20 Oktyabr 2017 20:34 Təkamülçülərə cavab

«Current Biology» jurnalının quşların əcdadı yalanına cavabı

Myanmada kəşf edilən 99 milyon illik DIP-V-15103 saylı (adını paleobotanik Eva Koppelhusdan götürən) "Eva" fosili dekabr ayında bütün elmi sayt və jurnallarda geniş yer aldı. Myanmada hər gün yeni fosil tapılmasına baxmayaraq, bu jurnalların yüz minlərlə fosil içərisindən yalnız bu skeletə xüsusi diqqət göstərməsinin səbəbi isə "Current Biology" jurnalının tapılan fosili quşların əcdadı nağılına dəlil kimi göstərməyə çalışması idi.
 
Məlum olduğu kimi, DNT-nin və RNT-nin dərindən araşdırılması, hüceyrənin içinin su ilə dolu şardan ibarət olmadığının aşkar edilməsi və günbəgün yaradılışı sübut edən fosillərin torpağın altından çıxarılması, uzun müddət idi ki, təkamül nəzəriyyəsinin havadarlarını çarəsiz vəziyyətdə qoyurdu.
 
Cənab Adnan Oktarın elmi fəaliyyətinin və şübhəyə yer qoymayacaq qədər açıq-aydın elmi açıqlamalarının təsiri ilə təkamül nəzəriyyəsi bütün dünyada uzun müddətdir böyük sarsıntı keçirirdi. Cənab Adnan Oktarın yüzlərlə fosilin rəsmlərini dərc etdirdiyi, təkamülü alt-üst edən paleontoloji tapıntılardan ibarət çoxcildli «Yaradılış atlası» təkamül nəzəriyyəsinə endirilən ən böyük zərbələrdən biri idi.
 
Ard-arda gələn bütün bu məğlubiyyətlərdən sonra, xüsusilə, yaradılışı sübut edən arxeoloji qazıntılar qarşısında çarəsiz qalan təkamülçülər də təkamül tərəfdarlarının sayını artırmaq və elm dünyasında gözdən düşən təkamül nəzəriyyəsinə yenidən etibar qazandırmaq üçün saxtakarlığa əl atdılar. Yaradılışı sübut edən fosilləri «təkamül nəzəriyyəsinə dəlil» kimi göstərən yanlış izahlarla birlikdə nəşr etdirməyə başladılar.
 
«Current Biology» jurnalının dekabr ayında nəşr olunan sayındakı EVA kəhraba fosili də məhz belə təbliğat məhsuludur.
 
Jurnal 99 milyon illik kəhrabanın içərisində çox mükəmməl şəkildə qorunmuş 2 ədəd lələk olduğunu yazmışdı. Məlumatın bu hissəsi düzgündür. Amma daha sonra xəbərə əlavə edilmiş və bu lələklərin «quşların əcdadı» olduğu iddia edilən "uçan dinozavra" aid olduğu irəli sürülmüşdü.
 
Əvvəla, bu iddia çarəsiz qaldıqları üçün ortaya atılmışdır. Çünki tapılan lələklərin, iddia edildiyi kimi, "uçan sürünən"ə aid olduğunu göstərən heç bir dəlil yoxdur. Bu iddia yalnız jurnalın təkamülə qarşı ön mühakimə ilə xəbərə yapışdırılmasından və tapılan fosili də öz ideoloji düşüncəsi çərçivəsində subyektiv şəkildə izah etməsindən ibarətdir.
 
Bu açıqlamanın heç bir elmi əsası yoxdur. Çünki onsuz da «National Geographic» jurnalı bu lələklərin təkamülə dəlil olmadığını "açıq, elastik və dövrümüzdə hələ də yaşamaqda olan canlılarda bəzək kimi istifadə edilən lələklərə bənzədikləri"1 sözləri ilə çoxdan etiraf etmişdi.
 
«Current Biology» jurnalı xəbərdə həmçinin bu fosilin Enantiornithes adlı canlı növünə aid olduğuna və bu canlının da quşların sürünən əcdadı olduğu təbliğatına yer vermişdi.
 
Halbuki bu iddia da yenə boş ifadədən ibarətdir. Çünki Enantiornithes uçan sürünən deyil, nəsli kəsilmiş quş növlərinə verilən addır. Qısa quyruğu, qanad quruluşu və bütün başqa xüsusiyyətləri ilə indiki quşların eynisi olan nəsli kəsilmiş quşdur. Əgər iddia edildiyi kimi, kəhraba içərisindəki lələk Enantiornithes adlı canlıya aiddirsə, bu da yenə bizə quşların milyon illərdir təkamül keçirmədiyini göstərərək təkamül nəzəriyyəsini əsassız edir.
 
Darvinistlər kəhrabanın içərisində həmçinin pəncə olmasını da eyni iddianı dəstəkləmək üçün istifadə etməyə çalışmışdılar. Ancaq dövrümüzdə yaşayan quşlar içərisində qanadlarında pəncə olan növlər hələ də yaşayır. Touraco corythaix və Hoatzin quşlarında budaqlardan yapışmaq üçün caynaqlar var. Bu canlılar milyon illərdir caynaqlıdır. Pəncələrini zaman ərzində itirib başqa quş növlərinə çevrilməmiş, heç bir şəkildə təkamül keçirməmişlər. Bu səbəbdən qanadında pəncə olan quş fosili təkamülü sübut etmir, əksinə, təkzib edir. Quşların təkamülü nağılının yalandan ibarət olduğunu təsdiqləyir.
 

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.