Təbii Seçmə
Təbii seçmə təbiətdə daimi həyat uğrunda mübarizə olması və həyatda qalanların həmişə “güclü və təbii şərtlərə uyğun” canlılara çevrilməsi fərziyyəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanların təhlükəsinə məruz qalan maral sürüsündə əsasən sürətlə qaça bilən marallar həyatda qalar. Bir müddət sonra isə bu maral sürüsü sürətlə qaçan fərdlərdən ibarət olar.
Ancaq bu proses nə qədər uzun davam etsə də, maralları başqa canlı növünə çevirməz. Zəif marallar aradan çıxar, güclülər həyatda qalar, amma nəticədə maralların genetik məlumatında dəyişiklik olmadığı üçün “növ dəyişikliyi” baş verməz. Marallar nə qədər təbii seçməyə məruz qalsalar da, maraldan başqa canlıya çevrilməzlər.
Maral nümunəsi bütün növlər üçün etibarlıdır. Təbii seçmə vasitəsilə sadəcə populyasiya içindəki şikəst, zəif və ya ətraf mühitin şərtlərinə uyğunlaşmayan fərdlər xaric edilir. Yeni canlı növləri, yeni genetik məlumat və ya yeni orqanlar üzə çıxarmır, yəni canlılar təkamül keçirmirlər. Darvin də bu həqiqəti “faydalı dəyişikliklər baş vermədikcə təbii seçmə heç bir şey edə bilməz” deyərək qəbul etmişdir.7Elə bu səbəbdən neodarvinizm genetik məlumatı dəyişdirən amil kimi mutasiya mexanizmini təbii seçmənin yanına əlavə etməyə məcbur olmuşdur.
Mutasiyaları bir az sonra nəzərdən keçirəcəyik. Ancaq əvvəlcə, təbii seçmə anlayışını bir az da ətraflı təhlil edək və ziddiyyətlərini görək.
Həyat uğrunda mübarizə
Təbii seçmə nəzəriyyəsinin ən əsas fərziyyəsi təbiətdə həyat uğrunda amansız mübarizənin olması və hər canlının sadəcə özünü düşünməsidir. Darvin bu fikri ortaya atarkən ingilis klassik iqtisadçı Tomas Robert Maltusun nəzəriyyələrindən təsirlənmişdi. Maltus qida mənbələrinin riyazi ardıcıllıq ilə artdığını, insanların isə həndəsi ardıcıllıq ilə çoxaldığını izah etmiş və ona görə insanların həyat uğrunda labüd amansız mübarizə apardıqlarını irəli sürmüşdü. Bundan əlavə Maltus həddindən artıq əhali artımının qıtlıq və xəstəlik kimi amillərlə tənzimləndiyini iddia etmişdi. Darvin isə insanlar arasındakı bu həyat uğrunda amansız mübarizəni təbiətə də tətbiq etmiş və “təbii seçmənın” bu mübarizənin nəticəsi olduğunu iddia etmişdi.
Darvin həyat uğrunda mübarizə müddəasını inkişaf etirərkən,Tomas Maltusdan təsirlənmişdi. Lakin müşahidə və yoxlamalar Maltusu haqqsız çıxardı.
Lakin daha sonra aparılan tədqiqatlar təbiətdə Darvinin fərz etdiyi kimi mütləq həyat uğrunda mübarizə olmadığını göstərdi. İngilis zooloq V.C.Uayni Edvardsın heyvan sürüləri üzərində 1960-70-ci illərdə apardığı uzun elmi tədqiqatlar heyvan sürülərinin çox maraqlı şəkildə artımlarını tənzimlədiklərini və qida üçün rəqabətin qarşısını aldıqlarını üzə çıxardı.
Heyvan sürüləri artımlarını əllərində olan qida mənbələrinə əsasən tənzimləyirdilər. Artım aclıq və yoluxucu xəstəliklər kimi “zəifləri aradan çıxaran” faktorlarla deyil, heyvanlardakı instinktiv nəzarət mexanizmləri ilə tənzimlənirdi. Yəni heyvanlar artımlarını Darvinin güman etdiyi kimi amansız rəqabət yolu ilə deyil, çoxalmalarını məhdudlaşdıraraq tənzimləyirlər..8
belə Darvinin irəli sürdüyü “rəqabət yolu ilə seçmə” nümunəsi ilə deyil, artım nəzarətilə çoxalırdılar. Botanik A.D.Bredşounun apardığı müşahidələr bitkilərin çoxalarkən cücərdiyi sahədə “bitki sıxlığına” görə hərəkət etdiklərini, sahədəki bitki sıxlığı artdıqda çoxalmanı azaltdıqlarını sübut etdi.9Digər tərəfdən qarışqalar, bal arıları kimi canlı icmalarında rast gəlinən fədakarlıq nümunələri darvinist həyat uğrunda mübarizə anlayışının tam əksini göstərirdi.
Son illərdəki bəzi tədqiqatlar fədakarlıq davranışının hətta bakteriyalarda da mövcud olduğunu üzə çıxarmışdır. Beyinə və ya sinir sisteminə malik olmayan, ona görə düşünmə qabiliyyətinə malik olmayan bu canlılar virus hücumuna məruz qaldıqda digər bakteriyaları xilas etmək üçün intihar edirlər.10
Bu nümunələr təbii seçmənın əsas fərziyyəsi olan “həyat uğrunda mütləq mübarizə” məfhumunu əsassız edir. Təbiətdə rəqabətin olması doğrudur, amma bu rəqabətlə bərabər çox açıq görünən fədakarlıq və həmrəylik nümunələri də var.
Müşahidə və təcrübələr
Təbii seçmə ilə təkamül nəzəriyyəsi yuxarıda bildirdiyimiz nəzəri əsassızlıqla bərabər əslində konkret elmi kəşflər qarşısında çıxılmaz vəziyyətə düşmüşdür. Bir nəzəriyyənin elmilik dəyəri müşahidə və təcrübələr qarşısındakı uğuru və ya uğursuzluğu ilə ölçülür. Təbii seçmə ilə təkamül nəzəriyyəsi isə müşahidə və təcrübələr qarşısında tamamilə məğlub olmuşdur.
Darvindən bəri təbii seçmə vasitəsilə canlıların təkamül keçirdiyinə dair tək bir tapıntı belə üzə çıxmamışdır. Məşhur təkamülçü olan ingilis Təbiət Tarixi Muzeyinin baş paleontoloqu Kolin Paterson bu həqiqəti belə qəbul edir:
Kimsə təbii seçmə mexanizmlərilə yeni növ əldə edə bilməmişdir. Kimsə belə bir şeyə qismən də olsa, nail ola bilməmişdir. Bu gün neodarvinizmin ən çox müzakirə edilən mövzusu da budur.11
Fransanın ən məşhur zooloqlarından olan 35 cildlik “Traité de zoologie” ensiklopediyasının redaktoru və Fransa Elmlər Akademiyasının (Académie des Sciences) keçmiş rəhbəri Pier Pol Qrasse isə “Canlı orqanizmlərin təkamülü” (Evolution of living organisms) adlı kitabının “Təkamül və təbii seçmə” bölməsini belə bitirmişdir:
C.Haksli və digər bioloqların təkamülün təbii seçmə mexanizmi vasitəsilə hazırladığı nəzəriyyəsi demoqrafik həqiqətlərin, genotiplərin regional dalğalanması və coğrafi səpələnmələrin müşahidəsindən başqa şey deyil. Nəzərdən keçirilən növlərin əksəriyyəti on min illər ərzində heç dəyişmədən qalmışdır. Şərtlərlə əlaqədar meydana gələn dalğalanmalar genlərin əvvəlcədən dəyişməsilə bərabər nəzərdən keçirildikdə təkamülə dəlil göstərilə bilməz və bunun ən gözəl dəlili milyonlarla il ərzində heç bir dəyişikliyə uğramadan yaşayan fosillərdir.12
Təkamül nəzəriyyəsini müdafiə edən bioloqların “təbii seçmənın müşahidə edilmiş nümunəsi” kimi göstərdikləri bir neçə nadir hadisəyə baxdıqda isə əslində onların təkamül nəzəriyyəsinə dəlil olmadığını asanlıqla görərik.