Niyə bəzi Müsəlmanlar təkamül nəzəriyyəsini müdafiə edirlər?
Darvin kimi indiki dövrün təkamülçü alimləri də kompleks sistemlərin təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə saldığını bilirlər. Ancaq bunları etiraf etmək əvəzinə demaqoqluq etməyə, elmi dəlillər əvəzinə ssenari yazaraq üstün gəlməyə və müxtəlif yalanlarla təkamül nəzəriyyəsinə elmi don geyindirərək insanlara bunu qəbul etdirməyə çalışırlar. Söylədikləri iddianın elmlə, ya da məntiqlə əlaqəsinin olmaması təkamülçüləri narahat etmir. Onlar üçün əsas olan təkamülün elmi həqiqət olduğuna cəmiyyəti inandırmaq və bunun üçün də göz boyayan elmi imici yaratmaqdır. (Ətraflı məlumat üçün bax. Darwinizm'in Karanlık Büyüsü, Harun Yahya, Vural Yayıncılık)
Bəzi müsəlman təkamülçülər də məhz təkamül nəzəriyyəsinin elmi görüntüsündən təsirlənirlər. Xüsusilə də, darvinistlərin istifadə etdikləri "təkamül nəzəriyyəsinə inanmayan doqmatikdir", "təkamül nəzəriyyəsinə inanmayan elmdən uzaqdır" şəklindəki əsassız şüarlardan narahat olur və inandıqları həqiqətdən uzaqlaşırlar. Aktuallıqdan uzaq məlumatların, təkamülü təbliğ edən kitabların təsirində qalıb, həyatın meydana gəlməsini izah edən tək nəzəriyyənin təkamül nəzəriyyəsi olduğuna inanırlar. Elm dünyasındakı nailiyətləri, təkamül nəzəriyyəsindəki ziddiyyətləri və bu nəzəriyyənin iddialarının bütün etibarlılığını itirdiyini bilmədiklərindən din ilə təkamülü əlaqələndirməyə çalışırlar.
Təkamülçülərin “Nəzəriyyə elm dünyasında əksəriyyət tərəfindən qəbul edilir” fikri insanları öz tərəflərinə çəkmək üçün əl atdıqları üsulların başında durur. Başqa bir sözlə, təkamülçülər özlərinin daima çoxluq təşkil etdiyini və çoxluğun da hər zaman haqlı olduğunu insanlara çatdırmaqla onların düşüncələrinə təsir etməyə çalışırlar.
Təkamülçülərin bu yanlış təbliğat üsulunu Boğaziçi Universitetinin keçmiş fəlsəfə professoru, özü də bir təkamülçü olan, mərhum Arda Denkel tərəfindən bu şəkildə açıqlanmışdı:
“Bir çox hörmətli insanın, təşkilatların təkamülü qəbul etməsimi bu nəzəriyyəni sübut edəcək? Yoxsa məhkəmə qərarları ilə doğruluğu bəlli olacaq? Hörmətli və səlahiyyət sahibi kəslərin bunu doğru hesab etməsi təkamül nəzəriyyəsinin doğruluğunu təmin edir? Bir tarixi faktı xatırlatmaq istəyirəm. Galileo Galilei dövrünün bütün hörmətli insanlarına, hüquqşünaslarına və, xüsusilə, elm adamlarına qarşı tək başına qarşı çıxaraq doğru olanı söyləyib fikrinin arxsında durmurdumu? İnkvizisiya məhkəmələrində də buna bənzər hadisələr yaşanmamışdı? Cəmiyyətdə hörmətli və güclü birliklərdən dəstək almaq nə doğruluğu yaradır, nə də elmlə birbaşa əlaqəli olur”.
Mövzunun digər tərəfi isə təkamül nəzəriyyəsinin zənn edildiyi kimi, “bütün elm dünyası tərəfindən qəbul edilən bir nəzəriyyə” olmamasıdır. Son 20-30 il içərisində təkamül nəzəriyyəsinə inanmaqdan əl çəkən alimlərin sayı sürətlə artır. Bu insanların çoxu kainatdakı və canlılardakı qüsursuz dizaynı görərək darvinizmin doqmatikliyindən uzaqlaşırlar.
Qaldı ki, əgər təkamülçülər çoxluq təşkil etsələr belə bunun bir əhəmiyyəti olmaz. Çoxluğun sahib olduğu anlayış “mütləq doğrudur” demək düzgün olmaz. Bu həqiqəti təkamül nəzəriyyəsini qəbul edən müsəlmanlar da bilməlidir. Quranda tarixdə bir çox inkarcı cəmiyyət Allah`ı və dini inkar etmək üçün özlərinin çoxluq tərəfində olduqlarını söyləyərək insanları haqq yoldan uzaqlaşdırmağa çalışdıqları bildirilir. Allah bu yanlış məntiqə qarşı insanları xəbərdar edir və çoxluğa uymağın insanları böyük aldanışa yönəldəcəyinə belə diqqət çəkir:
"Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar."(Ənam surəsi, 116)
Bütün insanlar Allah`ın ayələri üzərində düşünməli və inkarcı insanların oyunlarına qarşı diqqətli olmalıdırlar.
Müsəlman təkamülçülərin görmədikləri həqiqətlər
Əvvəlki yazılarda müsəlmanların təkamülçülərin təsiri altında qaldıqları və elmi nailiyyətlərdən xəbərdar olmadıqları üçün təkamül nəzəriyyəsini elmi həqiqət olaraq gördükərindən bəhs etdik. Məlumat əksikliyi müsəlman təkamülçülərin təkamül nəzəriyyəsi ilə əlaqəli bir çox həqiqəti görməmələrinə səbəb olur. Bu həqiqətlərin ən vacib olanları bunlardır:
Təkamül düşüncəsi qədim Yunanıstandan gələn bütpərəst bir inancdır.
Əvvəlcə Misir, Babil və Şumer kimi Miladdan əvvəl yaşamış cəmiyyətlərin batil dinlərində rast gəlinən təkamül fikri buradan Qədim Yunanıstan cəmiyyətindəki filosoflara keçmişdir.
Miletli yunan filosofları olan Empedokl, Fales və Anaksimandr ilk canlıların hava, od, su kimi cansız maddələrdən öz-özünə yarandığını iddia edirdilər. Miletli filosof Fales bütün həyatın təməlinin su olduğuna inanırdı. Su vasitəsi ilə bitkilərin, heyvanların və nəhayət insanların yarandığını söyləyirdi.(2) Empedokl isə özündən əvvəl söylənmiş fikirləri birləşdirib hava, od, su və torpağı təməl element olaraq qəbul etmişdir. Bu elementlərin bir araya gələrək orqanizmləri yaratdığını düşünürdülər. İnsanların bitkilərin inkişafından meydana gəldiyinə və bunun reallaşmasında yeganə faktorun təsadüf olduğuna inanırdılar.(3) (Ətraflı məlumat üçün Bkz. Darwinizm Dini, Harun Yahya, Vural Yayıncılık, 1999)
Diqqətlə baxanda bu alimlər ilə indiki dövrdəki təkamülçülərin fikirləri arasında çox böyük bənzərlik olduğu görünür. Kainatın başının və sonunun olmadığını söyləyən materialist düşüncənin və canlıların təsadüflər nəticəsində meydana gəldiyini iddia edən təkamülçülərin düşüncələrinin köklərini Şumer mədəniyyətində, ya da materialist yunan mütəfəkkirlərində görmək olar.
Müsəlman təkamülçülərin dəstəklədiyi təkamül nəzəriyyəsi mənşəyi bu qədər qədimlərə uzanan batil bir anlayışdır. Bu nəzəriyyə materialist düşüncələrlə meydana gəlmişdir və özündə bütpərəst fikirləri əks etdirir.
Təbii seleksiya və mutasiyaların təkamülü həyata keçirən gücü yoxdur
İndiki dövrdə təkamül nəzəriyyəsi olaraq adlandırdığımız neo-Darvinist model “təkamülün reallaşmasında” rol oynayan iki ünsür irəli sürür: Təbii seleksiya və mutasiya.
Təbii seleksiya təbii seçim deməkdir. Təbii seleksiyaya görə həyatda qalmaq uğrunda mübarizədə güclü olanlar və təbii şərtlərlə ayaqlaşa bilənlər həyatda qalır, digərləri isə davam gətirə bilməyib yox olurlar. Bu, məsələn, bir bölgədə havanın vəziyyəti dəyişərək temperaturunun aşağı düşməsi ilə həmin bölgədə yaşayan müəyyən növlərdə heyvan qrupu içərisində aşağı temperaturlara dözümsüz olanlarının həyatlarını davam etdirə bilməməsi mənasına gəlir.
Uzun müddət ərzində sadəcə soyuğa davamlı olan fərdlər həyatda qalır və qrup həyatda qalan heyvanlardan ibarət olur. Yaxud da daima vaşaqların hücumuna məruz qalan dovşanlar içərisində sadəcə ətraf mühitə ən yaxşı uyğunlaşan və ya ən sürətli qaçanları həyatda qalır və bu xüsusiyyətlərini sonrakı nəslə ötürürlər. Lakin burada heyvanın yeni bir xüsusiyyəti ortaya çıxmır, heyvanlar fərqli növə çevrilmir, fərqli bir xüsusiyyət qazanmırlar. Belə ki, təbii seleksiya təkamülə səbəb olacaq xüsusiyyətə sahib deyil.
Bu vəziyyətdə təkamülçülərin əlində tək yol mutasiya qalır. Təkamül nəzəriyyəsinin qəbul edilməsi üçün mutasiya genetik məlumatlarda dəyişikliyə səbəb olmalıdır.
Mutasiya canlıların genlərində radiasiya kimi xarici təsirlər, ya da DNT-dəki kopyalama xətaları nəticəsində yaranan pozulmalardır. Mutasiyalar, əlbəttə ki, dəyişikliyə səbəb olur, ancaq bu dəyişikliklər heç vaxt müsbət istiqamətdə olmur, daima zərər verici xüsusiyyətdədir. Başqa sözlə desək, mutasiyalar canlıları inkişaf etdirmir, əksinə hər zaman canlılara zərər verir (Ətraflı məlumat üçün Bkz. Evrim Aldatmacası, Harun Yahya, Vural Yayıncılık). Fransanın ən məşhur zooloqlarından biri olan Pyer Pol Qrassenin mutasiyalar haqqında bildirdiyi fikri bu mövzuda olduqca açıqlayıcıdır.
“Mutasiyalar tədricən, nizamsız şəkildə meydana gəlir. Bir-birlərini tamamlayıcı xüsusiyyətləri yoxdur və bir-birini izləyən nəsillər üzərində müəyyən istiqamətə doğru kumulyativ (getdikcə artan) təsirləri yoxdur. Onsuz da mövcud quruluşu dəyişdirirlər, ancaq bunu tamamilə nizamsız şəkildə edirlər... Bir canlı orqanizmində çox kiçik nizamsızlıq əmələ gəldikdə belə bunun nəticəsi ölüm olur. Həyat varlığı ilə anarxiya (nizamsızlıq) arasında heç bir mümkün uzlaşma yoxdur.” (4)
Bu günə kimi görülmüş bütün mutasiyalar çox vaxt zərərli, nadir zamanlarda isə təsirsizdir. Buna baxmayaraq, təkamülçülər, eyni zamanda müsəlman təkamülçülər hələ də mutasiyaları təkamülün gerçəkləşməsində əhəmiyyətli faktor hesab edirlər.