Allahın müxtəliflik sənətinə nümunə: Göz tipləri
Uca Allahın yaratma sənəti geniş və müxtəlifdir.Müxtəliflik uca Allahın sonsuz ağlının ən böyük dəlillərindəndir.Rəbbimizin yaratdığı bu müxtəlifliyə ən gözəl nümunələrdən biri də canlıların hər birinin ehtiyacına uyğun,mükəmməl xüsusiyyətlərə malik gözlərə sahib olmasıdır.Bu məqalədə təkamülçülərin bəsit canlı adlandırdığı canlıların belə, əslində, düşündükləri kimi bəsit olmadığı, uca Allahın bu canlıları möhtəşəm xüsusiyyətlərlə yaratdığı ətraflı izah ediləcək.
Gözlər uca Allahın yaratmasının qüsursuz nümunələrindəndir.Göz "Gözləri düşünmək məni bu nəzəriyyədən soyutdu" deyən Darvindən bəri təkamülçüləri çıxılmaz vəziyyətə salan orqanlardan biridir.Gözün quruluşu və funksiyaları araşdırıldığı zaman təkamülçülərin qaçışının səbəbi daha yaxşı başa düşülür.Göz bir çox hissə və orqanoidlərdən ibarət mürəkkəb quruluşa malikdir.Heyrət doğuracaq qədər geniş funksiyaları vardır.Bu funksiyalar gözü təşkil edən ayrı-ayrı orqanoid və hissələrin uyğunluq içində fəaliyyəti nəticəsində baş verir.Gözlər hər canlı növünün ehtiyaclarına uyğun olaraq xüsusi yaradılmışdır.Bəs müxtəlif canlı növlərinin bir-birindən mükəmməl funksiyalarla təchiz edilmiş gözləri hansı xüsusiyyətlərə malikdir?
Uca Allah canlıların gözlərini kamera tipli və mürəkkəb gözlər olmaqla, iki cür yaratmışdır.Lakin bu iki tip gözün çalışma mexanizmləri və canlılar arasındakı çeşidləri müxtəlifdir. Şübhəsiz ki, bu vəziyyət uca Allahın yaratma sənətinin müxtəlifliyini və sonsuz ağlını nümayiş etdirir. Uca Allahın qüsursuz yaratmasına nümunə olan bu göz tiplərinin xüsusiyyətləri belədir:
KAMERA TİPLİ GÖZLƏR
Kamera tipli göz quruluşu insanlarda, onurğalı heyvanlarda, bəzi su canlılarında və hörümçəklərdə mövcuddur.Bu cür gözlərdə görüntüləri torlu qişa üzərinə fokuslamaq üçün bir büllur olur.Bu gözlər işığın sınma qanuna uyğun çalışır.İşıq gözün ön hissəsindəki büllurdan sınaraq keçir və gözün arxa hissəsinə düşür. Əsasən, meduza kimi dəniz canlılarında bəzi kiçik dəyişikliklərlə bu cür göz quruluşuna rast gəlinir.Meduzalarda da bu cür göz tipinin mövcud olması təkamülçülərin canlıların sadədən mürəkkəbə doğru təkamül inkişafı xəttinə zərbə vurur.Çünki darvinistlərin xəyali təkamül prosesinə görə, təkamülün ən yüksək pilləsində yerləşən insanən mükəmməl xüsusiyyətlərdə gözə sahib olmalıdır.Halbuki onların ssenarilərinə əsasən ən alt pillələrdə yerləşən meduza da insanla oxşar göz xüsusiyyətlərinə malikdir.Üstəlik, kamera tipli gözlərə sahib olan canlıların bəzilərinin görmə qabiliyyəti insandan daha üstündür.Əlbəttə, bu vəziyyət təkamülün olmadığının ən bariz sübutlarından biridir.Uca Allah bu həqiqəti Quranınbir ayəsində belə bildirir:
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun beynini darmadağın edər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz… (Ənbiya surəsi, 18)