24 Aprel 2018 01:30 Təkamülçülərə cavab

Darvinin saxta hekayəsinin sonu

Mənşəyi qədim Yunanıstana qədər gedib çıxan təkamül yalanı 19-cu əsrdə geniş yayılmağa başladı. Nəzəriyyənin elm aləmində yayılmasına  ən böyük səbəb Çarlz Darvinin 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu kitabda dünyadakı fərqli canlı növlərinin Allah tərəfindən ayrı-ayrı yaradıldığını inkar edirdi. Darvinə görə bütün növlər eyni əcdaddan yaranıb zaman keçdikcə kiçik dəyişikliklərə məruz qaldıqları üçün fərqliləşmişdilər.

Darvinin nəzəriyyəsi heç bir elmi dəlilə əsaslanmırdı. Hətta  kitabındakı “Nəzəriyyənin çətinlikləri” başlıqlı hissədə etiraf etdiyi kimi, nəzəriyyə  bir çox sual qarşısında aciz qalırdı.

Darvin, nəzəriyyəsinin elm inkişaf etdikcə, yeni elmi nəaliyyətlər əldə etdikdən sonra güclənəcəyinə ümid edirdi. Amma bunun tam əksi oldu. Elm inkişaf etdikcə aydın oldu ki, nəzəriyyənin bütün iddiaları yanlışdır. Belə ki, təkamül nəzəriyyəsi bu gün lehinə edilən bütün cəhdlərə baxmayaraq , avstaliyalı məşhur molekulyar  bioloq Maykl Dentonun  “A Theory in Crisis” adlı kitabında vurğuladığı kimi: “Böhran içində nəzəriyyə”dir.

Darvinin elm qarşısındakı məğlubiyyətini 3 başlıqda göstərə bilərik:

1 - Nəzəriyyə həyatın ilk dəfə yer üzündə necə yarandığını açıqlaya bilmir;

2 - Nəzəriyyənin iddia etdiyi təkmül mexanizmlərinin  təkamülə təsiri yoxdur;

3 - Fosillər, təkamül nəzəriyyəsinin bütün iddialarının yanlış olduğunu sübut edir.

Həyat təsadüfən yarandığı iddiasının əsassızlığı

Darvin nəzəriyyəsini 1800-cü illərin ortasında  təkmilləşdirmişdi. O dövrün ən əlamətdar xüsusiyyəti isə  elmin bu günki ilə müqayisə edilə bilməyəcək dərəcədə geridə olmağı idi. Nə Darvinin, nə də nəzəriyyəni müdafiə edən digərlərinin canlıların necə törədikləri, necə biokimyaya sahib olduqları, irsiyyətin necə meydana gəldiyi kimi mövzularda heç bir məlumatları yoxdur. Canlılara aid ətraflı məlumat olmadığı üçün həyatın təsadüfən yaranıb, təsadüflərlə də inkişaf etdiyini rahat şəkildə iddia edə bilirdilər. Halbuki, 20-ci əsrdə elmin inkişafı, canlılar haqqında daha ətraflı məlumat əldə edilməsi üçün şərait yaratdı. Beləliklə, canlıların Darvinin iddia etdiyi kimi sadə deyil, çox mürəkkəb və kompleks quruluşa malik olduqlarını üzə çıxardı. Darvin və tərəftarları “bir hüceyrənin əmələ gəlməsi üçün lazımlı olan kimyəvi maddələri qarışdırıb gözləmək kifayətdir” deyirdilər. Halbuki, 20-ci əsrin ikinci yarısında müasir elektron mikroskoplarla canlı hüceyrələri araşdırıldıqdan sonra nəzəriyyəni tamamilə təkzib edən həqiqətlər üzə çıxdı. Hüceyrədə o qədər qarışıq dizayn var idi ki, bu quruluşun təsadüfən yaranması, məşhur ingilis astronom və riyaziyyatçı Fred Hoylenin ifadəsi ilə desək “qasırğa nəticəsində dəmir-dümür parçalarının bir yerə toplaşıb Boinq 747 təyyarəsini yaratması” qədər mümkün deyildi. (Fred Hoyle, Nature, 12 noyabr 1981)

Hətta, bu bənzədilmə belə kifayət etməz, çünki insanlar əldə etdikləri texnologiya ilə Boinq 747 istehsal edə bilmişdi, amma hələ də heç bir laborotoriyada canlı hüceyrəsini belə sintez edilə bilmədi.

Bəs bu bizə nəyi göstərir? Bu qədər mürəkkəb sistem təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, təsadüfən yarana bilməz. Necə ki saat, çarxların təsadüfən yaranması ilə meydana gəlmir və onu düzəldən saatsazın olduğunu sübut edirsə, hüceyrə və canlıların bütün digər hissələri onları yaradan üstün bir Yaradanın, yəni Allah`ın varlığını sübut edir.

Bu gün təkamül nəzəriyyəsini böhrana salan ən böyük həqiqətlərdən biri budur. Beləliklə, heç bir təkamülçü canlıların təsadüflərlə necə yarandığı sualına cavab tapa bilmir.

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.