30 Aprel 2017 13:02 Təkamülçülərə cavab

Milçəklərin mənşəyi nədir?

Təkamülçülər dinozavrların quşlara çevrildiyini iddia edərkən milçək ovlamağa çalışan bəzi dinozavrların  qabaq ayaqlarını bir-birinə çırparaq zamanla "havalandıqlarını" irəli sürürlər. Heç bir elmi sübutu olmayan, sadəcə təxəyyülün bir məhsulu olan bu nəzəriyyə eyni zamanda çox sadə bir məntiqi ziddiyyət içindədir. Çünki təkamülçülərin burada uçuşun mənbəyini açıqlamaq üçün göstərdiyi nümunə, yəni milçək, onsuz da, mükəmməl uçuş qabiliyyətinə malikdir. İnsan saniyədə 10 dəfə qolunu açıb-bağlaya bilmir, amma bir milçək saniyədə təqribən 500 dəfə qanad çalma qabiliyyətinə malikdir. Həm də hər iki qanadını eyni anda çırpır. Əgər qanadların titrəməsi arasında ən kiçik uyğunsuzluq olsa, milçək müvazinətini itirər, ancaq əsla bu cür uyğunsuzluq baş vermir. Təkamülçülər isə ağcaqanadın bu mükəmməl uçuş qabiliyyətinin necə ortaya çıxdığını izah etmək  yerinə ağcaqanadı daha iri və fərqli bir varlığın, yəni sürünənin uçuşunun səbəbi kimi göstərən xəyali ssenarilər qurmaqla məşğuldurlar.  Halbuki tək ağcaqanaddakı üstün yaradılış belə təkamül iddiasını etibarsız edir. İngilis bioloq R.Vutton “Milçək qanadlarının mexaniki dizaynı” adlı məqaləsində belə yazır:

Milçək qanadlarının funksiyasını öyrəndikcə malik olduqları dizaynın nə qədər həssas və qüsursuz olduğunu daha yaxşı anlayırıq... Olduqca elastik xüsusiyyətlərə malik hissələr havadan ən yaxşı şəkildə istifadə edilməsi üçün lazımi qüvvətlər qarşısında lazımi elastikliyə malik şəkildə, həssaslıqla birləşdirilmişlər. Milçək qanadlarına çatan texnoloji cihaz yoxdur. Digər tərəfdən milçəklərin xəyali təkamülünə dair bir fosil belə yoxdur. Məşhur Fransız zooloq Pol Pier Qrass “həşəratların mənşəyi məsələsi bizə tamamilə qaranlıq qalıb”  deyərək bunu etiraf edir. 2 1 J. Robin Wootton, "The Mechanical Design of Insect Wings", Scientific American, Cilt 263, Noyabr 1990, s. 120. 2 Pierre-P Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, s. 30.



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.