25 İyul 2018 18:56 Təkamülçülərə cavab

Fosillərin sabitliyi təkamülü təkzib edir

Darvinistlər fosillərdən qorxurlar. Fosilləri gizlədirlər. Muzeylərin anbarlarında saxlayırlar. Fosil sərgilərini bağlatdırmağa çalışırlar. Bəzən fosil sərgilərinə gəlib eksponatları sındırıb-dağıdır, fosilləri götürüb dişləyirlər. (Bəli.) Milyonlarla il yaşı olan fosilləri lağa qoyurlar. Onların həqiqiliyinə inanmırlar. Dərsliklərdə fosil şəkillərinin qoyulmasına etiraz edirlər. Fosilləri populyarlaşdıran kitabların çapına qarşı ictimai rəy yaradıb hay-küy salırlar.

İndi sual yaranır: bir insan qədimdə yaşamış canlılara aid süxurlarla niyə barışa bilməsin? Eyni aqressivliyi fosillər haqqında sual veriləndə Elçin Sultanovun reaksiyasında da görürük: “Yapışıblar bir fosildən, deyirlər ki, bu 150 milyon ildir ki, dəyişmir”.

Darvinistlərin fosillərə, sözün əsl mənasında, nifrət etmələrinin bir səbəbi var. 

Hemiramphidae) uzun, nazik konusşəkilli, güclü dişlərlə təchiz edilmiş uzun və dimdiyə bənzər bir çənəyə malikdir. Bu canlının Almaniyada tapılan 150 milyon illik fosili ilə dövrümüzdə yaşayan nümunəsi müqayisə ediləndə xüsusi görünüşlü çənəsindən sümük və quyruq quruluşuna qədər heç bir dəyişikliyə məruz qalmadığı çox dəqiq bir şəkildə görünür. Yarımdimdiklər təkamülün əsassızlığını sübut edən saysız-hesabsız canlılardan biridir. Məlum olan ən qədim nümayəndələri Yura dövründə (206-144 milyon il) yaşamış yarımdimdiklər milyonlarla ildir eyni qalmışlar.

Darvin tədqiqatları əsnasında Ginkgo biloba (ikidilimli ginkqo) ağacının yarpağının fosilini tapdıqda çox təəccüblənmişdi. Dövrümüzdə yaşayan bir canlının eynisi milyonlarla il əvvəlki təbəqələrdə bugünkü forması ilə mövcud idi. Nəzəriyyəsinin əsassızlığını sübut etməyə kifayət edən və Darvini, həqiqətən də, təşvişə salan bu fosil elə Darvinin özü tərəfindən “yaşayan fosil” adlandırılacaqdı.

Əgər Darvin indi yaşasaydı, şübhəsiz, bu məsələ ilə bağlı təşvişi daha çox olardı. Çünki ginkqo dövrümüzə qədər gəlib çatan yeganə yaşayan fosil deyil. Yerin təbəqələrindən çıxarılmış 350 milyondan çox fosilin bir qismini tam və mükəmməl nəsli kəsilmiş canlılar, böyük əksəriyyətini isə yaşayan fosillər təşkil edir. Hal-hazırda mövcud olan növlərin böyük qisminin milyonlarla illik fosil nümunələri tapılmış və nümayiş etdirilmişdir. Dövrümüzdə yaşayan atlar, zürafələr, balıqlar, itlər, quşlar, sürünənlər hal-hazırkı formaları və görünüşləri ilə milyonlarla illik iz qoymuşlar. Ölkəmizdə təşkil edilən müxtəlif sərgilərdə və www.paleontologiya.az internet saytında nümayiş etdirilən fosillər, haqqında bəhs etdiyimiz nümunələrin sadəcə bir hissəsidir. Sözügedən nümunələr o qədər çoxdur ki, demək olar ki, dövrümüzdəki hər canlı milyonlarla illik həmnövü tərəfindən təmsil edilir və bu fosillər dövrümüzün canlıları ilə mükəmməl uyğunluq içindədirlər. Milyonlarla il əvvəlki fosilləri ilə dövrümüzün canlıları arasında heç bir fərq yoxdur. Canlılar dəyişilməyiblər. İlk dəfə yaradıldıqları kimidirlər. Azərbaycan dilində “Təkamül təlimi” kitabının müəlliflərindən, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin Genetika və Təkamül Təlimi kafedrasının professoru Məcnun Babayev yaşayan fosillərdən belə bəhs edir:

“Dəniz çiyinayaqlı linqulası (Lingula) Ordovik dövründən indiyə qədər heç bir dəyişikliyə uğramadan qalmışdır, daha doğrusu, bir növ kimi Yerdə 500 milyon ildən artıqdır ki, mövcuddur. Hazırda Sakit okeanda yaşayan Neopilina molyusku Aşağı Devonda 400 milyon il əvvəl yaşamış cinsin növlərinə çox oxşayır. Cənubi-Şərqi Asiyanın tropik sahilyanı sularında yaşayan adi qılıncquyruq (Limulus), demək olar ki, Silur dövründən (400 milyon ilə yaxın) heç bir dəyişikliyə uğramadan yaşayır. Hamıya məlum olan məşhur pəncəüzgəcli balıq – latimeriya (Latimeria) 200-300 milyon il əvvəl məhv olmuş qrupların quruluşunu və formasını, demək olar ki, heç bir dəyişikliyə uğramadan saxlamışdır. Misalların sayını artırmaq da olar”.11

Həqiqət budur: fosillər tarixin heç bir dövründə təkamül prosesinin baş vermədiyini sübut edir. Bütün canlı növləri bu gün malik olduqları xüsusiyyətlərlə birlikdə bir anda üzə çıxmış və yüz milyon illərlə ən kiçik dəyişikliyə belə uğramamışlar. Balıqlar elə balıq, sürünənlər elə sürünən, məməlilər elə məməli, insan da elə insan kimi mövcud olmuşdur. Darvinin ən böyük ümidi olan fosillər Darvinin təlimini məhv edən ən güclü dəlil olmuşdur.

Şübhəsiz, bu vəziyyət heç bir keçid fosili ilə dəstəklənməyən təkamül fərziyyəsi üçün böyük məğlubiyyətdir. Elə bu səbəbdən varlıqları darvinist alimlərə çox yaxşı məlum olmasına baxmayaraq, yaşayan fosillər heç vaxt gündəmə gətirilmir, ört-basdır edilir. Təkamülçü mənbələrə baxan bir insanda sadəcə bir neçə yaşayan fosil olması təsəvvürü yaranacaqdır. Çünki darvinistlər tərəfindən ön plana çəkilən yalnız bir neçə yaşayan fosil var. Eyni mənbələrdə bu bir neçə fosilin möcüzəvi şəkildə heç dəyişilmədən qaldıqları və saysız-hesabsız xəyali təkamül dəlili içində bir istisna olması təsəvvürü verməyə çalışırlar. Lakin bu, yalandır.

Amerikalı paleontoloqlar Nils Eldric və Yan Tattersoll fosillərin üzə çıxardığı həqiqətin elm dünyasına hakim olan darvinist diktatorluq tərəfindən necə görməzlikdən gəlindiyini belə izah edir:

“Növlərin heyrətamiz şəkildə sabit qaldıqları və uzun dövrlər ərzində həmişə statik mahiyyət daşıdıqları yönündəki müşahidələr “Çılpaq kral” hekayəsindəki bütün xüsusiyyətləri özündə cəmləşdirir: hər kəs bunu görmüş, amma görməzlikdən gəlməyi seçmişdir. Darvinin nəzərdə tutduğu modellə uzlaşmağı israrla rədd edən inadcıl bir fosil qeydi ilə qarşı-qarşıya qalmış paleontoloqlar, sadəcə olaraq, qəsdən bu həqiqətdən üz çevirmişlər”.12

Nə qədər həqiqətdən üz çevirsələr də, ortada açıq həqiqət var: yaşayan fosillər milyonlarladır. Hal-hazırda Darvinin təkamül nəzəriyyəsi fosillərin verdiyi nəticələr qarşısında qəti məğlubiyyətə uğramışdır. Elmi kəşflər darvinizmi məhv etmişdir. Darvinistlər artıq yaradılış həqiqətinin dəlilləri olan bu fosilləri gizlədə bilmirlər. Həqiqətlər üzə çıxmış, darvinizmin məhvi darvinistlərin ən böyük təməli olan fosillər tərəfindən elan edilmişdir.



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.