25 Oktyabr 2017 20:33 Təkamülçülərə cavab

35 min illik fleyta təkamül iddiasini təkzib edir

Almaniyada aparılan bir arxeoloji qazıntı zamanı 35 min il tarixə malik olan fleyta tapılmışdır. Bu fleyta indiyə qədər tapılan digər fleytalar kimi qədim dövrlərdə yaşayan insanların yüksək incəsənət zövqünə malik olduqlarını göstərir.

Arxeoloq Nikolas Konard (Nicholas Conard) qızıl kərkəs sümüyündən hazırlanmış bu fleytanı Hohle Fels mağarasından 12 ayrı-ayrı hissə halında tapmışdır. Fleytanın 5 dəliyi vardı və çox kövrək idi. Arxeoloq Konard fleytanın funksionallığını yoxlamaq məqsədilə, həm də qırılmaması üçün eyni cür sümükdən onun eynilə bənzərini düzəltdi. Bu fleytada qərb musiqisinin əsasını təşkil edən yeddi notdan ibarət musiqi ölçüsündən  istifadə edərək Amerika Himnini ifa etdi.

Arxeoloqlar həmin mağaradan fleytadan əlavə mamont dişindən hazırlanmış altı kiçik heykəl də tapdılar. Hollandiya Leyden Universitetindən arxeoloq Uil Roubroks (Wil Roebroeks) 35 min il əvvəl Avropanın yüksək mədəniyyətə malik olduğunu və həmin dövrün insanlarının həyat tərzi ilə dövrümüzün insanlarının həyat tərzinin bənzərlik təşkil etdiyini açıqlamışdır. Arxeoloq Roubroks bu fleytaları müasir insanların da hazırladığını və çaldığını söyləyir. Kanada Viktoriya Universitetindən Eypril Nouell (April Nowel)  də bu tapıntıların yüksək və inkişaf etmiş texnologiyanın nəticəsi olduğunu bildirmişdir.

Bu arxeoloji tapıntılar darvinistlərin insanların meymunlarla ortaq əcdadının olması iddiasını bir daha təkzib edir. Darvinistlər on minlərlə il əvvəl meymunabənzər varlıqların müxtəlif “səslər” çıxararaq heyvansayağı bir həyat tərzi keçirdiklərini, kütləvi halda yaşadıqlarını və bu yolla ağıllı və sosial davranışlarını inkişaf etdirdiklərini iddia edirlər. Əslində sürü halında yaşayan canlılar təkcə bu “primitiv”canlılar deyildir. Qorillalar, şimpanzelər, meymunlar və daha bir çox heyvan növü sürü halında yaşayır. Amma onlardan heç biri insanlar kimi ağıllı və sosial davranışları məminsəməmişdirlər. Heç biri yeddi notdan ibarət musiqi  ölçüsündə olan bir fleyta düzəltməmiş, heykəltaraşlıqla məşğul olmamış, qısaca desək, ağıl və bacarıq nümayiş etdirməmişlər. Çünki ağıllı və şüurlu davranış yalnız insanlara xas olan xüsusiyyətlərdir. Keçmişdən bu günümüzə qədər izi qalan bütün bu on minlərlə illik əsərlər də bizim kimi ağıl və şüura malik, hesablama, planlaşdırma, istehsal bacarığı olan, Allahın ruh verdiyi insanlar tərəfindən hazırlanmışdır.

7 min il əvvəl istifadə edilən bir musiqi alətinin çox bənzərinin dövrümüzdə hələ də istifadə olunması diqqət çəkən bir məqamdır. Bu, darvinistlərin iddiasını alt-üst edən nümunələrdən biridir. Darvinizmin iddia etdiyinin əksinə mədəniyyət daima inkişaf etmir, bəzən minlərlə il eyni şəkildə qalır. Eyni bir zamanda kimsə 7 min ildən bəri mövcud olan musiqi alətini istifadə edə bilər, dünyanın başqa yerində isə ən qabaqcıl musiqi alətləri ilə simfoniyalar bəstələnə bilər. Belə hal onlardan birinin daha əvvəl, birinin daha sonra istifadə edildiyini iddia etməyə əsas vermir.



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.