“Kiçik beyinli insan əcdadı tapıldı” yalanı
2013-cü ildə Cənubi Afrikada bir mağarada 15 fərqli fərdə aid olduğu irəli sürülən 1500-dən çox sümük qalığı kəşf edildi. 2015-ci ildə “Homo naledi” olaraq adlandırılan bu canlı qalıqları ilə birlikdə darvinist dairələrdə “itkin halqa” mübahisələri yenidən qızışdı və fosillər “yeni kəşf edilmiş “insanabənzər” ara növ” kimi təqdim edildi.
Ortada bütöv kəllə qutusu yox idi və dörd kövrək kəllə qutusu sümüyü bir-birinə dəymədən havada dura bilən formada yerləşdirilmişdi. Buna baxmayaraq, canlının beyninin 500 qram, kəlləsinin həcminin isə portağaldakı qədər olduğu iddia edildi. Bundan başqa, Homo naledinin 2-2,5 milyon il əvvəl yaşadığının güman edildiyi bildirildi. Bütün bunlarla yanaşı, «canlının qıvrılmış barmaq sümükləri ilə ağaca dırmaşa bildiyi, əl biləyi və uzun sümüklərinin isə insanabənzər olduğu» kimi təsvirlərlə mozaik bir quruluş irəli sürüldü. Bununla da kifayətlənməyib onlarla hissəyə ayrılmış şəkildə tapılan çanaq sümüyü birləşdirildi və canlının dik yeridiyi iddia edildi.
Yerin altında 1450 metr dərinlikdə, güclə girilən bir mağarada tapılan bu fosillərin oraya necə gəldiyi də ayrı müzakirə mövzusu oldu. Yanlarında heç bir alət və ya başqa canlı qalığı olmadığından, qalıqların növün digər fərdləri tərəfindən şüurlu olaraq oraya atıldığı və ya basdırıldığı güman edildi.
Təbii ki, hafizələrə təkamül təlqinini yerləşdirmək üçün 3 ölçülü görüntülər və insanla aparılan müqayisələr də unudulmadı. Fosillərdə heç bir qalıq qoymayan göz, qulaq, burun, dəri və saçlar kimi yumşaqtoxumalar yenə xəyali şəkildə meydana gətirildi. Üst çənə və burun sümükləri çatışmamasına baxmayaraq, sümüklərin yerləşməsi yenə də ehtimallarla müəyyən edildi.
Bir yerə gətirilən sümük parçalarının eyni fərdə, yoxsa müxtəlif fərdlərə aid olduğu, eyni dövrdə yaşayıb-yaşamadıqları, qalıqların arasına başqa növə aid hissələrin qarışıb-qarışmadığı da Homo naledi haqqında aydınlaşdırılmalı məqamlardan bəziləridir.
Göründüyü kimi, darvinistlər həm fosilləri təqdim edərkən, həm də tapıntıların şərhində elmdən uzaqvə ideologiyaya söykənən yanaşmalarına davam edirlər.
Yaşı bilinməyən fosillər itkin halqa ssenarisini mənasızlaşdırır
Tapılan fosillər haqqında bu qədər mübahisə mövcud ikən, qəribədir ki, bu fosillərin yaşının təyini də 2013-cü ildən bu günə kimi edilə bilməyib. “Scientific American”da bu mövzuda belə bir şərh yer alır:
“Əskik olan çox önəmli bir gerçək naledinin yaşı idi. Bu məlumat olmadan növlərin təkamül sxemində harada olduğunu dəqiq bilmək çətindir”. (edition.cnn.com/2016/05/03/health/homo-naledi-human-species-lee-berger)
2013-cü ildəki tədqiqatı şəxsən idarə edən amerikalı paleontoloq Li Berger isə mövzu ilə bağlı olaraq, “naledi haradan gəlir, əcdadları kimdir, onun nəsli necədir -əlbəttə, əgər varsa- bilmirik”, (edition.cnn.com/2016/05/03/health/homo-naledi-human-species-lee-berger) -deyə qeyd edir.
Bunun mənası da belədir: əgər fosillər təxmin edildiyindən daha yaşlı və ya gəncdirsə, bu günə qədər darvinistlər tərəfindən yazılan itkin düşmüş halqa ssenariləri bütövlükdə mənasızlaşacaq.
Bunların hamısı göstərir ki, Homo naledi haqqında danışılan hekayələr elmi dəlillərə deyil, darvinist ehkamlara əsaslanır.