5 May 2018 13:41 Təkamülçülərə cavab

Fillərin şnorkel sistemi

Xortumlarını şnorkel kimi işlədən fillərin, suyun təzyiqinə necə tab gətirdiklərini araşdıran alimlər, təzyiqi aşağı salan həssas sistemlə qarşılaşdılar. Olduqca funksional bir toxuma sayəsində, filin ağciyərləri suyun təzyiqi altında partlamadan dayana bilir. Fillər quruda yaşayan ən böyük canlılardır. Ancaq sahib olduqları xortum sayəsində suyun altında rahatlıqla üzürlər. Bədənləri tamamilə suyun altında olduğu halda, xortumlarını şnorkel kimi işlədərək tənnəfüs edə bilirlər. Suyun altında şnorkel tənəffüsü edən fillər, alimlər üçün açıqlanması çətin olan bir vəziyyəti ortaya çıxarır. Çünki ağciyərlərinin suyun altında tab gətirdiyi təzyiq, digər bütün məməlilərin ağciyərlərini həmin an partladacaq qədər güclüdür.

Fillər suyun altında olarkən ağciyərlərində 2 cür təzyiq meydana gəlir. Bunlardan birincisi xortum sayəsində ciyərləri dolduran havanın meydana gətirdiyi daxili təzyiq, ikincisi isə havadan daha sıx olan suyun ciyərlərə  etdiyi xarici təzyiqdir. Bir canlının suyun altında yaşaya bilməsi üçün hər iki təzyiq tarazlıqda olmalıdır. Əgər xarici təzyiq daha da artarsa, ağciyərləri əhatə edən xırda damarlar təzyiqə dözməyib partlayar. Belə olduqda canlılar dərhal ölürlər. Beləliklə, bu təzyiq faktoru balıq adamların işlətdiyi şnorkellərin uzunluğunu da müəyyən edir. Buna səbəbdən, 30 santimetrdən çox uzunluqda şnorkel almaq mümkün deyil.

Fillərin bu təzyiq fərqinə necə tab gətirdiyi sualına cavab verən insan John B.West oldu. San Dieqodakı Kaliforniya Universitetinin Tibb məktəbində, ağciyər fizioloqu olaraq fəaliyyət göstərən West, fillərin ağciyərlərindəki toxumaları araşdırdı. Araşdırmanın nəticəsi 2002-ci ilin Avqust ayında  San Dieqoda, Amerika Fiziologiya Dərnəyi tərəfindən təşkil edilən konfransda açıqlandı.(1)

Fillərdən başqa digər məməlilərin ağ ciyərləri ilə döş qəfəsləri arasında bir boşluq olur. Plevra boşluğu adlanan bu hissə fillərdə yerini xüsusi bir toxumaya verir.  Anatomiyada birləşdirici toxuma adlandırılan bu yumşaq toxuma, iki hissəni bir-birinə bağlayır. Belə ki, fillərin döş qəfəsi ilə ağciyərləri arsında boşluq, əvəzinə,  başqa bir toxuma var.

John West belə tərif edir;

“Əzələ deyil, ət də deyil; bu, hissələrin bir-biri üstündə hərəkət etməyini asanlaşdıran , sürüşkən bir materialdır. Belə anatomik quruluş başqa heç bir məməlidə yoxdur". (2)

West bu xüsusi toxumanın sahib olduğu lifli quruluşa görə elastiklik qazandığını deyir. (3) Ağciyərləri bir yastıq kimi əhatə edib qoruyan bu elastik toxuma, ağciyərlərə hava dolduqda kiçilərək onlara yer açır. Göründüyü kimi ağciyərlərdəki birləşdirici toxuma olduqca xüsusi bir quruluşa malikdir. Toxumanın bu quruluşu və filə verdiyi faydalar nəzərə alındıqda, xüsusi olaraq dizayn edildiyi məlum olur. Əlbəttə hər bir dizayn, bizə onu dizayn edən şüurlu bir varlığın mövcduluğundan xəbər verir. Fillərdə olan bu xüsusi toxuma da bizə bir Yaradıcının olduğunu göstərir.

(1) Eurekalert.com: For elephants, it’s not just their ears and trunk that make them unique on land, 26 avqust 2002: 

http://www.eurekalert.org/pub_releases/2002-08/aps-fei082602.php 

(2) National Geographic.com: Hillary Mayell, Snorkeling Elephants and the Secrets of Breathing, 6 noyabr 2002: 

http://news.nationalgeographic.com/news/2002/11/ 1105_021106_elephantsnorkel.html 

(3) Discoverychannel.com: Irene Brown, Elephant Snorkelling Secrets Unmasked, 3 sentyabr 2002:  http://dsc.discovery.com/news/briefs/ 20020902/elephant.html

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.