17 Avqust 2017 00:58 Təkamülçülərə cavab

İnsanın uydurulmuş nəsil ağacı

Darvinizmə görə, müasir insanlar meymunabənzər məxluqlardan yaranmışlar. 4-5 milyon il bundan əvvəl başlayan prosesin gedişində meymunla insan arasında "keçid formaları"nın olması zənn edilir. Uydurulmuş ssenaridə dörd əsas "kateqoriya" sadalanır:

1. Australorithecus - (avstralopitek)
2. Nomo habilis - (bacarıqlı insan)
3. Nomo erectus - (dikyeriyən insan)
4. Nomo sariens - (şüurlu insan)

Təkamülçülər insanın belə demək mümkünsə, ilk meymunabənzər əcdadı zənn etdikləri canlını "cənub meymunu" mənasına gələn "Australorithecines" adlandırırdılar. Əslində isə bu canlı nəsli kəsilmiş meymun növündən başqa bir şey deyildi. Australorithecines-lər müxtəlif - bəziləri iri, digərləri isə daha xırda və zərif bədən quruluşlu olurlar. Təkamülçülər insanın təkamülünün növbəti mərhələlərini "homo", yəni "insan" adlandırdılar. İddiaya görə, homo silsiləsindən olan məxluqlar Australorithecines-lə müqayisədə daha çox inkişaf etmişdilər. Təkamülçü nəşrlərdə və dərs vəsaitlərində tez-tez rast gəldiyimiz "Java insanı"nı, "Pekin insanı"nı, "Lucy" adlanan skelet qalıqlarını yuxarıda sadalanan növlərin birinə aid etmək olar. Bu növlərin həmçinin yarımnövlərə bölünməsi güman edilir.

Təkamülçülər Australorithecus-Nomo habilis-Nomo erectus-Nomo sariens ardıcıllığını irəli sürməklə elə bir təsəvvür yaratmaq istəyirdilər ki, sanki hər bir növ ondan sonra gələn növün əcdadı olmuşdur. Bununla belə antropoloqların son tədqiqatları Australorithecus, Nomo habilis və Nomo erectus növlərinin eyni zamanda, lakin dünyanın ayrı-ayrı yerlərində yaşadığını təsdiq edir. Həmçinin Nomo erectus sinfinə aid edilmiş insanlar lap müasir dövrə qədər Nomo sariens Neandertalensis və Nomo sariens sariens-lə (müasir insanla) yanaşı eyni dövrdə, yan-yana yaşamışlar. Yəni həmin fakt bu canlıların bir-birinə əcdad olması iddiasını aydın və qəti surətdə təkzib edir.

Nəticədə bu sahədə olan bütün elmi məlumatlar, tədqiqatlar və təkamülçülər tərəfindən təqdim olunan skelet qalıqları insanın heç vaxt təkamül prosesinə məruz qalmadığından xəbər verir. Bu qalıqların bir hissəsi meymun növlərinə, digər hissəsi isə müxtəlif insan irqlərinə məxsusdur. Bəs onda qalıqların hansıları insanlara, hansıları meymunlara məxsusdur? Və bunlardan hansısa birini "keçid forması" saymaq olarmı? Bu suallara cavab tapmaq üçün kateqoriyaları ardıcıllıqla nəzərdən keçirək.



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.