22 Noyabr 2017 19:31 Təkamülçülərə cavab

Molekulyar təkamül müəmması

Təkamülçülər nəsli tükənmiş meymun növlərinə aid olan bir neçə kəlləni ard-arda düzərək xəyali nəzəriyyələrini sübut dilmiş bir həqiqət imiş kimi təqdim edirlər. Halbuki, insanın təkamülünə gələnə qədər açıqlanması mümkün olmayan milyonlarla mərhələ vardır. Çünki təkamül yalnız insanın meymundan təkamül keçirməsini deyil, bütün canlı həyatın təkamül müddəti içində meydana gəldiyini irəli sürür. Bu fərziyyəyə görə, ilk canlı həyat amin turşularının təsadüfən meydana gəlməsi ilə başlamış, bunu zülallar izləmiş, ardınca tək hüceyrəli canlılar və suda həyat meydana gəlmiş, sudan quruya, qurudan havaya keçid baş vermiş və bu şəkildə, bütün canlılar bir-birlərindən törəmişlər.

Halbuki, üstdəki cümlədə çox qısa şəkildə araşdırdığımız bu müddətin meydana gəlməsi ehtimaldan kənar olan milyonlarla təsadüfə əsaslanır.

Ehtimallardan bəhs etməzdən əvvəl “təbiət canlıların ən kiçik quruluş əsası olaraq qəbul edilən amin turşularını meydana gətirə bilərmi?” sualını cavablandıraq.

Bu sualın cavablandırılması təkamülçülər üçün olduqca əhəmiyyətlidir. Çünki əgər təbiət tək bir amin turşusu belə əmələ gətirə bilmirsə, ona “bütün canlıların yaradıcısı” ünvanını yaraşdırmaq heç inandırıcı deyil.

“Canlıların ilk olaraq necə ortaya çıxdığı” sualı təkamül nəzəriyyəsi üçün o qədər böyük bir çətinlikdir ki, təkamülçülər bu mövzuya əllərindən gəldiyi qədər toxunmamağa çalışırlar. Mövzunu “ilk canlı aləm bəzi təsadüfi amillərin təsiri ilə suda meydana gəldi” kimi sözlərlə yola verməyə çalışırlar. Çünki bu mövzuda qarşılaşdıqları çətinlik heç bir şəkildə həll ola bilmir. Paleontologiya təkamül mövzularının əksinə, bu mövzuda təhriflər və qərəzli izahlarla nəzəriyyələrinə qata biləcəkləri fosillər də yoxdur. Bu səbəbdən, təkamül nəzəriyyəsi hələ başlanğıc nöqtəsində çox açıq bir şəkildə sarsılır.

Bir məsələyə də diqqət etmək lazımdır: təkamül prosesinin hər hansı bir mərhələsinin qeyri-mümkün olduğunun ortaya çıxması nəzəriyyənin tamamilə yanlış olduğunu və əsassızlığını sübut etmək üçün kifayətdir. Məsələn, yalnız zülalların təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünün sübut edilməsi təkamülün daha sonrakı mərhələlərə aid bütün digər iddialarını da alt-üst edir. Bundan sonra insan və meymun kəllələrinin üzərilərində fərziyyə qurmağın da heç bir mənası yoxdur.

Canlıların cansız maddələrdən yarana bildiyi uzun müddət təkamülçülərin o qədər də yanaşmaq istəmədiyi problem idi. Ancaq davamlı olaraq görməzlikdən gəldikləri bu problem getdikcə qaça bilmədikləri bir problemə çevrildi və 20-ci əsrin ikinci rübündə başlayan bir sıra tədqiqatla açıqlanmağa çalışıldı.

İlk cavablandırılması lazım olan sual bu idi: ibtidai dünyada ilk canlı hüceyrə necə ortaya çıxa bilərdi? Daha doğrusu, təkamülçülər bu sual qarşısında necə açıqlama verməli idilər?

Sualların cavabı təcrübələrlə tapılmağa çalışıldı. Təkamülçü alimlər və tədqiqatçılar bu sualları cavablandırmaq cəhdi ilə yenə çox maraq oyandırmayan bəzi laboratoriya təcrübələri apardılar. Həyatın mənşəyi mövzusunda təkamülçülərin ən çox etibar etdiyi araşdırma isə 1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən aparılan və “Miller təcrübəsi” və ya “Urey-Miller” təcrübəsi adlandırılan təcrübə oldu.

Təkamül prosesinin ilk mərhələsi deyə təqdim edilən molekulyar təkamül fərziyyəsini sübut etmək üçün istifadə edilən yeganə “dəlil” məhz bu təcrübədir. Aradan onlarla il keçməsinə, böyük texnoloji irəliləyişlər qeyd edilməsinə baxmayaraq, bu mövzuda heç bir yeni təşəbbüs göstərilməmişdir. Bu cür səylərin onları dəstəkləmədiyini, əksinə, hər dəfə iddialarını alt-üst etdiyini başa düşən təkamülçülər başqa təcrübələrə girişməkdən qaçırlar.

Nəticədə, təkamül nəzəriyyəsi nəinki növlərin meydana gəlməsinə, heç canlıların elementi olan hüceyrələri meydana gətirən tək bir zülal molekulunun belə, təsadüfən necə meydana gəldiyinə bir açıqlama verə bilmirlər. Yəni təkamül zülal mərhələsində dayanır. Buna baxmayaraq, bu təcrübə bu gün belə, dərs kitablarında canlıların ilk dəfə meydana gəlməsinin təkamül izahı olaraq tədris olunur.

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.