CNN-də darvinist nağıllar təkrarlanır: Homo naledi
Elm həqiqətə nail olmada mühüm vasitədir. Ancaq istifadə edilən üsulların qərəzsiz olması və elmi həqiqətlərdən uzaqlaşdırılmaması şərti ilə… Lakin bir çox darvinist araşdırmada müxtəlif heyvan və insan növləri arasında müqayisə aparılarkən, əslində, elmi həqiqətlərə deyil, kobud üsullara əl atılır. Məsələn, «topoqrafik anatomiya» adlandırılan və darvinistlər tərəfindən istifadə edilən bir üsulda kəllə qutusu böyüklüyü, sümük uzunluğu və qalınlığı, sümüklərin əyri və ya düz olması, dişin ölçüsü və yerləşməsi kimi müşahidəyə əsaslanan məlumatlar dəyərləndirilərək, guya, növlər arası qohumluq əlaqələri ortaya qoyulmağa çalışılır. Məsələn, insanın, guya, ortaq əcdadı olaraq göstərilən meymunların kəllə qutuları həcmlərinə görə kiçikdən böyüyə əsasən sıralanaraq;
- Sanki qohumluq əlaqəsi olduğu və zaman keçdikcə beyninin böyüdüyü;
- Beləliklə, zəka və ictimai həyatın get-gedə daha da inkişaf etdiyi;
- Bütün bunların nəticəsində isə indiki vəziyyətimizə gəlib çıxdığımız kimi fikir formalaşdırılmağa çalışılır.
Bəzən tapılan bir diş və ya bir neçə sümük parçası həqiqətlə əlaqəsi olmayan modellər ilə bütöv bədən halına gətirilmiş, hətta inandırıcılığının artması üçün xəyali təsvirlərlə o canlının ictimai həyatı təqdim edilmişdir. Eyni dövrdə yaşayan və tamamilə fərqli olan növlər kiçikdən-böyüyə düzülərək bir-birinin, guya, əcdadı göstərilməyə çalışılıb. Hətta bunun üçün bəzi saxtakarlıqlardan istifadə edilərək «itkin düşmüş halqa tapıldı» deyə uydurma xəbərlər hazırlanıb, «elmi» məqalələr dərc edilib, illərlə muzeylərdə saxta fosillər sərgilənib.
Bütün bu aldanışlara bəzi yayım orqanları da dəstək verib, hətta klassik darvinist taktika olaraq köhnə iddiaları yeniymiş kimi əks etdirməkdə bir qəbahət görməyiblər. Bunun son nümunəsi də 2013-cü ildə Cənubi Afrikada tapılan, ancaq 2015-ci ildə dünyaya elan edilən bəzi fosilləri əsas alan bir fosildir. Ötən günlərdə CNN, Scientific American, Dailymail kimi saytlarda bu mövzu yeniymiş kimi təqdim edildi.
Bəzi fosillərin yarı-insan, yarı-meymun ara keçid növ canlılarına məxsus olduğu formasındakı darvinist iddianı zehinlərə aşılamaq məqsədi güdən bu kimi izahlara dəfələrlə cavab verdik. Ancaq bu məqalədə də qısa olaraq həmin fosilin, əslində, nə olduğu və iddiaların elmi əsasının olmadığı izah ediləcək.