200-350 Milyon sayda fosil təkamül nəzəriyyəsini məhv etmişdir
Darvinistlər fosillərdə də saxtakarlıq edirlər. İnsanları öz uydurduqları saxta ara-keçid formalarla aldadır, uydurma şəkillər, saxta maketlər və s. ilə gözlərini bağlayır və bu üsullarla insanlara öz yalanlarını doğru kimi təlqin edirlər. Halbuki, indiyə qədər heç bir təkamülçü alimin bircə fosil əlinə alıb “Təkamülə dəlil tapdıq” dediyinə rast gəlinməmişdir. Çünki bu mümkün deyildir. BİRCƏ ARA-KEÇİD FOSİLİ NÜMUNƏSİ BELƏ YOXDUR.
Bu, illərdir darvinistlərin uydurma təlqininə məruz qalanlar üçün vacib bir həqiqətdir. Çünki darvinist nəşrlərdə təkamülü isbat edən ara-keçid formalarından heç də bəhs edilmir. Təkamülü sübut edən bircə ara-keçid forması belə tapılmamışdır.
İndiyə qədər 350 milyondan çox fosil tapılmışdır. Bunlardan BİRİ BELƏ ARA-KEÇİD FOSİLİ DEYİL. Darvinistlərin ara mövqe tutan canlı kimi nümayiş etdikləri fosillərin də hər birinin saxta olduğu sübut edilmişdir. 350 milyondan çox fosilin əksəriyyəti dövrümüzdə yaşayan canlıların milyonlarla il əvvəlki nümunələridir. Yəni bunlar yaşayan fosillərdir. Bu fosillər sübut edir ki, milyonlarla il boyunca canlılar heç bir dəyişikliyə məruz qalmamışlar.
Aşkarlanan fosillərin bir qismi keçmişdə yaşamış və nəsli kəsilmiş canlılara aiddir. Fosillər bu canlıların milyonlarla il əvvəl çox müfəssəl və heyrətamiz kompleks quruluşlarının olduğunu aşkara çıxarmışdır. Bu, təkamül nəzəriyyəsinin elmi cəhətdən süqut etməsinin dəlillərindən biridir.
Fosillər darvinizmə vurulan ikinci böyük zərbədir. Elmin hər bir sahəsi təkamülün doğru olmadığını sübut edir. Hər bir elmi kəşf hər dəfə yeni-yeni dəlillərlə təkamülü məhv edir. Lakin üzərində durduğumuz bu iki məqam: təkamülün zülal və fosillər qarşısında məğlubiyyəti təkamül iddiasını alt-üst etməyə kifayət etdiyi üçün təkamülü darmadağın edən digər məqamlara toxunmağa ehtiyac yoxdur. Bu böyük zərbə darvinistlərə kifayətdir. Amma yenə də növbəti səhifələrdə təkamülçülərin iddialarına cavab olaraq bəzi təməl mövzulara toxunacağıq.