Kembri dövrünə aid onurğalı Haikouichthys balığı və onun fosili
Bu balığın adı Haikouichthys-dir. Elm adamları həmin canlının qəlsəmələri və miotom adlanan əzələlərinin düzülüş xüsusiyyətlərinə görə balıq olduğu fikrindədirlər. Çünki bu xüsusiyyətlər ancaq balıqlara xasdır.4 Habelə, Haikouichtys Kembriyə aid yeganə balıq fosili deyil. Çenqcianqda Myllokunmingia adlı başqa balıq fosili də əldə edilmişdir. Parisdəki Milli Təbiət Tarixi Muzeyindən paleontoloq Filip Janvye (Philippe Janvier) bunların “dəqiq onurğalı” olduğunu bildirir və əhəmiyyətini belə izah edir:
Bunlar vacibdir, çünki indiyə qədər onurğalılar həyatın Biq Bənqi adlandırdığımız, fosil qeydlərində bütün əsas heyvan qruplarının ani ortaya çıxdığı qədim, lakin böyük Kembri partlayışında yox idilər. Qəti surətdə deyə bilərik ki, bunlar onurğalıdırlar.1
Kembri dövrünə aid Çenqcianq yatağında tapılmış digər onurğalı və onun fosili Myllokunmingia balığı
Təkamül nəzəriyyəsi canlıların mərhələli inkişaf ilə əmələ gəldiyini, bu səbəbdən canlılardakı kompleks quruluşların ancaq xəyali təkamül prosesinin sonunda ortaya çıxdığını iddia edir. Kembri xordalısı Haikouella ilə Kembri balıqları Haikouichthys və Myllokunmingia bu cəhətdən təkamül nəzəriyyəsi üçün çox böyük problem yaradıblar. Çünki bu canlılar xordalıların təkamülü ssenarisi üçün lazım olan zamandan 15 milyon, balıqların təkamülü ssenarisindən isə 50 milyon il “azaldıblar”. Beləcə, təkamül ssenarilərinin başlanğıc dövrü heyvanların ani ortaya çıxmasına gəlib çatmış, bu canlıların təkamül keçirməsi üçün irəli sürülən müddət sıfıra enmişdir.
Əlbəttə, bu kəşflər təkamülçülərin təəccübünə səbəb olmuşdur. Onurğalıların Kembri dövründə ani ortaya çıxması açıqlanmalıdır. Bu vəziyyət onlar üçün onsuz da suallarla dolu olan Kembri dövrü probleminə əlavə olunmuş ən böyük problemlərdəndir. Artıq təkamülçülərin böyük əksəriyyəti indiyə qədər iddia etdikləri onurğalıların mənşəyi ssenarilərini yavaş-yavaş bir kənara qoymağa və bu mövzuya cavab tapmadıqlarını qəbul etməyə məcbur olublar.
1.Richard Monastersky, Waking Up to the Dawn of Vertebrates, Science News, Vol. 156, No. 19, 6 Kasım 1999, s. 292