Pleyotropik təsir
Mutasiyaların canlılara ancaq zərər verdiklərinin digər sübutu isə genetik şifrənin kodlanma formasıdır. Canlılardakı məlum bütün genlər həmin canlı ilə bağlı birdən çox məlumat saxlayır. Məsələn, bir gen həm boyun uzunluğunu, həm də canlının göz rəngini tənzimləyə bilir. Molekulyar bioloq Maykl Denton genlərin “pleyotropik təsir” adlandırılan bu xüsusiyyətini belə açıqlayır:
Genlərin inkişafa təsirləri həddindən artıq fərqlidir. Ev siçanında tük rəngiylə bağlı demək olar ki, hər gen boyun uzunluğu ilə də əlaqədardır. Meyvə milçəyi drosophila melanogasterin göz rənginin mutasiyası üçün istifadə edilən 17 ədəd rentgen şuası təcrübəsindən 14-ündə göz rəngiylə tamamilə əlaqəsiz olan dişi cinsiyyət orqanlarının quruluşu da zərər görmüşdür. Ali canlılarda təhlil edilən hər gen birdən çox orqana təsir edir. Pleyotropik təsir adlandırılan bu hadisə haqqında (Ernst) Mayr “ali canlılarda pleyotropik olmayan hər hansı bir genin tapılması şübhəlidir” deyir.26
Canlıların genetik quruluşlarındakı bu xüsusiyyət səbəbi ilə təsadüfi mutasiya nəticəsində DNT-dəki hər hansı bir gendə meydana gələn pozuntu birdən çox orqana təsir edəcəkdir. Beləliklə, mutasiya sadəcə müəyyən bir yerə təsir etməyəcək, daha çox zərərli təsirlərə malik olacaqdır. Bu təsirlərin birinin çox nadir rast gəlinən təsadüf nəticəsində yararlı olması fərz edilsə belə, digər təsirlərin labüd zərəri bu faydanı da aradan qaldıracaqdır.
1.Qanadlar çıxmır. 2.Ayaqlar normal ölçüdə, 3.tük örtüyü yoxdur. 4-5.tənəfüs borusu olmasına Baxmayaraq ağciyər 6-7.sidik borusu böyümür və böyrəyin inkişafına imkan vermir Sol tərəfdə ev toyuğundakı normal inkişaf , sağda isə pleyotropik bir genin mutasiyaya məruz qalmasının zərərli təsirləri görsənir. Diqqət edilərsə, bir tək gendə meydana gələn mutasiya, bir-birindən olduqca fərqli orqanlara zərər verməkdədir. Bir mutasiyanin xeyirli təsir əmələ gətirəcəyi fərz edilsə belə,” pleyotropik təsir” yetərincə cox orqana zərər verərək bu xeyirli təsiri də aradan qaldırır.r. |
Mutasiyaların nə üçün təkamülə səbəb olmadığını üç əsas maddədə xülasə etmək olar:
- Mutasiyalar həmişə zərərlidir: mutasiya təsadüfən meydana gəldiyi üçün həmişə mutasiya keçirən canlıya zərər verir. Məntiqlə düşünsək, mükəmməl və kompleks bir formaya edilən hər hansı şüursuz müdaxilə o formanı təkmilləşdirməz, əksinə, pozar. Belə ki, heç bir müşahidə olunan “faydalı mutasiya” yoxdur.
- Mutasiya nəticəsində DNT-yə yeni məlumat əlavə edilmir: genetik məlumatı təşkil edən hissələr yerlərindən qopub sökülür, pozulur və ya DNT-nin müxtəlif yerlərinə daşınır. Lakin mutasiyalar heç bir şəkildə canlıya yeni orqan və ya yeni xüsusiyyət qazandırmırlar. Ancaq aşağı ətrafın kürəkdən, qulağın qarından çıxması kimi anormallıqlara səbəb olurlar.
- Mutasiya sonrakı nəsilə ötürülməsi üçün mütləq çoxalma hüceyrələrində meydana gəlməlidir: orqanizmin hər hansı hüceyrəsində və ya orqanında meydana gələn dəyişiklik sonrakı nəsilə ötürülmür. Məsələn, bir insanın gözü radiasiya və ya buna bənzər təsirlərlə mutasiyaya uğrayaraq orijinal formasından fərqlənə bilər, amma bu, onun özündən sonrakı nəsillərə keçməz.
Escherichia coli bir milyard il əvvəlki nümunələri ilə eynidir. Bu uzun zaman ərzində baş verən mutasiyalar canlıda quruluşca heç bir dəyişikliyə səbəb olmamışdır. |
Bütün bunlar təbii seçmə və mutasiya mexanizmlərinin heç bir təkamül xarakterli təsirə malik olmadıqlarını göstərir. Belə ki, indiyə qədər bu yolla əldə edilmiş heç bir müşahidə edilən “təkamül” nümunəsi mövcud deyildir. Bunun əvəzində təkamülçü bioloqlar bəzən “təbii seçmə və mutasiya mexanizmlərinin təkamül gücünü müşahidə edə bilmirik, çünki bu mexanizmlər ancaq çox uzun zaman ərzində təsirli olurlar” kimi açıqlama irəli sürürlər. Lakin bu da heç bir elmi əsası olmayan təsəllidən başqa bir şey deyil. Çünki meyvə milçəkləri və ya bakteriyalar kimi həyatı çox qısa olan və ona görə də bir elm adamının minlərlə nəslini müşahidə edə bildiyi canlılarda da heç bir “təkamül” qeydə alınmamışdır. Pier Paul Qrasse bakteriyaların təkamülü əsassız edən dəyişməzliyi haqqında da bunları deyir:
Bakteriyalar... sürətlə çoxalmaları səbəbi ilə ən çox mutant (mutasiya keçirmiş canlı) üzə çıxaran canlılardır. Ancaq bakteriyalar... öz növlərinə çox böyük sədaqət göstərirlər. Escherichia coli bakteriyasının mutantları çox diqqətli şəkildə təhlil edilmişdir və bu mövzuya aid çox yaxşı misaldır. Oxucular da qəbul edəcəklər ki, təkamülü sübut etmək və mexanizmlərini kəşf etmək üçün nümunə kimi seçilən bu canlının milyard ildən bəri heç bir dəyişikliyə məruz qalmaması olduqca təəccüblüdür. Əgər təkamül xarakterli dəyişiklik meydana gətirmirsə, bu canlıların keçirdiyi bu qədər mutasiyanın nə mənası var?Nəticədə bakteriyaların və virusların keçirdiyi mutasiya xarakterli dəyişikliklərin müəyyən genetik orta hədd ətrafında gedib-gələn irsi dalğalanmalardan başqa heç nə əmələ gətirmədikləri üzə çıxır; bir az sağa, bir az sola dalğalanma olur, amma nəticədə təkamül xarakterli dəyişiklik baş vermir. Hamam böcəkləri də ilk dəfə ortaya çıxdıqları Perm dövründən bəri ən az drosophila qədər çox mutasiya keçirmiş, amma heç bir dəyişikliyə uğramamışdır.27
Qısa desək, canlıların təkamül keçirməsi mümkün deyil, çünki təbiətdə onların təkamülünə səbəb olan mexanizm yoxdur. Belə ki, fosillərə baxdıqda da təkamül prosesi ilə deyil, əksinə, təkamülə tamamilə zidd mənzərə ilə qarşılaşırıq.
26 Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books Ltd., 1985, s. 145.
27 Pierre-Paul Grassé, Evolution of Living Organisms, Academic Press, New York, 1977, s. 87