Təkamül və yaradılış anlayışları arasındakı ziddiyyət
Təkamül nəzəriyyəsi 19-cu əsrdə Çarlz Darvinin öz araşdırmalarının nəticəsi olaraq ortaya qoyduğu və insanları Allah`ın yolundan yayındırmaq istəyənlərin dəstəklədiyi bir yalandan ibarətdir. Bu yazı təkamül nəzəriyyəsinin bəzi insanların iddia etdiyi kimi, Quran ayələri ilə dəstəklənmədiyini, əksinə, Qurandakı bir çox ayə ilə nəzəriyyənin tamamilə dini inkar edən məntiq üzərinə qurulduğunu sübut etmək üçün hazırlanmışdır.
Təkamül və yaradılış anlayışları arasındakı ziddiyyət
Materialist fəlsəfə həyatın yaranmasını təkamül nəzəriyyəsi ilə izah edir. Təkamül nəzəriyyəsi ilə materialist fəlsəfə bir-birini tamamlayan iki fikir sistemidir. İnkarçılar tarixin əvvəlindən indiki dövrə kimi kainatın və insanların yaradılmadığını iddia etmiş, bu əsassız iddianı doğru göstərə bilmək üçün müxtəlif üsullar axtarmış və 19-cu əsrdə Darvinin nəzəriyyəsinin dəstəyi ilə bu mövzuda ən böyük addımını atmışdır. Bu elmi əsası olmayan nəzəriyyəyə görə canlılar aləmi bir yaradıcı olmadan təsadüfən yaranmış və bütün canlılar bir-birindən törəmişdir.
Təkamül nəzəriyyəsinin qarşısında isə Yaradılış həqiqəti durur. Bu həqiqətə görə maddə sonsuzluqdan bəri mövcud deyil və özbaşına buraxılmayıb. Allah maddəni yoxdan yaratmış və nizamlamışdır. Canlılar da Allah`ın yaratması ilə mövcud olmuşlar. Kainatdakı və canlılardakı möhtəşəm dizayn, uyğunluq, tarazlıq və nizam bu həqiqətin açıq sübutudur.
Yəni müsəlmanın təkamül nəzəriyyəsinə inanması doğru deyil. Əlbəttə ki, insanlar istədikləri kimi düşünə bilər, istədikləri nəzəriyyəyə inana bilərlər. Lakin Allah`ı və yaradılışı inkar etmək məqsədilə yaradılan nəzəriyyəyə inanmaq düzgün deyil. Belə bir şeyin doğru olduğuna inanaraq dinə uyğun olmayan rəftar göstərmək müsəlman üçün qeyri-mümkündür. Belə bir fikrin dinə zərər verdiyini bildiklərinə görə təkamülçülər dindarların da bu nəzəriyyələrinə inanmaları üçün səy göstərirlər. Elmi mübahisələr hər zaman yaradılışı müdafiə edən alimlərin haqlı çıxması ilə nəticələndiyinə görə materialistlər təkamül ilə yaradılış fikrinə əl atırlar. Təkamülçülər inanclı insanların dəstəyini ala bilmək və onların təkamül nəzəriyyəsi qarşısında apardıqları fikri mübarizəni zəiflətmək üçün təkamül ilə yaradılış fikrini dəstəkləyərək fərqli bir üslub istifadə edirlər. Elə bu hiyləli fikir bəzi müsəlmanların səhv fikirlərə qapılmalarına səbəb olur. Təkamülçü alimlərə arxalandıqlarına görə müxtəlif səbəblərdən ötrü özləri də təkamülçülərin batil fikirlərini dəstəkləyirlər. Bir növ iki fikir arasında körpü yaradılmağa çalışılır. Bəzi müsəlmanların bu təhükəli seçimi etmələrinin müəyyən səbəbləri var.