11 İyun 2018 02:18 Təkamülçülərə cavab

Darvin də sosial darvinist idi

Hər nə qədər dövrümüzdə təkamülçülər Darvinin adını sosial darvinizmin 20-ci əsrdə səbəb olduğu acı nəticələrə qarışdırmamağa çalışsalar da, Darvin açıq şəkildə bir sosial darvinist olmuşdur. Xüsusilə “İnsanın törəməsi” adlı kitabında və xüsusi yazışmalarında dəqiq olaraq sosial darvinist ifadələrdən istifadə edirdi. Darvin hələ 1869-cu ildə yazıçı H.Tilə yazdığı bir məktubda nəzəriyyəsinin cəmiyyətlərə tətbiq olunmasında qorxu görmədiyini ifadə etmişdi:

Növlərin dəyişməsi ilə əlaqədar baxış yönümə bənzər bəzi fikirlərin əxlaqi və sosial problemlər üzərində tətbiq olunduğunu görürəm. Bu mövzu ilə çox maraqlandığıma inanmalısan.6

Fransiskan Universitetində elm və ilahiyyat mövzusunda dərslər verən, “Əxlaqi darvinizm: necə həzpərəst olduq?” adlı kitabın yazıçısı B.Viker özünün verdiyi bir reportajda Darvinin ilk sosial darvinist olduğunu ifadə edir və belə deyir:

Bəyənin, yaxud bəyənməyin, Darvinin “İnsanın törəməsi” adlı kitabı oxunduğunda, əslində, ilk sosial darvinistin və müasir yevgenika hərəkatının atasının özü olduğu açıq şəkildə aydın olar. Sosial darvinizm və yevgenika birbaşa onun təbii seleksiya prinsipini əsas götürür.

Mənə görə, insanların darvinizm və yevgenika kimi mövzular arasında əlaqələr quran bir insana etiraz etməsinin gerçək səbəbi nəzəriyyənin əxlaqi maraqlarla ləkələnməsini istəməməkləridir. Ancaq bu maraqlar yalnız mətnin içində deyil, darvinizmin ortaya çıxmasından indiyədək keçən yüz əlli illik dövrdə buraxdığı sosial və əxlaqi təsirlərin içində sübut edilmiş vəziyyətdədirlər.7

Bölmənin növbəti yazılarında bildirəcəyimiz kimi, Darvinin bir çox ifadəsi və şərhi onun sosial darvinist görüşlərin ilk qaynağı olduğunu açıq şəkildə göstərir. İndiki dövrdə təkamülçülər sosial darvinizmin 20-ci əsrdəki ürpərdici nəticələrinə görə bu fikirləri açıq qəbul etməkdən çəkinirlər. Ancaq sosial darvinizmin əsas amillərindən olan rəqabət, irqçilik, ayrı-seçkilik təkamül nəzəriyyəsinin təməlində də yer alır. Təkamülçülər qəbul etməsə də, darvinizmin mənimsənilməsi ilə ortaya çıxan nəticələr bunlardır. İnsanları təsadüflərin əsəri olaraq görən, onların bir az daha inkişaf etmiş heyvan növü olduğunu zənn edən, bəzi irqlərin digərlərinə görə az inkişaf etdiklərini, dolayısilə, heyvanlara daha yaxın olduqlarını, təbiətin mübarizə, rəqabət yeri olduğunu, güclülərin zəifləri əzməsi ilə insanlığın inkişaf edəcəyini iddia edən bir nəzəriyyənin faciəli nəticələr verməsi qaçılmazdır. Təkamülçülərin sosial darvinizmi rədd edirmiş kimi görünməsi həll deyil. Həll təkamül nəzəriyyəsinin elmi olaraq əsassız olduğunun qəbul edilməsindədir. Təmmənimiz bu nəzəriyyənin yanılmalarına aldananların da bu həqiqəti görməsidir.

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.