Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat daşıyan DNT molekulunda radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və ya yerdəyişmələrdir. Mutasiyalar DNT-ni təşkil edən nukleotidləri pozur və ya yerlərini dəyişdirirlər. Çox vaxt hüceyrənin təmir edə bilmədiyi ölçüdə zərər və dəyişikliklərə səbəb olurlar.
Mutasiyanın nəticəsi,şikəst ayaq
|
Ona görə də mutasiya heç də canlıları daha təkmil və mükəmməl etmir. Mutasiyalar konkret olaraq zərər verirlər. Mutasiyaların səbəb olduğu dəyişikliklər ancaq Xirosima, Naqasaki və ya Çernobıldakı insanlarda olan dəyişikliklər kimidir: yəni ya ölürlər, ya da şikəst olurlar...
Bunun səbəbi çox sadədir: DNT çox kompleks quruluşa malikdir. Bu molekula olan hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı bioloq B.G.Ranqanatan bunu belə açıqlayır:
Əvvəla, mutasiyalar təbiətdə çox nadir meydana gəlirlər. İkincisi, onlar genlərin quruluşundakı nizamlı dəyişikliklər deyil, təsadüfi dəyişikliklərdir; ona görə əsasən zərərli olurlar. Olduqca nizamlı sistem daxilindəki hər hansı bir dəyişiklik daha yaxşıya doğru deyil, daha pisə doğru olur. Məsələn, əgər bir zəlzələ bina kimi çox nizamlı quruluşa malik konstruksiyanı silkələsə, binanın skeletində təsadüfi dəyişiklik olar və bu binanı əsla təkmilləşdirməz.19
Belə ki, bu günə qədər heç bir faydalı mutasiya nümunəsi müşahidə edilməmişdir. Bütün mutasiyaların zərərli olduğu məlum olmuşdur. İkinci dünya müharibəsindən sonra nüvə silahları nəticəsində əmələ gələn mutasiyaları tədqiq etmək üçün qurulan Atom Radiasiyasının Genetik Təsirləri Komitəsinin (Committee on Genetic Effects of Atomic Radiation) hazırladığı hesabat haqqında təkamülçü elm adamı Uarren Uiver belə deyirdi:
Çoxları məlum olan bütün mutasiya nümunələrinin zərərli olması nəticəsi qarşısında təəccüblənəcəkdir, çünki mutasiyalar təkamül prosesinin əsasını təşkil edir. Necə olur ki, müsbət təsir – yəni canlının daha təkmil canlı növlərinə təkamüllə çevrilməsi – faktiki olaraq tamamilə zərərli olan mutasiyaların nəticəsi ola bilər?20
Təkamülçü bioloqlar əsrin əvvəlindən bəri milçəkləri mutasiyaya məruz qoyaraq faydalı mutasiya nümunəsi axtardılar. Ancaq bu səylərin nəticəsində hər zaman, şikəst, xəstə, qüsurlu milçək əldə edildi. Yuxarıda, solda normal meyvə milçəyinin başı və sağda mutasiyaya məruz qalaraq ayaqları başıda çıxan başqa bir meyvə milçəyi görsənir.
|
mutasiyaya İllər milyon dəfələrlə uğradıldılar. Amma bircə faydalı mutasiya müşahidə edilmədi. Qordon Teylor bununla bağlı belə yazır:
Bu canlılar mümkün olan hər cür Bu çox təəccüblüdür, amma bir o qədər də gözdən qaçan həqiqətdir: altmış ildən bəri dünyanın hər tərəfində genetiklər təkamülü sübut etmək üçün laboratoriyalarda meyvə milçəkləri yetişdirirlər. Amma hələ də bir növün, hətta bircə fermentin belə əmələ gəlməsi müşahidə edilməmişdir.21
BBaşqa bir tədqiqatçı Maykl Pitman meyvə milçəkləri üzərindəki təcrübələrin uğursuzluğunu belə ifadə edir:
Morqan, Qoldsmit, Müller və digər genetiklər meyvə milçəyi generasiyalarını isti, soyuq, işıqlı, qaranlıq, kimyəvi və radioaktiv təsirləri olan şərtlər altında saxlamışlar. Təcrübələr nəticəsində az zərərli və ya tamamilə zərərli olan hər cür mütasiya baş vermişdir. Bəs, nəticədə insan tərəfindən həyata keçirilən süni təkamül baş verdimi? Xeyr. Genetiklərin əmələ gətirdiyi məxluqların çox azı sınaq şüşələrindən kənarda həyatlarını davam etdirə bildilər. Mutantlar ölür, qısır qalır və ya əvvəlki vəziyyətlərinə yenidən qayıtma meyli göstərirdilər.22
İnsan üçün də vəziyyət eynidir. İnsanlar üzərində müşahidə edilən bütün mutasiyalar zərərlidir. Tibb kitablarında “mutasiya nümunəsi” kimi verilən monqolizm, Daun sindromu, albinizm, cırtdanlıq kimi əqli və ya fiziki pozuntuların və ya xərçəng kimi xəstəliklərin hər biri mutasiyaların zərərli təsirlərini göstərir.
Qanadlarının forması dəyişmiş mutant milçək
|
Amerikalı patoloq Devid A.Demik mutasiyalar haqqında yazdığı elmi məqaləsində bu mövzuda belə deyir:
Son illərdə genetik mutasiyalarla əlaqədar minlərlə insan xəstəliyi təsnif edilmişdir. Yeni nəşr edilən bir kitabda 4500 fərqli genetik xəstəlik sadalanır. Habelə molekulyar genetik analizlərdən əvvəl klinik cəhətdən tərif edilən bəzi irsi sindromların (məsələn, Marfan sindromunun) mutasiyalar nəticəsində əmələ gəlməsi məlum olmuşdur...
Mutasiyaların əmələ gətirdiyi bütün bu xəstəliklərlə bərabər faydalı təsirləri də varmı? Məlum olan minlərlə zərərli mutasiya nümunəsi ilə bərabər, əlbəttə, bəzi müsbət nümunələri də saymaq lazımdır, əgər makrotəkamül doğrudursa. Bu müsbət nümunələr həm daha kompleks formalar əmələ gətirmək üçün, həm də çox sayda zərərli mutasiyanın dağıdıcı təsirini tarazlamaq üçün təkamülə lazım olacaqdır. Amma məsələ bu faydalı mutasiyaları tərif etməyə gəldikdə, təkamülçü bioloqlar həmişə qəribə sükut içindədirlər.23
Təkamülçü bioloqların “faydalı mutasiya” kimi bəhs etdikləri yeganə nümunə demək olar ki, oraqvari hüceyrə anemiyasıxəstəliyidir. Bu xəstəlik qanda oksigen daşıyan hemoqlobin molekulunun mutasiya nəticəsində pozulması və formasının dəyişməsiylə baş verir. Bunun nəticəsində də hemoqlobinin oksigen daşıma qabiliyyəti ciddi şəkildə zərər görür. Oraqvari hüceyrə anemiyası xəstəliyinə tutulan insanlar bu səbəbdən getdikcə artan tənəffüs çətinliyindən əziyyət çəkirlər. Tibb kitablarının qan xəstəlikləri bölməsində bəhs edilən bu mutasiya nümunəsi yuxarıda qeyd etdiyimiz kimi, bəzi təkamülçü bioloqlar tərəfindən çox qəribə şəkildə “faydalı mutasiya” kimi dəyərləndirilir. Bu xəstəliyə tutulan şəxslərin malyariya xəstəliyinə qarşı qismən immunitetlərinin olmasının təkamülün bu şəxslərə “hədiyyəsi” olduğu deyilir. Əgər bu məntiqlə düşünülsə, genetik cəhətdən şikəst doğulan insanların, yolda yeriyə bilmədikləri və bunun sayəsində nəqliyyat qəzalarında ölməkdən xilas olduqlarını da demək olar və şikəst olmaq “yararlı genetik xüsusiyyət” hesab edilə bilər. Şübhəsiz, bu məntiqin heç bir tutarlı tərəfi yoxdur.
Oraqvari hüceyrə anemiyasında hemoqlabinin forması və funksiyası pozulur. Buna görə də, hemoqlabinin oksigen daşıma qabilyyəti zərər görür.
|
Mutasiyaların ancaq zərərli mexanizm olması açıqdır. Fransa Elmlər Akademiyasının keçmiş rəhbəri Pier Paul Qrassenin mutasiyalar haqqında verdiyi şərh bu cəhətdən olduqca aydınlaşdırıcıdır. Qrasse mutasiyaları “yazılı mətnin surətinin köçürülməsi əsnasında edilən hərf xətaları”na bənzətmişdir. Hərf xətaları kimi mutasiyalar da məlumat əmələ gətirmir, əksinə, mövcud məlumatı pozur. Qrasse bu faktı belə açıqlamışdır:
Mutasiyalar zaman ərzində olduqca nizamsız şəkildə meydana gəlirlər. Bir-birlərini tamamlayıcı xüsusiyyətləri və bir-birini təqib edən nəsillər üzərində müəyyən istiqamətdə müştərək təsirləri yoxdur. Mövcud olan formanı dəyişdirirlər, amma bunu tamamilə nizamsız şəkildə edirlər... Bir canlı orqanizmində çox kiçik bir nizamsızlıq əmələ gəldikdə isə ölümlə nəticələnir. Həyat faktı ilə anarxiya (nizamsızlıq) arasında heç bir mümkün uzlaşma yoxdur.24
Elə bu səbəbdən, Qrassenin ifadəsilə “mutasiyalar nə qədər çox olsalar da, hər hansı təkamül meydana gətirmirlər”.25
Pleyotropik təsir
Mutasiyaların canlılara ancaq zərər verdiklərinin digər sübutu isə genetik şifrənin kodlanma formasıdır. Canlılardakı məlum bütün genlər həmin canlı ilə bağlı birdən çox məlumat saxlayır. Məsələn, bir gen həm boyun uzunluğunu, həm də canlının göz rəngini tənzimləyə bilir. Molekulyar bioloq Maykl Denton genlərin “pleyotropik təsir” adlandırılan bu xüsusiyyətini belə açıqlayır:
Genlərin inkişafa təsirləri həddindən artıq fərqlidir. Ev siçanında tük rəngiylə bağlı demək olar ki, hər gen boyun uzunluğu ilə də əlaqədardır. Meyvə milçəyidrosophila melanogasterin göz rənginin mutasiyası üçün istifadə edilən 17 ədəd rentgen şuası təcrübəsindən 14-ündə göz rəngiylə tamamilə əlaqəsiz olan dişi cinsiyyət orqanlarının quruluşu da zərər görmüşdür. Ali canlılarda təhlil edilən hər gen birdən çox orqana təsir edir. Pleyotropik təsir adlandırılan bu hadisə haqqında (Ernst) Mayr “ali canlılarda pleyotropik olmayan hər hansı bir genin tapılması şübhəlidir” deyir.26
Canlıların genetik quruluşlarındakı bu xüsusiyyət səbəbi ilə təsadüfi mutasiya nəticəsində DNT-dəki hər hansı bir gendə meydana gələn pozuntu birdən çox orqana təsir edəcəkdir. Beləliklə, mutasiya sadəcə müəyyən bir yerə təsir etməyəcək, daha çox zərərli təsirlərə malik olacaqdır. Bu təsirlərin birinin çox nadir rast gəlinən təsadüf nəticəsində yararlı olması fərz edilsə belə, digər təsirlərin labüd zərəri bu faydanı da aradan qaldıracaqdır.
1.Qanadlar çıxmır. 2.Ayaqlar normal ölçüdə,
ancaq ucları inkişaf
etməyib.
3.tük örtüyü yoxdur.
4-5.tənəfüs borusu olmasına Baxmayaraq ağciyər
yoxdur .
6-7.sidik borusu böyümür və böyrəyin inkişafına imkan vermir
Sol tərəfdə ev toyuğundakı normal inkişaf , sağda isə pleyotropik bir genin mutasiyaya məruz qalmasının zərərli təsirləri görsənir. Diqqət edilərsə, bir tək gendə meydana gələn mutasiya, bir-birindən olduqca fərqli orqanlara zərər verməkdədir. Bir mutasiyanin xeyirli təsir əmələ gətirəcəyi fərz edilsə belə,” pleyotropik təsir” yetərincə cox orqana zərər verərək bu xeyirli təsiri də aradan qaldırır.r.
|
Mutasiyaların nə üçün təkamülə səbəb olmadığını üç əsas maddədə xülasə etmək olar:
- Mutasiyalar həmişə zərərlidir: mutasiya təsadüfən meydana gəldiyi üçün həmişə mutasiya keçirən canlıya zərər verir. Məntiqlə düşünsək, mükəmməl və kompleks bir formaya edilən hər hansı şüursuz müdaxilə o formanı təkmilləşdirməz, əksinə, pozar. Belə ki, heç bir müşahidə olunan “faydalı mutasiya” yoxdur.
- Mutasiya nəticəsində DNT-yə yeni məlumat əlavə edilmir: genetik məlumatı təşkil edən hissələr yerlərindən qopub sökülür, pozulur və ya DNT-nin müxtəlif yerlərinə daşınır. Lakin mutasiyalar heç bir şəkildə canlıya yeni orqan və ya yeni xüsusiyyət qazandırmırlar. Ancaq aşağı ətrafın kürəkdən, qulağın qarından çıxması kimi anormallıqlara səbəb olurlar.
- Mutasiya sonrakı nəsilə ötürülməsi üçün mütləq çoxalma hüceyrələrində meydana gəlməlidir: orqanizmin hər hansı hüceyrəsində və ya orqanında meydana gələn dəyişiklik sonrakı nəsilə ötürülmür. Məsələn, bir insanın gözü radiasiya və ya buna bənzər təsirlərlə mutasiyaya uğrayaraq orijinal formasından fərqlənə bilər, amma bu, onun özündən sonrakı nəsillərə keçməz.
Escherichia coli bir milyard il əvvəlki nümunələri ilə eynidir. Bu uzun zaman ərzində baş verən mutasiyalar canlıda quruluşca heç bir dəyişikliyə səbəb olmamışdır.
|
Bütün bunlar təbii seçmə və mutasiya mexanizmlərinin heç bir təkamül xarakterli təsirə malik olmadıqlarını göstərir. Belə ki, indiyə qədər bu yolla əldə edilmiş heç bir müşahidə edilən “təkamül” nümunəsi mövcud deyildir. Bunun əvəzində təkamülçü bioloqlar bəzən “təbii seçmə və mutasiya mexanizmlərinin təkamül gücünü müşahidə edə bilmirik, çünki bu mexanizmlər ancaq çox uzun zaman ərzində təsirli olurlar” kimi açıqlama irəli sürürlər. Lakin bu da heç bir elmi əsası olmayan təsəllidən başqa bir şey deyil. Çünki meyvə milçəkləri və ya bakteriyalar kimi həyatı çox qısa olan və ona görə də bir elm adamının minlərlə nəslini müşahidə edə bildiyi canlılarda da heç bir “təkamül” qeydə alınmamışdır. Pier Paul Qrasse bakteriyaların təkamülü əsassız edən dəyişməzliyi haqqında da bunları deyir:
Bakteriyalar... sürətlə çoxalmaları səbəbi ilə ən çox mutant (mutasiya keçirmiş canlı) üzə çıxaran canlılardır. Ancaq bakteriyalar... öz növlərinə çox böyük sədaqət göstərirlər. Escherichia coli bakteriyasının mutantları çox diqqətli şəkildə təhlil edilmişdir və bu mövzuya aid çox yaxşı misaldır. Oxucular da qəbul edəcəklər ki, təkamülü sübut etmək və mexanizmlərini kəşf etmək üçün nümunə kimi seçilən bu canlının milyard ildən bəri heç bir dəyişikliyə məruz qalmaması olduqca təəccüblüdür. Əgər təkamül xarakterli dəyişiklik meydana gətirmirsə, bu canlıların keçirdiyi bu qədər mutasiyanın nə mənası var? Nəticədə bakteriyaların və virusların keçirdiyi mutasiya xarakterli dəyişikliklərin müəyyən genetik orta hədd ətrafında gedib-gələn irsi dalğalanmalardan başqa heç nə əmələ gətirmədikləri üzə çıxır; bir az sağa, bir az sola dalğalanma olur, amma nəticədə təkamül xarakterli dəyişiklik baş vermir. Hamam böcəkləri də ilk dəfə ortaya çıxdıqları Perm dövründən bəri ən az drosophila qədər çox mutasiya keçirmiş, amma heç bir dəyişikliyə uğramamışdır.27
Qısa desək, canlıların təkamül keçirməsi mümkün deyil, çünki təbiətdə onların təkamülünə səbəb olan mexanizm yoxdur. Belə ki, fosillərə baxdıqda da təkamül prosesi ilə deyil, əksinə, təkamülə tamamilə zidd mənzərə ilə qarşılaşırıq.
|