22 Oktyabr 2017 22:53 Təkamülçülərə cavab

GENETİK MUTASİYA TƏCRÜBƏLƏRİ İDDİASINA CAVAB

"Science" jurnalı 2016-cı il oktyabr sayında təkamüllə bağlı yenə bir xəbər dərc etdi. Xəbərdə yatağan ilanlarının quyruq hissəsində yerləşən kiçik sümüklərin bu canlıların "keçmişdə sahib olduqları xəyali ayaqlardan" qalma olduğu iddia edilirdi.
 
Əvvəlcə onu qeyd edək ki, yatağan ilanlarındakı kiçik sümüklərin təkamülü sübut etdiyini iddia etmək ağıla və məntiqə ziddir. Çünki iddianın əksinə, yatağan ilanlarındakı bu sümüklər quyruğa yaxın hissədə yerləşən kiçik pəncəyə oxşayan quruluşlardır. Bunlar yatağan ilanı tərəfindən cütləşmək üçün və digər erkək yatağan ilanlarına qarşı özünü müdafiə etmək üçün istifadə edilən pəncəyə  bənzəyən çıxıntılardır. Qətiyyən ayaqlar kimi bədən ağırlığını daşıya bilən mexaniki funksiyaya  malik deyillər. Başqa sözlə, yeriməyə əlverişli quruluşları yoxdur.
 
Həmçinin bu günə qədər çoxlu miqdarda yatağan ilanı fosili tapılıb. Məsələn, Pachyrhachs problematicus və Haasiophis terrsanctus fosilləri yatağan ilanı və piton ilanı fosilləridir. Bu fosillər həmin növlərin keçmişdə də müasir yatağan ilanları və pitonlarla eyni anatomik xüsusiyyətlərə malik olduğunu sübut edir. Bu da bizə iddianın əksinə, yatağan ilanlarının da, piton ilanlarının da dəyişmədiyini, milyonlarla ildir eyni qaldığını və təkamül keçirmədiyini göstərir.
 
Bu günə qədər tapılan bütün ilan fosilləri ilanların 100 milyon il əvvəl ayaqları olduğu, lakin daha sonra bu ayaqların yox olduğu fikrini alt-üst edir.
 
İngiltərənin Dorset bölgəsindən çıxarılan Parviraptor estesi (145 - 140 milyon il), ABŞ-ın Kolorado bölgəsindən çıxarılan Diablophis gilmorei fosili (155 milyon il), Portuqaliya Guimarota bölgəsindən çıxarılan Portugalophis lignites fosili (157 - 152 milyon il), İngiltərənin Oxfordshire bölgəsindən çıxarılan Eophis underwoodi fosili (167 milyon il) kimi fosillərin hamısı indiki ilanlarla eyni xüsusiyyətlərə malikdir və ilanların heç birinin təkamül keçirmədiyini sübut edirlər.
 
GENETİK MUTASİYA TƏCRÜBƏLƏRİ İDDİASINA CAVAB
 
"Science" jurnalı yenə eyni xəbərin içində, ilanların təkamülü iddiasını "elmi təcrübə ilə" dəstəkləməyə çalışmışdır. Florida Universitetindən Martin Con müxtəlif sürünən növləri və fərqli ilan növləri ilə müqayisə edildikdə pitonlarda Sonic hedgehog adlı genin fəaliyyətlərini idarə edən genetik açarda 3 DNT silinməsi aşkar etmiş və bu silinmələri pitonların ayaqlarını itirmə səbəbi kimi göstərmişdir. Siçanlar üzərində aparılan analoji təcrübələrdə də yenə ayağın çıxmamasını bu iddialarına "dəlil" göstərirlər.
 
Əvvəla, “3 müxtəlif sahədə DNT kodlarının silinməsi” ifadəsinə diqqət etmək lazımdır. Aparılan tədqiqatda başqa sürünənlərin və başqa ilan növlərinin DNT-ləri ilə müqayisəyə əsasən kodların silindiyi nəticəsinə gəlinmişdir. Bu xətalı və qərəzli düşüncə formasıdır. Çünki digər sürünənlərdə və ya ilanlarda mövcud olan DNT-lərin pitonlarda olmaması çox təbiidir. Bir canlını başqa canlıdan ayıran onsuz da bu genetik dəyişikliklərdir. Piton ilanı, gürzə ilanı, yatağan ilanı kimi hər ilanın özünə aid DNT-si var və onları bir-birindən ayıran da DNT-lərindəki bu fərqlərdir.
 
Siçanlar üzərində aparılan mutasiya təcrübələrində siçanların ayaqlarının çıxmaması isə ilanların təkamülünə dəlil deyil. Əksinə mutasiyanın dağıdıcı təsirinə işarədir.
 
Ayaqları olan bir canlıda ayağın inkişafına nəzarət edən gen əskik olanda, əlbəttə, ayağın formalaşması mümkün olmayacaq. Bu yeni məlumat deyil. Bu mutasiyanın əsas məntiqidir. Hər bir genin özünə məxsus funksiyası var və bu genlərdən yalnız biri belə mutasiyaya məruz qalsa və funksiyası dayansa, eynilə bu siçan təcrübələrində olduğu kimi ortaya şikəst canlılar çıxacaq.

Bu iddiaların hamısı "təkamülün həqiqətən baş verdiyi" şərti ilə irəli sürülüb və təcrübələrdən çıxan göstəricilər də yenə təkamülü dəlilsiz qəbul etməklə izah olunmuşdur. Bu səbəbdən obyektiv və qərəzsiz fikri deyil, təkamül təbliğatı aparmaq üçün şüurlu olaraq manipulyasiya edilmiş "izahları" ehtiva edir. Elmi həqiqətlər daima təkamülü təkzib edib.
 
Bu günə qədər 150 - 160 milyon illik bir çox ilan fosili tapılıb. 150 - 160 milyon əvvələ dair bu çox dəqiq fosillər sanki o vaxtkı ilanlara dair daş üzərində həkk olunmuş müfəssəl fotoşəkillərdir. Hətta canlıların şəxsən özünə aid qalıqlar olduqları üçün fotoşəkillərdən daha real faktlardır.
 
Əgər əvvəldən ayaqları olan bir ilan sonradan bu ayaqları itirsə idi, milyonlarla il davam etdiyi iddia edilən "ayaq itirmə prosesində" bir ayağı yeni yaranan, digər ayağı əskik saysız-hesabsız ilan fosili tapılmalıdır. Ancaq bu günə qədər bu cür yarımçıq xüsusiyyətləri olan bir ilan fosili belə tapılmayıb. Bu günə qədər tapılmış bir dənə də  ara keçid forma yoxdur, olması da mümkün deyil. Təkamül elmi dəlillərin məhv etdiyi, amma buna baxmayaraq, davam etdirilməyə çalışılan tarixin ən böyük cəfəngiyyatıdır.

Göründüyü kimi, darvinist elmi jurnalların təqdim etdiyi təkamülə dair iddiaların hər biri darvinizmi dünya miqyasında məğlubiyyətə vadar edir.
 
Təkamül nəzəriyyəsi hər keçən gün sayı artan elmi fəaliyyət və tədqiqatlarla və hər gün torpağın altından(yerin qatlarından) çıxarılan milyonlarla illik fosillərlə tamamilə alt-üst olmuş vəziyyətdədir. 

De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)

Mənbələr:
https://en.wikipedia.org/wiki/Pelvic_spur
http://creation.com/snake-evolution-story-stymied
http://www.sciencemag.org/news/2016/10/tiny-dna-tweaks-made-snakes-legless



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.