Təkamülü inkar etmək elmi inkar etməkdir - yalanı
Hazırda bütün canlıların təkamül nəticəsində meydana gəldiyini müdafiə edən müsəlmanların sayı həddindən çoxdur. Bunun səbəbi isə bu insanların bilgi əskikliyi, yanlış fikirləri və xüsusilə elmi mövzulardakı bəzi səhv məlumatlarıdır. Bunlardan ən başlıcası isə təkamül nəzəriyyəsinin elmi və sübut edilmiş həqiqət olduğu yalanıdır.
Bu insanlar bilməlidirlər ki, təkamül nəzəriyyəsi müasir elm qarşısında bütün gücünü itirmişdir. Həm molekulyar, həm bioloji, həm də paleontologiya sahələrində aparılan tədqiqatlar canlıların təkamül prosesi nəticəsində əmələ gəldiyi iddiasını yerlə bir etmişdir. Elmi faktlara baxmayaraq, təkamül nəzəriyyəsinin bu qədər gündəmdə qalmasının səbəbi isə təkamülçülərin demaqoqluğu, gətirdikləri yanlış nümunələr, sözlərdən istifadə edərək insanların gözünü boyamağa və saxtakarlıqlarla xalqı aldatmağa çalışmalarıdır. Təkamülçülərin qəsdən xalqın başa düşmədiyi elmi terminləri tez-tez işlətdikləri söhbət və yazıları araşdırsaq, nəzəriyyənin lehinə olan heç bir dəlil irəli sürmədiklərini görərik.
Darvinist nəşrləri diqqətlə incələsək, bunu görmək mümkündür. Heç vaxt dəqiq elmi dəlillərə əsaslanan izahları olmur. Təkamül nəzəriyyəsinin əsas çətinlikləri bir neçə cümlə ilə ötüşdürülür. Təbiət tarixi haqqında da bir çox hekayələr yazılır. İlk canlının cansız maddədən necə əmələ gəldiyi, fosil qeydlərindəki çatışmazlıqlar, canlılardakı kompleks sistemlər kimi əsas mövzuların üzərində heç durmurlar. Çünki açıqlayacaqları hər şey məqsədlərinə qarşı olacaq və nəzəriyyələrinin saxtakarlığını göz önünə sərəcəkdir.
Belə ki, nəzəriyyənin banisi Çarlz Darvin canlılardakı kompleks sistemlərdən biri olan gözü düşündükdə nəzəriyyəsindəki çatışmazlığı görmüş və “gözü düşünmək məni nəzəriyyəmdən soyutdu”, – deyə etiraf etmişdir. Darvin kimi hazırki təkamülçü alimlər də kompleks sistemlərin təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə saldığını bilirlər. Lakin bunları dilə gətirmək əvəzinə, demaqoqluq etməyi, elmi dəlillər əvəzinə ssenarilər yazaraq özlərini üstün göstərməyə çalışmağı və müxtəlif yalanlarla təkamül nəzəriyyəsinə elmi don geyindirərək insanlara zorla qəbul etdirməyi üstün tuturlar.
Bütün bunları təkamülçülərlə yaradılışı müdafiə edən insanların qarşılaşdığı müzakirələrdə, təkamülçü məqalələrdə və ya sənədli filmlərdə görmək mümkündür. Onsuz da təkamülçülərin elmi dəlillərə dayanaraq ağıllı davranmaq kimi dərdləri yoxdur. Onlar üçün əsas olan cəmiyyəti təkamülün elmi həqiqət olduğuna inandırmaq, bunun üçün də gözdən pərdə asan “elmilik” yaratmaqdır. (Ətraflı məlumat üçün baxın: “Darwinizm'in Karanlık Büyüsü”, Harun Yahya)
Təkamülçü müsəlmanlar da bu nəzəriyyənin saxta elmi görünüşündən təsirlənirlər. Xüsusilə də darvinistlərin istifadə etdikləri “təkamül nəzəriyyəsinə inanmayan doqmatikdir”, “təkamül nəzəriyyəsinə inanmayan elmdən uzaqdır” kimi əsassız şüarlarından narahat olur və inanclarından çəkinirlər. Aktual olmayan bilgilərin, təkamülün təbliğat vasitəsi olan əsərlərin təsiri altında qalıb təkamülün canlıların əmələ gəlməsini izah edən yeganə nəzəriyyə olduğunu zənn edirlər. Elm dünyasındakı yenilikləri, təkamül nəzəriyyəsindəki ziddiyyətləri və bu nəzəriyyənin bütün iddialarının qüvvədən düşdüyünü bilmədiklərinə görə, dinlə təkamülü uyğunlaşdırmağa çalışırlar.
Əslində isə, təkamül və yaradılış bir-birinin əksidir. Təkamül nəzəriyyəsinin əsassızlığının sübut edilməsi nəticəsində yaradılışın gerçək olduğu qəbul edilir.
Buna görə də təkamül nəzəriyyəsi ilə bağlı müzakirələr materialistlər üçün “mübarizə yeri” hesab edilir. Mövzu ilə bağlı müzakirələri elmi yanaşma deyil, birbaşa ideoloji mübarizə olaraq görürlər. Yaradılışı müdafiə edənlərin qarşısını almaq üçün hər cür üsula əl atırlar.
Təkamül nəzəriyyəsini müdafiə edən müsəlmanlar bu fikri mübarizənin fərqinə varmalıdırlar. Darvinizm hər hansı elmi fakt deyil, insanlara Allahı inkar etdirmək üçün ortaya atılan və müdafiə edilən fikir sistemidir. Bir müsəlmanın heç bir elmi əsası olmayan nəzəriyyəni təbliğatlara aldanaraq mənimsəməsi qəbuledilməzdir.
Təkamülçülərin çoxluğundan təsirlənmələri
Təkamülçülərin insanları öz tərəflərinə çəkmək üçün istifadə etdikləri təbliğ üsullarından biri də “nəzəriyyə bütün elm dünyası tərəfindən qəbul edilir” yalanıdır. Başqa sözlə desək, təkamülçülər ətrafdakı insanlara özlərinin hər zaman çoxluq təşkil etdiklərini və çoxluğun hər zaman doğru olduğunu təlqin edirlər. “Bu qədər insanın təkamülü müdafiə etdiyinə, universitetlərdə əksəriyyətin təkamülə inandığına görə nəzəriyyə doğrudur” məntiqi ilə cəmiyyət, həmçinin inanclı insanlar üzərində psixoloji təzyiq yaratmağa çalışırlar.
Təkamülçülərin bu yalnış təbliğat üsulu təkamülçü olan Boğaziçi Universitetinin keçmiş fəlsəfə professoru mərhum Arda Denkel tərəfindən belə izah edilmişdir:
“Təkamül nəzəriyyəsini bir çox tanınmış insanların və təşkilatların təkamülü mənimsəməsimi sübut edəcək? Yoxsa məhkəmə qərarları ilə doğruluğu sübuta yetiriləcək? Doğruluğu təmin edən şey hörmətli və vəzifəli şəxslər tərəfindən doğru hesab edilməkdirmi? Bir tarixi faktı xatırlatmaq istəyirəm. Qalileo Qaliley dövrünün bütün hörmətli insanlarına, hüquqşünaslarına və xüsusilə də alimlərinə təkbaşına qarşı çıxıb, doğru olanı söyləyib müdafiə etmirdimi? İnkvizisiya məhkəmələrinin digər fəaliyyətləri də ortaya buna bənzər mənzərələr qoymadımı? Cəmiyyətdə hörmətli və vəzifəli insanları tərəfinə çəkmək nə doğruluq, nə də birbaşa elmiliklə əlaqəli bir şeydir”.1
Arda Denkelin də diqqət çəkdiyi kimi, bir nəzəriyyənin əksəriyyət tərəfindən qəbul edilməsi onun doğruluğuna dəlil deyil. Elm tarixi öncə azlıq, daha sonra isə hər kəs tərəfindən qəbul edilən həqiqətlərlə doludur.
Məsələnin digər tərəfi isə odur ki, bu gün təkamül nəzəriyyəsi hesab edildiyi qədər “bütün elm dünyası tərəfindən qəbul edilən nəzəriyyə” deyil. Son 20-30 il ərzində təkamül nəzəriyyəsini qəbul etməyən elm xadimlərinin sayı sürətlə artır. Əksəriyyəti kainatdakı və canlılardakı qüsursuzluğu görərək darvinizm doqmasından özlərini xilas edirlər. Bu elm xadimlərinin təkamülün əsassızlığını ortaya qoyan saysız-hesabsız araşdırmaları var. Hər biri əsasən Avropa və Amerika olmaqla dünyanın müxtəlif ölkələrindəki tanınmış universitetlərə mənsub olan bu insanlar biologiya, biokimya, mikrobiologiya, anatomiya, paleontologiya kimi elm sahələrində ixtisaslaşmış akademiklərdir. (Ətraflı məlumat üçün baxın: “Batı Dünyası Allah'a Yöneliyor”, Harun Yahya, “Quran elmə yol göstərir”, Harun Yəhya) Qısası, elm dünyasının əksəriyyətinin təkamülə inandığına dair fikir irəli sürmək çox yanlışdır.
Lakin yenə də yuxarıda qeyd etdiyimiz kimi, təkamülçülər çoxluq təşkil etsələr belə bunun bir mənası yoxdur. Çoxluğun mənimsədiyi anlayışı “mütləq doğrudur” deyə qəbul etmək doğru deyil. Bu həqiqət təkamül nəzəriyyəsini qəbul edən müsəlmanlar tərəfindən də bilinməlidir. Quranda bildirildiyi kimi, tarixdəki bir çox inkarçı qövmlər Allahı və dinini inkar etmək üçün özlərinin çoxluq təşkil etdiklərini söyləyərək insanları doğru yoldan döndərməyə çalışmışlar.
Allah bu batil düşüncəyə qarşı iman gətirənləri xəbərdar etmiş və çoxluğa tabe olmanın insanları yoldan azdıracağını belə bildirmişdir:
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)