10 Avqust 2017 15:20 Təkamülçülərə cavab

"İnsanın əcdadı meymundur" yalanı necə üzə çıxdı?

Təkamülçülərin insanla meymunun eyni əcdaddan yarandıqları barədə xəyali hekayələrinin qaynağı nədir?

Təkamülçülərin şimpanzelərdəki bir genin yox olması ilə şimpanzelərin inkişaf edərək insana çevrilməsi barədə iddiaları nə üçün elmi deyil?

Təkamülçülər xəyali ssenarilərində meymun qalıqlarının çoxluğundan istifadə edərək insanlarla meymunların eyni əcdaddan törədiklərini iddia edirlər. Məlumdur ki, indiyə kimi 6000-dən çox meymun növü mövcud olmuşdur. Onların əksəriyyətinin nəsli kəsilmişdir. Hal-hazırda 120-yə qədər meymun növü yaşayır. Məhz 6000-ə yaxın nəsli kəsilmiş meymun növünün qalıqları təkamülçülər üçün zəngin vəsait qaynağıdır.

Təkamülçülər yox olmuş meymun növlərinin kəllə və sümüklərini kiçikdən böyüyə doğru düzmüş, bu silsiləyə nəsli kəsilmiş insan irqlərinə aid kəllələri də əlavə edərək insanın təkamülü ssenarisini yazmışlar. Ssenari belədir:

"İnsanlar və müasir meymunlar ortaq əcdada sahibdirlər. Bu varlıqlar zaman keçdikcə təkamül keçirərək bir qismi müasir meymunları meydana gətirmiş, təkamülün digər qolunu isə müasir insanlar meydana gətirmişdir".

Halbuki, bütün paleontoloji, anatomik və bioloji tapıntılar bizə təkamülün bu iddiasının da əsassız olduğunu göstərir. İnsanla meymun arasında qohumluq əlaqəsinə dair heç bir dəlil yoxdur. Saxtakarlıqlar, təhriflər, hiyləgər şəkil və xəyali şərhlərdən başqa...

Qalıqlar bizə tarix boyu insanların insan, meymunların da meymun olaraq qaldıqlarını göstərir. Təkamülçülərin insanın əcdadı kimi göstərdikləri qalıqların bir hissəsi, əslində, çox yaxın dövrə (məsələn, 10.000 il əvvələ) qədər yaşamış və nəsli kəsilmiş qədim insan irqlərinə aiddir. Hal-hazırda da yaşayan bir çox insan birliyi var. Onlar təkamülçülərin insanın əcdadı kimi göstərməyə çalışdıqları insan irqləri ilə eyni fiziki quruluş və xüsusiyyətlərə sahibdirlər. Ən vacibi isə meymunlar və insanlar arasında bir çox anatomik fərqlərin olmasıdır və bunların heç biri təkamüllə ortaya çıxmamışdır. Ancaq təkamülçülər xəyali ssenarilər uydurmağa davam edirlər.

Bu xəyali ssenarilərdən biri də insanlarla meymunlar arasında bir gen fərqinin olması, mutasiya nəticəsində meymunlardakı bir genin itməsi və bunun insana keçməsində əhəmiyyətli rol oynamasıdır. Təkamülçülərin irəli sürdüyü bu dəlilin əsassızlığını belə yekunlaşdıra bilərik:

Elmi tapıntıları təkamülçü ön mühakimələrlə qiymətləndirərək insanları yanıldırlar

Aparılan araşdırmalarda elm adamları sial turşusu kimi məlum olan şəkər molekulunun (Neu5Ac və Neu5Gc) iki formasının olduğunu, bu iki forma arasında yalnız bir oksigen atomu fərqinin olduğunu, Neu5Gc-nin şimpanzelərdə və bütün məməlilərdə olduğunu, ancaq nəsli kəsilmiş insan irqi olan neandertallarda və müasir insanlarda olmadığını təsbit etmişlər.

Təkamülçülər isə bu məlumatdan istifadə edərək mutasiyanın bu şəkər molekulunu istehsal edən geni yox etdiyini və bunun şimpanzelərlə insanlar arasındakı fərqi yaratdığını irəli sürürlər. Əslində, burada klassik təkamülçü ön mühakimələrlə verilmiş səhv məlumat nümunəsi görünür. Təkamülçülərin təkamülün reallaşdığına dair heç bir dəlillərinin olmadığına baxmayaraq, elmi tapıntıları təkamülün reallaşması kimi qiymətləndirirlər. Yəni "şimpanzedə olan bir gen insanda yoxdursa, təkamül də mutasiya və təbii seleksiya yolu ilə reallaşdığına görə, deməli, bu gen mutasiyanın nəticəsində itmişdir" şəklində məntiq yürüdürlər. Halbuki, heç bir dəlilləri yoxdur, bu iddia yalnız fərziyyədən ibarətdir.

Təkamülçülərin bu gen haqqındakı iddiaları təkamül nəzəriyyəsi ilə ziddiyyət təşkil edir

Təkamülçülər şimpanzelərdəki genin yox olması ilə şimpanzelərin inkişaf edərək insanlaşmağa başladıqlarını iddia edirlər. Halbuki, insanlarda bu genin əskikliyi xərçəng, AİDS, qızdırma, qrip kimi xəstəliklərə səbəb ola bilər. Şimpanzelərin bu cür xəstəliklərə tutulmamaqlarının səbəbi də bu genə sahib olmalarıdır. Yəni şimpanzelərin sahib olduqları üstünlük insanlarda yoxdur. Məlumdur ki, təkamül nəzəriyyəsi bir orqanizmdə mutasiyalarla meydana gələn dəyişikliklərdən üstün olanların təbii seleksiya yolu ilə seçildiyini və bu üstün dəyişmələrin seçilərək yığılması nəticəsində canlıların təkmilləşdiklərini iddia edir. Ancaq burada üstün bir vəziyyət yoxdur, çünki mutasiyaya məruz qalan canlı çox təhlükəli və ölümcül xəstəliklərə düçar ola bilər. Təkamülçülər isə şimpanzelərdəki gen itkisinin onların inkişaf edərək insan xüsusiyyətləri qazanmasına səbəb olduğunu qarşıya qoyaraq, öz nəzəriyyələri ilə ziddiyyət təşkil edirlər.

"İnsanın təkamülü" ssenarisi xəyali fantaziyadır. Çünki belə bir soy ağacının mövcud olması üçün meymunlardan insanlara mərhələli təkamül yaşanmalı və bunun qalıqları tapılmalı idi. Halbuki, meymunlarla insanlar arasında uçurum var. Skelet strukturları, kəllə həcmləri, dik, ya da

Meymun və insan arasındakı böyük uçurum

Bir insan irqi olan Homo erectus ilə "insanın təkamülü" ssenarisində ondan əvvəl gələn meymunlar (Australopithecus, Homo habilis, Homo rudolfensis) arasında böyük uçurum var. Yəni fosil qeydlərində gördüyümüz ilk insanlar təkamül keçirmədən, eyni anda və birdən ortaya çıxmışlar. Bu, onların yaradıldıqlarının göstəricisidir.

Ancaq bu həqiqəti qəbul etmək, təkamülçülərin fəlsəfələrinə və ideologiyalarına ziddir. Bu səbəbdən, xüsusi insan irqi olan Homo erectusu yarı-insan yarı-meymun canlı kimi göstərməyə çalışırlar. Düzəltdikləri Homo erectus rekonstruksiyalarında israrla meymunabənzər xətlər çəkirlər. Australopithecus və ya Homo habilis kimi meymunları da eyni üsulla "insanlaşdırırlar”. Bu üsulla meymunları və insanları bir-birlərinə yaxınlaşdırıb iki fərqli canlı qrupunun arasındakı uçurumu kiçiltməyə çalışırlar.



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.