“Nature” jurnalından yeni saxta keçid forma cəhdi: Timurlengia euotica
Ötən günlərdə dünya mediasında yeni dinozavr növü kəşf edildiyinə dair xəbərlər yayıldı. İlk baxışda elmi kəşfə oxşasa da, bu mövzudakı məqalələrdə məqsəd dinozavrların xəyali təkamülünə dəstək olmaqdır. Həmin xəbərlərdəki “itmiş halqa”nın tapıldığına dair iddialara bu yazımızda cavab veriləcək, təkamülçülərin xəyal gücü və düzəltdikləri saxta fosilin bu yeni nümunəsi analiz ediləcək.
Bu xəbərlərdə ABŞ mənbəli “PNAS” (Milli Elmlər Akademiyası Nəşrləri) elmi jurnalında dərc olunan araşdırmadan bəhs edilir və Özbəkistanda at boyda tirannozavr (Tyrannosaur) fosili tapıntısı izah olunurdu. Bu fosilin nəhəng dinozavrlarla kiçik dinozavrlar arasındakı təkamülə guya şahidlik etdiyi iddia olunurdu. Zəndə o qədər irəli gedilmişdi ki, canlının çəkisi və ölçüləri hesablanmış, necə eşitdiyindən tutmuş ovunu yaxalama qabiliyyəti ətrafında belə spekulyasiyalar edilmişdi. Halbuki həqiqətlər bu deyilənlərdən olduqca fərqli idi: əllərində ancaq canlının beyninin mühafizə edildiyi düşünülən 7 sm ölçüdə kiçik bir sümük fosili var idi.
Darvinistlərin elmi-fantastikasının məhsulu quraşdırma-dinozavr
Qısası, bu xəbərlərdə bir ədəd kəllə sümüyü nəzərə alınaraq bütöv dinozavr rəsmi çəkildi. Fərz edək ki, minlərlə hissədən ibarət böyük bir “pazl” var. Bir-iki hissə itsə belə bu barədə nəsə etmək olar. Lakin əlinizdə ancaq və ancaq bir ədəd hissə varsa, siz də qalan bütün hissələri bu bir qalığa baxaraq güman edirsinizsə, belə vəziyyət təəccüb doğurur. Solda gördüyünüz bir ədəd sümük qalığından tamamilə xəyali bir dinozavrın ağzı, burnu, əlləri, qolları, ayaqları, quyruğu da daxil olmaqla bütün bədəni, boyu və çəkisi, hətta lələklərinin olduğu belə uydurulmuşdur.
Yəni burada “elmi dəlillərə əsaslanan” bir fosil bərpasından söhbət gedə bilməz, çünki bircə sümük qalığına istinadən çəkilmiş skelet tamamilə xəyalidir.
“Müxtəlif sümükləri gətir, sənin də fosilin olsun” məntiqinin təkamülə faydası yoxdur
Məqalədəki iddianın əksinə olaraq tapılan sümük yeni fosil deyildi. Edinburq Universitetindən Stiven Brusatt (Stefen Brusatte) 2014-cü ildə Rusiyada bir muzeyə baş çəkərkən bu sümüklə qarşılaşmışdı. Həmin bölgədə daha əvvəl tapılmış sümüklərdən istifadə etmək ümidi ilə fərqli qurumlarda dağınıq haldakı sümük qalıqları birləşdirildi. Bunlar müxtəlif tarixlərdə- 1997 və 2006-cı illərdə çıxarılmış fosillər idi, yəni səpələnmiş halda, 7-si onurğa sümüyü olmaqla 15 ədəd çatışmayan sümük qalıqları idi…
Bir-birinə aidiyyati olmayan bu sümük qalıqları ilə nə edə bilərlər ki?”- deməyin. Darvinistlərin həmişə etdiyini siz də etsəniz -fantaziyanızdan yüksək səviyyədə istifadə etsəniz- aşağıdakı şəkilə oxşar, başından quyruğuna qədər bütöv bədənli dinozavr “rəsmi” meydana gətirə bilərsiniz. Gətirməyə gətirərsiniz, amma bu rəsm çəkildikdə istifadə edilən sümük qalıqlarının bir-birilə əlaqəsinin olmadığını qulaqardına vurmaq və təbii olaraq, xəyallarınızdan daha güclü istifadə etməyin mütləq olduğunu yenidən xatırladaq.
Həqiqətən də, sümüklərin eyni fərdə aid olmadığı elə məqalənin özündə də etiraf edilib:
“Sümüklər Özbəkistanın Bissekti formasiyasında səthi izolə olunmuş nümunələr olaraq yığılmış, ayrı-ayrılıqda müxtəlif fərdlərdən gətirilmişdir. Biz qətiyyətlə bu nümunələrin eyni canlı sinfinə aid olduğunu qəbul edirik”.
Məqalədəki etiraflar bunula məhdudlaşmır.Müxtəlif canlılara aid bu fosillərin arasında necə belə qəribə əlaqə qurmaq mümkündür sualının gətirəcəyi etirazlara: “Sonrakı kəşflər bunun səhv olduğunu göstərsə, T. euotica adı ancaq bir kəllə sümüyünə aid olacaq”,- cavabı verilirdi.