Fosillər yaradılışı təsdiq edirlər
Fosillər yaradılışı təsdiq edirlər
Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin həqiqət olmadığını ən bariz şəkildə göstərən dəlil fosillərdir.
Təkamül nəzəriyyəsinə görə bir canlı növü zaman içərisində digərinə çevrilmiş və bütün növlər bu yolla meydana gəlmişdir. Nəzəriyyəyə görə canlıların bu cür bir-birilərinə çevrilmələri yüz milyonlarla il çəkən uzun bir zaman dilimini əhatə etmiş və mərhələ-mərhələ irəliləmişdir. Belə vəziyyətdə iddia edilən uzun çevrilmə prosesi zamanı saysız aralıq növlər meydana gəlməli və yaşamalı idilər. Lakin bugünə kimi bir canlının tək bir ara keçid forması belə tapılmamışdır. Bu təkamül dövrünün heç vaxt yaşanmadığı deməkdir.
Təkamülçülər fosillərin təkamülü yalanlaması ilə bərabər onların yaradılış həqiqətinə elmi dəlil olduqlarını etiraf edirlər. Təkamülçü paleontoloq Mark Çarnetski etirafını belə ifadə edir:
“Nəzəriyyənin (təkamülün) sübutundakı əsas problem Yerin geoloji formalaşmalarında izləri qorunan yox olan növlərin fosil qeydləridir. Bu qeydlər heç bir zaman Darvinin fərz etdiyi ara keçid formalarını üzə çıxarmamışdır. Bunun yerinə, növlər qəfildən üzə çıxır və yox olurlar və bu anomaliya yaradılışçıların hər növün Allah tərəfindən yaradılması arqumentinə dəstək vermişdir.” (5)
5) Mark Czarnecki, "The Revival of the Creationist Crusade", MacLean's, 19 yanvar 1981, səh. 56