Keçmişdə nəsli kəsilmiş canlılar təkamülə sübut deyil
Elçin Sultanov müsahibəsinə belə davam edir: “Məşhur fransız alimi Küvye birinci dəfə görmüşdü ki, heyvanlarda dəyişikliklər var. O sümüklər tapırdı. Və görürdü ki, bu heyvan sümükləri müasir heyvanlarda yoxdur. Küvye çox dərin inanclı biri idi, amma bu da fakt idi ki, tapılan sümüklər müasirlər heyvanlardan fərqlənir. Dinozavr, çoxdan məhv olmuş ayı sümüklərini tapır. Görür ki, indi belə heyvan yoxdur. O belə bir fikrə gəlir ki, Allah canlıları bir neçə dəfə yaradıb. Təkamül isə onun ağlına gəlmirdi”.
Əvvəla, burada çox kobud səhvə yol verilib. Sultanov iddia edir ki, təkamül “Küvyenin ağlına gəlmirdi”. Halbuki paleontologiya elminin atası sayılan Jorj Küvye təkamül fikrindən yaxşı agah idi və bütün ömrü boyu bu ideologiyaya qarşı mübarizə aparmışdı. Jorj Küvye öz dövründə hər cür təkamül fərziyyəsinə müxalif olması ilə tanınan alim idi. O, öz çağdaşları olan J.B.Lamark və Joffrua Sent-İler tərəfindən irəli sürülən təkamülçü iddialara açıq-aşkar zidd çıxıb Yaradılışı müdafiə edirdi.
Tapılan dinozavr sümükləri və ya bugünkülərdən fərqli quruluşda olan başqa nəsli kəsilmiş heyvanlar isə heç bir halda təkamülə sübut ola bilməz. Çünki təkamül fərziyyəsinin tələb etdiyi tapıntılar <keçid formalar<="" dır.="" yəni="" balıqdan–amfibiyaya,="" amfibiyadan–sürünənə,="" sürünəndən–quşa="" iddia="" olunan="" keçid="" mərhələlərindəki="" yarımçıq,="" şikəst,="" asimmetrik="" heyvanlara="" aid="" sümüklər,="" fosil="" qalıqları.="" ancaq="" bu="" günə="" kimi="" bircə="" dənə="" də,="" tək="" bir="" belə="" forma="" fosili="" tapılmamışdır.="" milyonlarla="" tapıntısı="" əldə="" edilməsinə="" baxmayaraq,="" formasına="" da="" rast="" gəlinməməsi="" təkamül="" təliminin="" sonu="" olmuşdur.="" çünki="" banisi="" çarlz="" darvin="" deyirdi:<="" p=""></keçid>
“Keçmişdə yer üzündə yaşamış olan keçid formalar olduqca nəhəng sayda olmalıdır. Bəs nə üçün hər geoloji formasiya və hər təbəqə bu cür keçid həlqələri ilə dolu deyil? Geologiya, düzü, heç belə bir dəqiqliklə dərəcələndirilmiş üzvi zəncir ortaya qoymur və bu, bəlkə də, mənim nəzəriyyəmə qarşı irəli sürülə biləcək ən bariz və ən ciddi etiraz olacaqdır”.8
Darvindən bir əsr yarım sonra isə məşhur təkamülçü bioloq Ernst Mayr belə yazır:
“Yeni növlər, adətən, fosil qeydlərində birdən-birə üzə çıxır, əcdadlarına ardıcıl keçidlərlə birləşmiş şəkildə yox”.9
Aydındır ki, Darvinin öz nəzəriyyəsinə “ən bariz və ən ciddi etiraz” olacağını təsvir etdiyi keçid formaların yoxluğu təkamül təliminin sonunu gətirmişdir. Tapılan istisnasız bütün paleontoloji qalıqlar konkret siniflərin nümayəndələri olan bütöv canlılardır. İddia olunan keçid formalardan, iddia olunan həyat ağacından əsər-əlamət yoxdur. Dinozavrlar, Kembri canlıları kimi nəsli kəsilmiş heyvan qrupları isə, tarixin müəyyən dövründəki katastrofik hadisələrdən dolayı, yaxud da növün tənəzzülə uğraması kimi faktorlara görə bu gün yaşamır. Görünür, nəsli kəsilmiş canlılardan mədəd ummaq təkamülçülərə son ümid yeri kimi gəlir.
Müsahibəni götürən jurnalist Aqşin Kərimov obyektiv mövqedə dayanmadığı üçün biz məcbur qalırıq ki, onun da iddialarına cavab verək. A.Kərimov yaradılışçılara qarşı olduqca primitiv bir sualla çıxış edir: “Dinozavrları Allah yaratmışdısa, o zaman niyə məhv etdi?” Sonra da fəxrlə qeyd edir ki, yaradılışçılar bu sual qarşısında acizdirlər. Halbuki Aqşin Kərimov xəbərdar deyil ki, onun 2017-ci ildə səsləndirdiyi bu suala görkəmli ingilis təbiətşünası Robert Huk 300 il bundan qabaq cavab vermişdi. “Allah çoxdan nəsli kəsilmiş heyvanları niyə yaradıb?” – sualına Robert Huk cavab verirdi ki, bu nəsli kəsilmiş canlılara xəta kimi baxılmamalıdır: “Nəticə etibarilə, dünyanın sonunda bütün canlıların nəsli kəsiləcəksə, Yaradıcı niyə də onların bəzisinin aradan qalxması üçün bir vaxt, bəzisi üçün də başqa vaxt təyin edib, bununla da, Öz əzəli hökmünə əla bir nümunə verməsin?”10
Əgər təkamülçülər yaradılışçıların qarşısına faktlarla çıxmaq istəyirlərsə, təbiətdə öz-özünə, təsadüfən bir zülalın necə yarandığını göstərsinlər. Bir dənə keçid forma fosili tapıb gətirsinlər. Göz kimi sadələşdirilməz kompleks orqanların mərhələ-mərhələ necə yarana biləcəyini göstərsinlər. Bunları izah etməyə heç yaxın da düşə bilməyən darvinistlərin yaradılışçıların qarşısına “dinozavrlar niyə yox olub?” kimi yaradılışçıların əksini iddia etmədiyi bir sualla çıxmaları ancaq onu göstərir ki, onlar məğlubiyyətlərini qəbul ediblər.