11 Noyabr 2017 19:31 Təkamülçülərə cavab

Flores adamı ilə bağlı yeniliklər

Homo floresiensis’in dövrümüzün insanından tamam fərqli bir növ olduğu ilə bağlı təkamülçü iddia getdikcə yüksələn etirazlar qarşısında geriləməyə davam edir. İngiltərənin The Times və The Sunday Times qəzetlərinin internet nəşri The Times Online bu mövzudakı yenilikləri belə ifadə edirdi:

 “Son yüzilliyin ən böyük antropoloji tapıntısı olaraq göstərilən bir tapıntı antropologiyanın ən böyük mübahisələrindən birinə çevrilmişdir. (1)

Mübahisəni qızışdıran yenilik H. floresiensis’in Homo sapiens’dən ayrı bir növ olaraq təqdim olunmasına  etiraz edən indoneziyalı alimlərin fikirlərinə başqa  mütəxəssislərin dəstək verməsi oldu. Bunların başında avstraliyalı alim Maçiyej Heniberq (Maciej Henneberg) ilə Alan Torne  (Alan Thorne) və Amerikadakı Chicago Field Museum’dan tədqiqatçılar gəlir.

Yeni etirazlar da indoneziyalı alimlərin etirazları kimi, Flores Adamının mikrosefaliya adlı nevroloji xəstəlikdən təsirləndiyini vurğulayır. Bu yöndə əhəmiyyətli bir dəstək 32 illik anatom və paleopatoloq Maçiyej Heniberqdən (Maciej Henneberg) gəldi. Avstraliyadakı Adelaide Universitetinin Anatomiya Elmləri şöbəsinin rəhbəri olan Heniberq əvvəl Nature jurnalının internet saytında nəşr olunan Flores Adamının qafatası ölçülərini tədqiq etdi. Alimin ağlına həmin an oxşar quruluşdakı başqa bir qafatası gəldi. Həmin qafatası Girit adasında ələ keçirilmiş 4000 illik bir Homo sapiens örnəyi idi . Bu örnək bir H. Sapiens fərdinə aid olmaqla yanaşı, olduqca kiçik həcmli idi və qafatasını təyin edən alimlər bu vəziyyəti daha əvvəldən mikrosefaliya xəstəliyi ilə açıqlamışdılar.

Avstraliyalı alim 15 qafatası ölçüsünə görə apardığı statistik müqayisələr nəticəsində iki qafatası arasında “heç bir fərqin olmadığını” aşkar etdi.

Etirazları ABŞ-ın məşhur Science jurnalında də çap olunan Heniberq Flores Adamının qafatası ölçülərinin mikrosefaliyadan qaynaqlandığı qənaətinə gəldi. Tədqiqatçı həmçinin Flores Adamının üz anatomiyasının H. sapiens limitləri  çərçivəsində olduğunu da qeyd etdi.

Henniberqin Flores Adamı haqqında təəccüblü nəticələr ortaya qoyan başqa bir müşahidəsi mağarada tapılan bir ön qol sümüyü (radius) ilə bağlı idi. Heniberq sümüyün 210 mm olaraq təyin edilən uzunluğunu nəzərə alaraq, sümüyün sahibinin 151 ilə 162 sm arasında bir boya sahib olduğunu hesabladı. Bu rəqəmlər Flores Adamını təmsil edən insanın boy uzunluğu olaraq tanıdılan 1 metrlik dəyərdən olduqca artıq idi və müasir insan üçün normal sayıla biləcək ölçülər idi. Heniberq bütün bu analizlərinin nəticəsini belə açıqladı: 

“... ‘yeni növ’ olduğu iddia edilən [Flores Adamının] başqa  skeletləri ortaya çıxarılana qədər həmin skeletin qeyri-adi görüntüsünün hər kəsə məlum olan bir patoloji vəziyyətdən (mikrosefaliyadan) qaynaqlandığı qənaətinə gəldim.” (3)

Avstraliya Milli Universitenin antropoloqu Alan Torne (Alan Thorne) isə Flores Adamının sadəcə “bunun kimi bir şeyin orada bir yerlərdə tapıldığını heç kimin təxmin edə bilməyəcəyini göstərdiyini” bildirərək, H. floresiensis’in ayrı bir növ olduğu yönündəki iddianın məcburiyyət olduğuna diqqət çəkdi. (4)

Flores Adamı və Homo sapiens’in həm baş böyüklüyündəki, həm də çənə formasındakı fərqlər mütəxəssislərin təsvir etdiyi kimi, mikrosefaliya ilə açıqlanır.

Chicago Field Museum’dan primatoloq Robert Martin ilə arxeoloq Ceyms Filips (James Phillips) də Flores Adamının kiçik beyin həcmi haqqında mikrosefaliya fikrinə dəstək verib bu açıqlamanı vermişdir:

[Floresdəki mağaradan çıxan] tək qafatası, mikrosefaliya xəstəliyinə tutulan bir qadından gəlir, bu nadir görülən xəstəlik kiçik beyin və kəllə forması ortaya çıxarır. Mikrosefaliya üzün normal ölçüdə böyüməsinə icazə verir, lakin kəllənin inkişafına mane olur. Bu xəstəliyə tutulan insanlar  maili bir alna malik olurlar və çənələri olmur, eynilə hobitlərdə olduğu kimi.” (5) [Hobit: Flores Adamına “Üzüklərin hökmdarı” filmindən təsirlənərək qoyulan ad)

Bu izahlar qarşısında Flores Adamını H. sapiens’dən ayrı bir növ olaraq təyin etməyin əsassızlığı bir daha ortaya çıxmış oldu. Şübhəsiz ki, Heniberqin analizləri bunda ən böyük pay sahibi idi: 4000 illik  H. sapiens fərdi mikrosefaliya ilə açıqlandığı halda, ondan fərqsiz qafatası ölçülərinə malik olan Flores Adamı niyə başqa növ olaraq təqdim olunurdu?

Flores Adamı ilə bağlı bu mübahisələri bəlkə də ən təəccüblü şəkildə izah edən şəxs İngiltərənin The Telegraph qəzetinin təcrübəli yazıçısı Robert Mathyuz (Robert Matthews) oldu. Mikrosefaliya fikrinə dəstək verən Mathyuz Flores Adamının ayrı növ olaraq təqdim olunma həvəsini tənqid etdi və bunun nə qədər təməlsiz olduğunu göstərməklə paleoantropologiya tarixinin ən böyük qalmaqalları arasında yer alan Nebraska Adamı hadisəsindən örnək verdi.  Mathyuz  "qeyri-kafi sübutlar, böyük iddialar: Paleontologiya dünyasına xoş gəlmişsiniz” başlıqlı yazısında bunları yazdı:

Daha bir həftə keçdi və alimlər arasındakı bəzi qədim sümüklər üzərində edilən mübahisələr ilə yeni və fərqli bir insan növü tapıldığı iddiaları arasındayıq.  Mübahisə bu dəfə İndoneziyanın Flores adasında ələ keçirilən və 1 metr boyundakı bir insana aid olduğu müəyyən edilən 18.000 illik sümüklər üzərində mərkəzlənir.

… Alimlər Nature jurnalında bir yazı nəşr etdirərək bunların yeni bir insan növü olduqlarını iddia ediblər və bir də latınca parlaq  bir isim qoyublar “Homo floresiensis”.

Daha sonra çoxdandır yayılan bir ənənənin təkrarı olaraq, başqa alimlər bu iddialara etiraz etdilər. Paleoanatomiya sahəsindəki bir mütəxəssis Science jurnalına qreypfurt ölçülərindəki 18.000 illik qafatasının Kritdə tapılmış 4.000 illik bir qafatasına bənzədiyini və Homo sapiens’ə aid qafatası nümunəsinin özünü qeyri-normal dərəcədə kiçik qafatası ilə bəlli edən, mikrosefaliya xəstəliyindən təsirləndiyini söylədi.

... Sekonder mikrosefaliya  hamiləlik vaxtında keçirilmiş viruslu infeksiyadan tutmuş doğuşdan sonra travma və qidalanma pozuqluğuna qədər bir çox səbəblə bağlı yarana bilər. Nümunələr bir adada mağarada tapılmışdır. 18.000 min il əvvəl bu adada bu vəziyyətə səbəb ola biləcək bir viruslu epidemiya yaşanmadığını kim söyləyə bilər? Və ya bəlkə də, burada tapılan şəxslər bu xəstəliyə İndoneziya ada qruplarının başqa yerlərində tutulublar və bu qəribə görünüşlərinə görə Floresə sürgün ediliblər.

Sekonder mikrosefaliyası olan şəxslərin həyatda qalmalarının və hətta çoxalmalarının da başa düşülməyəcək bir tərəfi yoxdur: bu xəstəlik hər zaman zəka geriliyi yaradacaq deyə bir qanun yoxdur. Əslində beynin ölçüsünün kiçik olmasının da tək başına bir mənası yoxdur; əhəmiyyətli olan beyindəki boz cövhər miqdarınıın çox olmasıdır. Fosil qeydlərində də buna aid heç bir şey olmadığından bu “hobitlərin” normal, zəkalı və ya duyğusuz olub olmadıqlarını bilmirik. Burada açıq olan tək şey vardır ki, paleontoloqlar qeyri-kafi dəlillər üzərində böyük iddialar inşa etməkdə narahatlıq verici dərəcədə həvəslidirlər. 1922-ci ildə amerikalı fosil mütəxəssisi Henri Feəfild Osbön (Henry Fairfield Osborn) “Hesperopithecus” (“Axşam Günəşi Torpaqlarından gələn Meymun”) adlandırdığı fosilin Amerikada tapılmış ilk antropoid (İnsana bənzəyən) meymun olduğunu elan etmişdi.

London Universitetindən məşhur anatom prof. Qrafton Eliot Smis (Grafton Elliot Smith) daha da irəli gedərək Hesperopithecus’un “insan ailəsinin indiyə qədər kəşf edilmiş ən qədim və ən ibtidai nümayəndəsi” olduğunu iddia etmişdi. Bəs bu təəccüblü iddianın təməli nəyə əsaslanırdı? Nebraskada tapılmış tək bir fosilləşmiş dişə.

Bu qədər az miqdarda sübuta əsaslanmasına görə Prof. Smisin, iddiasına şübhə ilə baxanlara cavabı Floresin Hobit adamlarının kəşflərinin verdikləri cavablar ilə çox oxşarlıq daşıyır: “Əgər bu mövzularda amerikalı alimlərin nüfuzu mübahisəsiz olmasaydı” deyə açıqlayır prof. Smis, “Belə ciddi bir iddianı bəziləri şübhə ilə qarşılaya bilərdi.”

Ancaq bütün bu təlaş Amerika Təbiət Tarixi Muzeyinin daha çox sübut axtarmasına mane olmadı. Nebraskada ələ keçirilənlər "Hesperopithecus"un nəsli kəsilmiş bir donuzdan başqa bir şey olmadığını ortaya qoydu. Prof. Smis daha sonra Neandertalların məşhur ‘barmaq büküyü üzərində yeriyən degenerat’ (Knucle grazing moron) təsvirini yaratması ilə özünü göstərdi, bir tərəfdən də İngiltərədə 1912-ci ildə tapılan qafatası parçalarının Homo Sapiensin bilinən ən qədim əcdadına aid olduğu yönündəki iddiaları dəstəklədi. Ancaq daha sonra ortaya çıxdı ki, Smisin “tipik” Neandertalı artrit səbəbindən yüngül donqarlaşmış və qətiyyən tipik olmayan bir kişi idi. Qafatası parçalarının isə Piltdown olaraq tanınan Sussexdəki bir karxanadan gəldiyi ortaya çıxdı; daha artıq sözə ehtiyac varmı?

Elə görünür ki, tapılan sümüklərin hərhansı bir növün limitləri xaricində yer alacaq qədər “qeyri-adi” olaraq sayılıb sayılmadığı mühüm deyil. İnsan bu paleontoloqların dövrümüzün cırtdanı ilə texaslı benzin işçisinin sümüklərini müqayisə edərək  hansı nəticələr çıxara biləcəklərini düşündükcə heyrətlənir. (6)

Nəticə:

Həm Flores adamı ilə bağlı elmi nailiyyətlərin, həm də Mathyuzun ibrətamiz tarix dərsinin ortaya qoyduğu həqiqət budur: Təkamülçü alimlər və media tapılan yeni fosilləri yeni bir növ olaraq təqdim etməkdə böyük bir həvəsi bölüşürlər. Bunun nəticəsində, demək olar ki, hər yeni fosil tapıntısı böyük bir media kütləsi və sensasiya ilə insanlara çatdırılır, lakin bu iddialar səssizcə alt-üst edilir.

Bəlkə də elmin heç bir sahəsi insanın mənşəyini tapmaq cəhdlərindən daha çox mübahisəli deyil. Seçilmiş paleontoloqlar insanın nəsil ağacının ən təməl xətləri üzərində belə anlaşmazlıq içindədirlər. Yəni budaqlar böyük səs-küy ilə meydana gətirilir, ancaq yeni fosil tapıntıları qarşısında etibarlılığını itirib yox olurlar. (7)

Ancaq təbliğat, demaqogiya, əslindən uzaqlaşdırma və hətta saxtakarlıqla davam etdirilən insanın təkamülü ssenarisi müasir elmin tapıntıları qarşısında yox olmağa məhkumdur. Çünki konkret elmi tapıntılar həyatın təsadüflərlə ortaya çıxmayacaq qədər kompleks olduğunu, təsadüfi mutasiya və təbii seleksiya mexanizmlərinin də növlərin DNT-dəki genetik bliginin varlığını açıqlaya bilmədiyini ortaya qoyur. Təkamül iddialarının demək olar ki, gündəlik olaraq aşkar edilən tapıntılar qarşısında müdafiə imkanı qalmır. Buna görə sümüklərin bir-birinə bənzərliyindən keçmişə dair xəyali nağıllar danışmağı elm zənn edənlərin cəhdlərinin boşa çıxacağı aydındır.

İnsan sahib olduğu qüsursuz sistemlərlə Allah’ın yaratdığı üstün bir varlıqdır. Allah bu həqiqəti Quranın Səcdə surəsində belə bildirmişdir:

Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş,  sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz. (Səcdə surəsi, 7-9)

1- Nigel Hawkes, Professor fuels row over Hobbit man fossils, The Times Online, 3 Aralık 2004
2- Michael Balter, “Skeptics Question Whether Flores Hominid Is a New Species”, Science, Vol 306, Issue 5699, 1116 , 12 Kasım 2004
3- Maciej Henneberg, “Why The ‘Hobbıtt’ May Not Be A New Specıes Of Humans”, http://www.thinkinganglicans.org.uk/archives/000884.html 
4- Heather Catchpole “Tiny Human a Big Evolutionary Tale”, 27 Ekim 2004, http://dsc.discovery.com/news/afp/20041025/tinyhuman.html 
5- Jim Ritter, “Experts here knock claim of new 'Hobbit' species”, 16 Kasım 2004, Chicago Sun-Times, http://www.suntimes.com/output/news/cst-nws-human16.html 
6- Robert Matthews, “Big claims, meagre evidence; welcome to palaeontology”, The Telegraph, 12 Aralık 2004, 
7- Robert Locke, "Family Fights" Discovering Archaeology, July/August 1999, ss. 36

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.