26 Yanvar 2018 19:46 Təkamülçülərə cavab

Meymunu insana bənzətmə səyi faydasızdır

DNT haqqında məlumat olmadan verilən şərhlər elmi deyil

Naledi nümunəsində olduğu kimi, keçmişə aid fosillər üzərində anatomik xüsusiyyətlərə əsasən irəli sürülən fikirlərin hamısı spekulyativdir. İstər növlərarası, istər növdaxili fenotip fərqləri tapılan fosilin hansı növə aid olduğu elmi yox, təkamülçü inanca əsaslanan şərhlərə imkan verir. Belə ki, tarix topoqrafik xüsusiyyətlərə əsaslanaraq ortaya atılmış "elmi" yalan və saxtakarlıqlarla doludur.

Bir fosilin hansı növə aid olduğunun qəti sübutu ancaq o fosilə məxsus DNT düzülüşünün məlum olması ilə mümkün ola bilər. Amma DNT uzun illər ərzində sıradan çıxdığı üçün fosillərdə DNT düzülüşünü əldə etmək mümkün deyil. Bəzən təkamülçülər tərəfindən fosillər üzərində aparılan DNT tədqiqatları statistik hesablara əsaslandığına,digər canlılara aid DNT ilə qarışa bildiyinə və DNT sıradan çıxıb parçalana biləcəyinə görə qəti nəticə verə bilməz. DNT haqqında məlumat olmadan verilən şərhlər elmilikdən uzaqdır.

Naledinin yeni yaşından sonra təkamül ssenarisi yenidən yazıldı

İlk anda 2,5 milyon yaşında “keçid” forma kimi göstərilən Homo naledinin təxminən 250 min il yaşı olduğu müəyyən edildikdən sonra yazılan bütün təkamül ssenariləri çökdü. Lakin darvinistlər yenə də boş dayanmadılar. Keçid forma iddiası yenidən ciddi yoxlanıldı, başqa bir ssenari ortaya atıldı. 250 min il əvvəl Homosapienslə birlikdə yaşadığı məlum olan Homo naledinin bu dəfə 2 milyon il əvvəl meydana çıxmış və dəyişmədən 250 min il bundan əvvələ qədər yaşamış "insan" olduğu iddia edildi.

İlk ssenari necəəsassız olaraq ortaya atılmışdısa, bu ssenari də heç bir elmi əsasa söykənmir. Naledinin 2 milyon il əvvəl ortaya çıxmış hər hansı bir fosili yoxdur. Mövcud olan tək şey təkamülçülərin elmdən kənar fantaziyalarıdır

Meymunu insana bənzətmə səyi faydasızdır

Yalnız beyin həcminə görə Homo naledinin 2,5 milyon il əvvəl yaşadığı fərz edilmişdi. İnsan fosil qeydlərində bir anda ortaya çıxdığı üçün təkamül ssenarisinə görə əvvəlindəkeçid formalar olmalı idi. Darvinistlər Homo naledini bu məqsəd üçün istifadə etməyə çalışdılar, ancaq bu, qısa müddət çəkdi və Homo naledinin yaşı haqqında iddialar da əsassız hala gəldi.

Əldə edilən fosillərdən görünür ki,Homo naledi kiçik beyin həcmi və qıvrım barmaq sümükləri olan bir meymun növüdür və insanla eyni dövrdə yaşamışdır. Bu vəziyyətdə insanın "əcdadı" olması ilə bağlı darvinist iddia da öz mənasını itirir.Naledi 2,5 milyon il əvvəl yaşamış olsa idi belə, bu, onu keçid forma kateqoriyasına salmazdı. Çünki naledi hər orqan və funksiyası ilə qüsursuz ortaya çıxmış canlıdır. Belə olan halda isə təkamülçülərin məqsədlərinə xidmət edəcəkheç bir tərəfi yoxdur.

Elmi dəlilə ehtiyac olmadıqca sonsuz sayda ssenari yazıla bilər. Ancaq bunun heç bir əhəmiyyəti yoxdur, yanlışlıqlar həqiqətləri heç vaxt örtə bilməz. Tarix səhnəsində bir dövr yaşamış və sonradan nəsli kəsilmiş Homo naledi meymun növüdür və hər canlı növü kimi Allah tərəfindən yaradılmışdır.

Mənbələr:

• http://www.harunyahya.org/tr/NetCevap/231166/CNNde-Darwinist-Masallar-Tekrarlaniyor-Homo-Naledi

• http://podcast.harunyahya.com/tr/NetCevap/208902/Evrimcilerin-%E2%80%9CHomo-Naledi%E2%80%9D-Senaryosu-Bos-Cikti

• https://www.washingtonpost.com/news/speaking-of-science/wp/2017/05/09/humanitys-strange-new-cousin-is-shockingly-young-and-shaking-up-our-family-tree/?utm_term=.e492420cbe60

• https://elifesciences.org/articles/09561#fig6

• https://elifesciences.org/articles/09560

• https://www.nature.com/scitable/knowledge/library/dating-rocks-and-fossils-using-geologic-methods-107924044

 

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.