17 İyul 2018 18:38 Təkamülçülərə cavab

Elçin Sultanovun genetika və təkamül təlimini uzlaşdırmaq səhvi

Daha sonra E.Sultanov təkamül fərziyyəsini genetika ilə uzlaşırmış kimi göstərməyə çalışır. Halbuki genetika elminin kəşfi 19-cu əsrdə darvinizmə vurulmuş ən güclü zərbə idi. Elə buna görədir ki, təəssübkeş təkamülçülər Qreqor Mendelin genetika tədqiqatlarına isti yanaşmadılar, Mendelin çalışmalarının yayılması onillərlə yubandı. Bunun ən radikal nümunəsi Sovet İttifaqında həyata keçdi, belə ki, ölkədə təkamülə zidd genetika elmini yayan, inkişaf etdirən alimlər təqiblərə məruz qalır, həbs edilir və hətta – Nikolay Vavilov nümunəsində olduğu kimi – sürgün edilib öldürülürdü.

Darvinin nəzəriyyəsini irəli sürdüyü dövrdə canlıların xüsusiyyətlərini sonrakı nəsillərə necə ötürdükləri, yəni irsiyyətin necə baş verdiyi tam məlum deyildi. Elçin Sultanovun da dediyi kimi: “Darvin genetikanı bilmirdi”. Ona görə irsiyyətin qan yolu ilə ötürülməsi kimi ibtidai düşüncələr geniş qəbul edilmişdi.

İrsiyyət haqqında məlumat azlığı Darvinin də nəzəriyyəsini irəli sürərkən tamamilə bəzi səhv fərziyyələrə əsaslanmasına səbəb oldu. Darvin “təkamül mexanizmi” kimi təbii seçməni göstərirdi. Amma təbii seçmə ilə seçilən “faydalı xüsusiyyətlər” necə ortaya çıxacaq və nəsildən-nəslə necə ötürüləcəkdi? Darvin elə bu yerdə özündən əvvəl fransız təkamülçü bioloqu Jan Batist Lamark tərəfindən ortaya atılmış “qazanılmış xüsusiyyətlərin sonrakı nəslə ötürülməsi” tezisinə əl atdı. Təkamül nəzəriyyəsini müdafiə edən tədqiqatçı Qordon R.Teylor “Böyük təkamül müəmması” (The great evolution mystery) adlı kitabında Darvinin lamarkizmdən çox təsirləndiyini belə izah edir:

“Lamarkizm qazanılmış xüsusiyyətlərin irsi olaraq ötürülməsi kimi tanınır… Darvinin özü, açıq desək, bu cür irsiyyətin baş verdiyinə inanmış və hətta barmaqlarını itirdikdən sonra uşaqları barmaqsız doğulan bir adamı nümunə göstərib bu hadisəni izah etmişdir… 1868-ci ildə “Əhliləşdirilən heyvan və bitkilərin variasiyaları” (Varieties of animal and plants under domestication) adlı kitabını nəşr etdirdikdə lamarkist irsiyyətə dəlil olduğunu hesab edən bir çox nümunə vermişdir”.3

Ancaq Lamarkın tezisi avstriyalı botanik, rahib Qreqor Mendelin kəşf etdiyi irsiyyət qanunları tərəfindən təkzib edildi. Belə olduqda, “faydalı xüsusiyyətlər” anlayışı da əsassız qaldı. Genetika qanunları qazanılmış xüsusiyyətlərin ötürülmədiyini və irsiyyətin dəyişilməyən bəzi qanunlara əsasən baş verdiyini göstərirdi. Bu qanunlar növlərin sabitliyi fikrini dəstəkləyirdi. Darvinin İngiltərədəki heyvan bazarlarında gördüyü inəklər nə qədər fərqli kombinasiyalarla cütləşdirilsə də, növ dəyişməyəcək və inək olaraq qalacaqdı.

Qreqor Mendel uzun təcrübə və müşahidələr nəticəsində müəyyən etdiyi irsiyyət qanunlarını 1865-ci ildə bir elmi jurnalda açıqlamışdı. XX əsrin əvvəllərində də bu qanunların doğruluğu bütün elm dünyası tərəfindən qəbul edildi. Bu vəziyyət “faydalı xüsusiyyətlər” anlayışını Lamarka əsaslanaraq izah etməyə çalışmış Darvinin təlimini çıxılmaz vəziyyətə saldı.

Burada ümumi bir səhvi düzəltmək yerində olar: Mendel təkcə Lamarkın təkamül modelinə deyil, eyni zamanda Darvinin də təkamül modelinə qarşı çıxmışdı. “İrsiyyət jurnalı”nda (Journal of Heredity) nəşr edilən “Mendelin təkamülə və Darvinə müxalifəti” başlıqlı məqalədə bildirildiyi kimi, “Mendel “Növlərin mənşəyi” əsəri ilə tanış idi və Darvinin nəzəriyyəsinə qarşı çıxırdı. Darvin təbii seçmə ilə ortaq əcdaddan təkamül keçirmə nəzəriyyəsini irəli sürərkən Mendel xüsusi yaradılışa inanırdı”.4

Elçin Sultanov hər nə qədər bu iki zidd anlayışı bir-birinə uyğun kimi göstərməyə çalışsa da, göründüyü kimi, genetika təkamül təlimini çox çətin vəziyyətə salıb. Məhz bu səbəbdən də darvinizmi müdafiə edən alimlər XX əsrin birinci rübündə məcbur qalıb yeni təkamül modeli qurmağa çalışdılar. Beləliklə, neodarvinizm meydana gəldi.

Qəribəsi budur ki, Elçin Sultanov təkamül ilə genetikanı uzlaşdırmaq üçün çox maraqlı taktikadan istifadə edir: o, genetik faktları, Mendelin işlərini, irsiyyət proseslərini sadalayır, izah edir və ardınca da deyir ki: “Bütün bunlar bilməyən adamlara, təkamülə qarşı çıxanlara bir az qəliz görünür”. Halbuki danışılan genetik qanunlar elmi faktdır və bunların təkamül fərziyyəsini dəstəkləyən heç bir cəhəti də yoxdur. Darvinist təbliğat üsullarından biri də real elmi faktları ard-arda sıralayıb, axırda da – heç bir əlaqəsi olmadığı halda – bunların təkamülə əsas verdiyini iddia etməkdir. Unutmamaq lazımdır ki, 

Misal üçün, Sultanov deyir: “Eyni gen müxtəlif cür üzə çıxa bilər. Müxtəlif şəraitdə eyni geni daşıyan dovşan ağ da ola bilər, qara da, göy də. Belə incə məsələlər var ki, onlar təkamülə təsir edir”. Burada genlərin dominantlıq və resessivlik xüsusiyyətlərindən söhbət gedir. Dovşanlar eyni genin həm dominant, həm də resessiv allelini daşıya bilər, ancaq xarici görkəmdə (fenotipdə) dominant gen özünü büruzə verəcəkdir. Bunlar fundamental genetik anlayışlardır. Halbuki Sultanov yenə öz fikrini “təkamül” sözü ilə bitirməyə xüsusi diqqət yetirir. Əslində, bu genetik tənzimləmələrin təkamülə heç bir aidiyyəti yoxdur.

Elçin Sultanov “elmi” demaqogiyaya yol verməkdənsə, ilk genin necə yarandığını açıqlamalıdır. İlk ikiləşmə qabiliyyətinə malik molekul, ilk DNT, ilk RNT, ilk zülal necə yaranmışdır? Bu suallar cavablanmadıqdan sonra başqa təkamül ssenariləri qurmaq mənasızdır.



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.