21 Sentyabr 2016 02:04 Quranda təkamül yoxdur

QURAN AYƏLƏRİ İLƏ TƏKAMÜLƏ DƏLİL GƏTİRMƏYƏ ÇALIŞANLARIN SƏHVİ

İnanclı insan üçün əsas yol göstərici Quran və Peyğəmbərimizin (səv) sünnətidir. Allah Quranda canlıların da, kainatın da yaradılışı barəsində bir çox ayə endirib. Ancaq bu ayələrdə təkamüllə yaradılış olduğu barədə heç bir məlumat, hətta işarə belə yoxdur. Başqa sözlə, canlıların bir-birindən törədiyinə, aralarında təkamül yolu ilə əlaqə qurulduğuna dəlil olan ayə olmadığını açıq-aşkar görürük. Quranda (əvvəlki hissələrdə də qeyd etdiyimiz kimi) canlıların və kainatın Allahın “Ol” əmri ilə möcüzəvi şəkildə yaradıldığı bildirilir. Elmi kəşflərin də təkamülü yalanladığını nəzərə alsaq, görərik ki, Quran elmlə paraleldir.

Ancaq buna baxmayaraq, darvinizmi müdafiə edən bəzi müsəlmanlar mənası aydın olan ayələri yanlış təfsir edir, həqiqi mənasından başqa mənalar da əlavə edirlər. Təkamülü müdafiə etmək və Qurandan dəlil göstərmək üçün bəzi ayələrin mənasını dəyişib öz istəklərinə uyğun şəkildə şərh edirlər. Bu isə çox təhlükəli vəziyyətdir. Allah bu cür insanlar haqqında ayədə belə deyir:

“Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah qatındandır!”– deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.” (Ali İmran surəsi, 78)

Gördüyümüz kimi, ayələri şüurlu şəkildə, mənasını dəyişərək şərh etmək Quranda Allaha qarşı yalan danışmaq kimi qiymətləndirilir. Səmimi müsəlman Allaha qarşı belə yanlış etməkdən qorxar. Beləliklə, Quranda bildirilən bir mövzuda, xüsusən də Quranı bilən insanların zənlə yalan danışması, yanlış tərəfə dəstək olması, şübhəsiz ki, vicdansızlıqdır.

Əlbəttə ki, dinlə təkamülün eyni olduğunu iddia edən hər kəs üçün bunu demək olmaz. Çünki çoxu dediklərinin mənasını bilmədən, düşünmədən, ya da təkamülün, əslində, necə təhlükəli olduğunun şüurunda olmadan belə yanlış edir.

Hər kəs Allah adına danışaraq, guya ayələri dəlil göstərərək insanları Quran haqqında yanlış istiqamətləndirən iddialar irəli sürməyin məsuliyyətini götürməkdən çəkinməlidir. Belələri mövzunun ciddiliyi üzərində yenidən düşünməli və hesabını axirətdə verə bilməyəcəkləri yanlışlar etməməlidirlər. Belə insanlar özləri ilə yanaşı, fikirlərini oxuyanların da yanılmasına səbəb olurlar. Bu da bir insan üçün mənəvi baxımdan çətin yükdür.

Əslində, problemin əsl mənbəyi budur: təkamülü müdafiə edən bəzi müsəlmanlar bu nəzəriyyəni elmi cəhətdən doğru zənn edir. Ona görə də düşünürlər ki, Quran da təkamülü təsdiq edir. Bu məqsədlə təkamül nəzəriyyəsini məcburi şəkildə Qurana uyğunlaşdırmağa çalışırlar. Qurana bütövlükdə baxdıqda, ya da dəlil hesab edilən Quran ayələri əvvəlki və sonrakı ayələrlə bərabər oxunduqda deyilənlərin etibarsız olduğunu görürük.

Bu hissədə təkamüllə Quran ayələrini yanlış şərh edən müsəlman təkamülçülərin hansı ayələri öz ağıllarınca təkamülə dəlil göstərdiklərini açıqlayacağıq. Həmçinin bu insanların iddialarını yenə Quranla cavablandıracaq, mötəbər mənbə kimi qəbul edilən İslam alimlərimizin təfsirləri ilə müqayisə edəcəyik.

Unudulmamalı bir həqiqət var: Quran Allahın endirdiyi şəkildə, hansısa dindənkənar fikir və fəlsəfənin təsirinə məruz qalmadan, tam səmimi qəlblə oxunub, o şəkildə açıqlanmalıdır. Açıqlayan şəxslər də Allahdan qorxaraq vicdanla hərəkət etməlidir. Bu məntiqlə oxunduqda Quranda təkamüllə yaradılış mənasına gələn heç bir bilginin olmadığı, əksinə Allahın sadəcə “Ol” deməsi ilə varlıqları və canlıları yaratdığı görünəcək.

Əgər hz.Adəmdən əvvəl yarı meymun, yarı insan canlılar yaşasa idilər, (belə bir şey yoxdur) Allah bunu bizə Quranda açıq-aşkar bildirərdi. Quranın anlaşıqlı olması və asanlıqla başa düşülməsi təkamüllə yaradılış iddiasının gerçək olmadığını göstərir.



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.