyətləri ilə birlikdə bir anda yaradılmış və milyonlarla il ərzində heç bir şəkildə dəyişilməmiş, hər zaman meymun qalmış, yəni təkamül keçirməmişlər.
Mənbələr:
http://www.telegraph.co.uk/science/2017/08/09/meet-alesi-13-million-year-old-baby-ape-putting-face-earliest/
https://www.newscientist.com/article/2143384-ancient-skull-belonged-to-a-cousin-of-the-ape-common-ancestor/
http://www.news.com.au/technology/science/archaeology/ancient-skull-hints-at-african-roots-for-apehuman-ancestor/news-story/7d3fd0730c63d5f6933bcbb1cbb69a25