1 May 2017 22:09 Təkamülçülərə cavab

Atın təkamülü ssenarisi

“Atın təkamülü”nü xarakterizə etdiyi iddia edilən sxemlər yaxın dövrə qədər təkamül nəzəriyyəsinə dəlil kimi göstərilən fosil sıralamalarının ən başında gəlirdi. Lakin bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını açıq şəkildə qəbul edir. 1980-ci ilin noyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi, dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi bir konfransda nitq söyləyən təkamülçü Boys Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir əsasının olmadığını və atın mərhələli təkamül keçirməsi kimi bir prosesin heç baş vermədiyini belə izah etmişdir:

Təqribən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündə canlılardan bu günün daha böyük tək dırnaqlı atına doğru ardıcıl mərhələli dəyişiklik olduğunu irəli sürən məşhur atın təkamülü misalının əsassız olduğu uzun zamandan bəri məlumdur. Mərhələli dəyişiklik əvəzinə hər növün fosilləri tamamilə fərqli şəkildə üzə çıxır, dəyişmədən qalmışdır, sonra da nəsli kəsilmişdir. Ara keçid formalar məlum deyil.

Rensberqer dürüst şəkildə atın təkamülü ssenarisindəki bu mühüm müəmmanı dilə gətirərkən, əslində, bütün nəzəriyyənin fosil qeydlərindəki ən böyük müəmmasını – “ara keçid formaları müəmmasını” gündəmə gətirmişdir.

Atın təkamülü sxemlərinin sərgiləndiyi "İngiltərə Təbiət Tarixi Muzeyi"nin idarəçilərindən məşhur təkamülçü paleontoloq Kolin Paterson da hələ də muzeyin alt qatında dayanan bu sərgi haqqında bunları söyləyir:

Həyatın mənşəyi haqında hər biri bir-birindən fantastik bir sıra hekayə var. Bunun ən məşhur nümunəsi isə bəlkə, 50 il əvvəl uydurulmuş və hələ də alt mərtəbədə duran atın təkamülü sərgisidir. Atın təkamülü yüzlərlə elmi mənbə tərəfindən böyük həqiqət kimi təqdim edilmişdir. Ancaq indi bu cür iddiaları ortaya atan şəxslərin təxminlərinin ancaq fərziyyə olduğunu düşünürəm. Colin Patterson, Harper's, Fevral 1984, s. 60.

Bəs "atın təkamülü" ssenarisi nədir? Bu ssenari Hindistan, Cənubi Amerika, Şimali Amerika və Avropada fərqli zamanlarda yaşamış, fərqli canlı növlərinə aid fosillərin təkamülçülərin təxəyyül gücü sayəsində kiçikdən böyüyə doğru düzülməsi ilə əmələ gətirilən sxemlərlə ortaya atılmışdır. Ayrı-ayrı tədqiqatçıların irəli sürdükləri 20-dən çox müxtəlif atın təkamülü sxemi var. Hamısı bir-birindən fərqlənən bu nəsil ağacları haqqında təkamülçülər arasında da fikir ayrılığı var.

Bu ardıcıllıqlardakı yeganə ortaq cəhət 55 milyon il əvvəl Eosen dövründə yaşamış eohippus (hyracotherium) adlı itəbənzər bir canlının atın ilk əcdadı olduğuna inanılmasıdır. Əslində isə atın milyon illər əvvəl nəsli kəsilmiş əcdadı kimi təqdim edilən eohippus hələ də Afrikada yaşayan və atla heç bir əlaqəsi və bənzərliyi olmayan hyrax adlı heyvanın, demək olar ki, eynisidir. Atın təkamülü iddiasının əsassızlığı hər keçən gün ortaya çıxan yeni fosil tapıntıları ilə birlikdə daha açıq şəkildə başa düşülür. Eohippus ilə eyni təbəqədə dövrümüzdə yaşayan at cinslərinin də (equus nevadensis və equus occidentalis) fosillərinin tapıldığı müəyyən edilmişdir. Bu, dövrümüzdəki at ilə onun “əcdadının” eyni zamanda yaşadığını göstərir ki, bu da atın təkamülü adlanan prosesin heç vaxt baş vermədiyinin sübutudur. Təkamülçü yazıçı Qordon R.Teylor darvinizmin açıqlaya bilmədiyi mövzulara toxunduğu “Böyük təkamül müəmması” (The great evolution mystery) adlı kitabında atın təkamülü ardıcıllığı əfsanəsinin əsl mahiyyətini belə izah edir:

Bir muzeydə olan bu at silsilələri digərləri kimi müxtəlif dövrlərdə və müxtəlif ərazilərdə yaşayan fərqli heyvanların birtərəfli  baxışla istədikləri kimi ardıcıl olaraq düzülməsi ilə ortaya çıxarılır. Atın təkamülü ssenarisinin qalıq tapıntılarında heç bir dayağı yoxdur.

Darvinizmin bəlkə də ən ciddi zəif cəhəti paleontoloqların böyük təkamül xarakterli dəyişikliklər göstərən qohumluq əlaqələrini və canlıların təkamül ardıcıllıqlarını üzə çıxara bilməmələridir… Atın təkamül ardıcıllığı, əsasən bu mövzuda həllini tapmış yeganə nümunə kimi göstərilir. Ancaq həqiqət bundan ibarətdir ki, eohippusdan equusa qədər uzanan ardıcıllıq çox əsassızdır. Bu ardıcıllığın getdikcə böyüyən bədən ölçüsünü göstərdiyi iddia edilir, amma əslində ardıcıllığın sonrakı mərhələlərindəki canlıların bəziləri (ardıcıllığın ən başında yerləşən) eohippusdan daha böyük deyil, daha kiçikdirlər. Müxtəlif qaynaqlardan olan növlərin birləşdirilərək inandırıcı ardıcıllıqda ard-arda düzülməsi mümkündür, amma tarixdə həqiqətən bu ardıcıllığı dəstəkləyən heç bir sübut yoxdur. Gordon Rattray Taylor, The Great Evolution Mystery, London: Sphere Books, 1984, s. 230

Bütün bu həqiqətlər təkamül nəzəriyyəsinin ən tutarlı dəlillərindən biri kimi təqdim edilən atın təkamülü sxemlərinin heç bir əsası olmayan xəyali ardıcıllıqlar olduğunu ortaya qoyur. Digər növlər kimi atlar da təkamül əcdadına malik olmadan yaradılmışdırlar.



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.